Haqqımda

Mən keçən əsrdə Tiflis şəhərinin Poniçalada bölgəsində, kənd-şəhər mühitində dünyaya göz açmışam. Uşaqlığım Tiflisdə keçsə də, orta məktəbi azərbaycan dilində bitirmişəm. Azərbaycan ədəbiyyatının təsiri altında formalaşmış düşüncə tərzi məni  ali təhsil almaq üçün sallana-sallana Bakıya getməyə təhrik etmişdir. Orada texniki ali təhsillə yiyələnsəm də, özümə Bakıda yuva qura bilməmişəm. Bu minavalla 1995-ci ildə təhsilimi davam etdirmək üçün Almaniyaya gəlib burada məskən salmışam. Hal-hazırda mühəndis kimi çalışıram. Çoxlu pulum var. Ailəm də var, iki övlad böüyüdürəm. Onlar da atalarının yaşadığı “qəribçilik” hisslərini, öz üzərlərində sınamaqdadırlar.

Haqqımda üçün 5 cavab

  1. Musalı Samir dedi ki:

    Salam Aleykum.
    Mən Samir Musalı. Bu il Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Kompyuter Elmləri ixtisasına 690 balla qəbul olunmuşam. Hər kəsin proqramçı olmağı nəzərdə tutduğunu bir qırağa qoyaraq, mən riyaziyyat üzrə irəliləmək və elmi uğurlar qazanmaq istəyirəm. Bu gün sizin səhifənizə daxil oldum, həm çox sevindim, həm də üzüldüm. Sevindim, ona görə ki böylə bir şeyin, yəni Tələbə və Elmi Birliyinin mövcud olması məni sevindirdi, üzüldüm ki, bu vaxtadək adınızı eşitməmişdim.
    Üzv olmaqçün anketi yüklədim, lakin sizin üzvlərinizə baxanda hamısı Almaniyada oxuyanlardır… Əlbəttə mən də Almaniyada oxumaq istəyərdim… Sadəcə olaraq, əvvəl I və II kurs fikirləşdiyim halda, hal-hazırda magistr təhsilini xaricdə davam etdirməyi düşünürəm. Mən istəyərdim ki, əgər mənim layihə və proyekt və yaxud da hər hansı bir yenilik olduqda və Almaniya elmi idarələrinə çatdırılması lazım gəldiyində mənə yardım edəsiniz.
    Həm də bu il “600+” adlı İctimai Birlik təşkil etmək fikrim və ya fikrimiz var… İstəyərdim ki, həmin layihəyə dəstək olanlardan biri də siz olasınız… və həmin İctimai Birliyi böyüdərək Tələbələrin Elmi Mərkəzi kimi və daha sonra dövlət nəzarəti altında AMEA tipli ADTA, yəni Azərbaycan Dövlət Tələbə Akademiyası təşkil etmək fikrimiz var.
    Sizin səhifəni görüb sevindiyimə görə minnətdaram.
    Təşəkkürlər…

  2. araz dedi ki:

    salam menim adim arazdi men almanyaya getmek isdiyirem menim 20 yasim men ora nece gele bilerem mene komek eliyin

  3. muj dedi ki:

    salam rezo eliyev.men azerbaycandan qubadan yazadam bu mektubu.

  4. Leman dedi ki:

    Salam Rezo bey.Mende heyat yoldasimla birlikde temelli Almanyaya yerlesmek isteyirik . Bunun ucun miqrant kimi mi gelmek lazimdir mutleq? Miqranlari is ve yasayisla temin edilermi? Cox xahis edirem cavablayin.

  5. Rafael dedi ki:

    Ezizim almanya balotadir duwdun cixa bilmirsen cunki oqeder gozel dovletdirki insan geri getmey wansi axdara bilmir ama bezen duwunendeki azeri bayraginin altinda goz acmisan onda nifret yaranir herweye men ozumde almanyada yawayiram subayam heyatimi nece illerdiki burda davam etdirirem ama herden fikirlewendeki men olende mene valdeyinim yox dovlet sahib cixacaq onda uje herweye nifret yaranir icimde Allah heckese qurbetciliyi yawatmasin

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma