Diasporamızın tərifi

Bizim diasporaYəqin ki, rəqəmsal mediada bu mövzuda çoxlu sayda material çap olunduğundan bu məsələ maraqsız görünə bilər. Amma Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədrinin Avropa turundan sonra nəyinsə dəyişəcəyinə olan sönmüş ümidlər yenə də bu haqqda nə isə yazmağa əsas verir.

Avropada, əsasən də Almaniyada cəmlənmiş azərbaycanlıların bir neçə kateqoriyaya aid olması aydındır. Bu haqqda yalnız onu deyə bilərəm ki, istər təhsil xətti ilə gəlmişlər, istərsə də həqiqi və yalançı siyasi sığınacaq almış və digər yolarla buraya cəmlənmişlərin yalnız bir ümumi məqsədləri olub: Özlərinə vətənlərindəkindən də gözəl həyat qurmaq arzusu. Bu aspektdən baxanda onların, yəni bizim, öz doğma evini tərk edib “soyuq” bir ölkəyə gəlmişlərin nədən burda bir amal ətrafında birləşməsi çox mürəkkəb görünən məsələdir. Almaniyada uzun illər yaşayandan sonra, istər anarxisti, istər liberalçısı, istərsə də intellektualında nostalji istəklər bir xəstəlik kimi özünü büruzə verməyə başlayır. Bu məncə insani bir hissdir. Hamı uşaqlıqda içdiyi limonadları, samovar çayını, anasının bişirdiyi koteltləri və s. hər gündə olmasa hərdən yemək, əylənmək istəyir. Bu istək ətrafında toplaşanların sayı artıqca onların cəmiyyətləri də yaranır. Almaniyada belə cəmiyyətlər onlarcadır. Məqəsdləri də burada yaşayan soydaşlarımızın yanıqlarını söndürməkdən ibarətdir.

Bəs Diaspora komitəsi bizdən nə istəyir? Bax bunun dərinliyinə getdikcə adamı ağlamaq tutur. Diaspora komitəsinin əsas məqsədi xaricədki azərbaycanlıların köməyi ilə dövlətin maraqlarını xaricdə təmsil etmək və bizə qarşı qərəzli mövqe tutmuş ölkələrin fəaliyyət təsirini minimallaşdırmaqdan ibarətdir. Qeyd olunan istiqamətdə bizim səfirliyin imkanları məhdud olduğundan həmyerlilərin üstünə böyük yük qoyulur. Çünki onlar Almaniyada yaşayan azad insanlar kimi öz fikirlərini deməklə bütün istiqamətlərdə haqsızlıqlara qarşı müqavimət göstərə bilərlər. Bəzən bu haqq-ədalət mübarizəsi əks istiqamətə  də yönələ bilir. Bu başqa söhbətin mövzusudur. Sözüm bunda deyil. Sözümün əsas canı alman cəmiyyətində öz fikrini dürüst deyə bilən və fikrini lazımı yerlərə çatdırmaq imkanında olan azərbaycanlıların sayının çox az, bəlkədə yox dərəcəsində olmasındadır. Yəqin ki, bunu eşidən diaspora cəmiyyətlərinin sədrləri təəccüblənərlər. Necə yəni, bəs bizim Xocalı soyqımı, Qarbağın işalı ilə bağlı  keçirdiyimiz aksiyalar necə? Sayı 20-30 nəfəri keçməyən, azərbaycan dilində aparılan aksiyaların almanlara nə dəxli. Problemin əsas kökü buradan başlayır. Almaniyada indi “diasporaçı” fəlaiyyətində olanların tam hamısı Azərbaycanda böyümüş insanlardır. Bu insanların burada yşadıqları dövrdə düşüncə tərzlərində müəyyən proqress olsa da onların almanlarla ayaqlaşması çətin məsələdir. Əsas dil məsələsidir. Mən şəxsən səhfsiz danışan, almanlardan seçilməyən bir iki adam tanıyıram. Yerdə qalanların hamısı, mən də içi qarışıq, səhflə aksentlə danışırıq. Belə diaspora nümayəndəsini hansı dövlət qurumu ciddiyə alar.  Amma rəqabət apardığımız ölkəyə baxdıqda tamam başqa mənzərə görünür. Onların təmsilçiləri burada böyümüş, almanlara qarışmış insanlardır. Buna baxmayaraq onlar bir dərd-azarları ətrafında istənilən səviyyədə toplaşa bilirlər və güc nümayiş etdirə bilirlər. Hətta Azərbaycanı bu güclə hədələyənlər də var.

Deyə bilərik ki, bizim də burada uşaqlarımız böyüyür, gələcəkdə işlər düzələr. Hə böyüyür, amma onlar üzünü görmədiləri ölkəyə elə də yaxın münasibətdə deyillər. Alman tərbiyəsi istər istəməz özünü göstərir. Azərbaycanlıların mentalitetində ümumi milli mənafe üçün ictimai fəaliyyətə olan laqeyd münasibət onların Almaniyada böyüyən uşaqlarına da ötürülür.

Bu mənzərə fonunda da Azərbaycandan göndərilən millət, xalq, ölkə dərdi Almaniyaya başqa məqsədlər üçün gəlmiş inslanları çaş baş salır. Dövlət səviyyəsində keçirilən bütün tədbirlərin yalnız özümüz üçün təşkil olunuduğun demək olar. Bu haqqda nə alman qəzetlərində, nə də tv-lərində bir xəbər getməz. Görüşlərin əsas məqsədi yığılmış say seçmə insanlara standart prorqam ətrafında dövlətin onlardan gözləntilərini çatdırmadan ibarətdir.Yəni, gedin almanlara bizim haqq sözümüzü çatdırın. Bu tələbin özünün qoyuluşu gülməlidir. Niyə?

Hər bir azərbaycanlı buraya düşdükdən bir müddət sonra onun milli mənşəyi, daşıdığı dəyərlər, mentaliteti haqqında olan bütün tərəddüdləri bu “soyuq” dövlətin abu havası ilə bir dəfəlik silinir. Yəni mən Azərbaycanda doğulmuş, böyümüş, gəlməyinin səbəbiyyətindən asılı olmayaraq bura düşümş elə bir azərbaycanlı tanımıram ki, ondan soruşanda haralısan desin ki, bilmirəm? Çünki burada “haralısan” sualının bizdəkindən fərli olara çox acılı tərəfləri var. Alman bunu adamdan elə belə soruşmur. Yəni burada olan, Azərbaycandakı siyasi abu havanı nə qədər pisləyən adam olursa olsun, o mənsub olduğu xalqı müəyyən mənada müdafiə etməyə, onu yaxşı tərəfdən tanıtmağa çalışacaq. Burada mən yaxşı oğlanam, mənim xalqım cındırdır söhbəti keçmir. Yəni, almaniyada camaatı yığıb bunu xüsusi formada onların yadına salmaq lazımsız bir şeydir. Onsuz da hamı oxuduğu ali məktəbdə, çalışdığı müəssisələrdə bu işlə məşğuldur. Pasiv də olsa təşviqat işini aparır. Russ dilliləri deyə bilmərəm, amma azərbaycan sektorunu qurtarmış şəxslərin, siyasi baxışlarından asılı olmayaq Azərbaycana bağlığı çox güclüdür. Hər addımda onlar dövlətin maraqlarını qorumağa çalışırlar. Amma bu güclü diapora fəlaliyəti üçün yetərli deyil.

Diaspora sözünün mənşəyinə fikir versək, bu vətənlərini tərk edərək xaricə getmiş insanların düşdükləri ölkələrdə öz milli-mədəni dəyərlərini qorumaq üçün yaratdıqları bir qurumdur. Çağdaş dünyamızda öz təsir dairələrini genişləndirmək məqsədilə diaspora qurumları artıq geniş mənada siyasi fəaliyyətə də can atırlar. Bizim təşkilatlar nəinki siyasi dairələrə baş vurmaq, heç özlərini səmərəl idarə edə bilmirlər. Çıxış yolu nədədir?

Mən problemləri sadalayım, yerdə qalanını özünüz düşünün.

  1. Əsas problem maliyyə qıtlığıdır. Zəif maliyyə ilə heç nə etmək mümkün deyil. Bu məsələdə xaricdə yaşayanların ümumi işin xezyrinə səfərbər olmalarına ehtiyac var.
  2. İdeyasızlıq. Bu və ya digər məsələlərlə bağlı hay-küylü tədbirlərin təşkilindən öncə qarşıya qoyulmuş məqsədin formalaşması, ona nail olmağın effektiv yolları işlənməlidir. Ümumi bir strategiyanın işlənməsi ideya generasiya edəbiləcək insanlar tələb edir. Belə azərbaycanlılar demək olar ki, yoxdur. Buna qabil olan bir iki nəfərin hamıdan uzaq gəzməsi durumun acınacaqlı olduğuna dəlalət edir.
  3. Vətənpırvırlik, azərbaycançılıq məhvumlarının səhf interpretasiya olunması.
  4. Almaniyada yaşayan azərbaycanlıların təhsil baxımından səviyyəsinin Almaniya standartı ilə müqayisədə orta səviyyədən aşağı olması.
  5. Dövlətin və hökümətin maraqlarını qarışdırmaq.
  6. Şəxsiyyətə pərəstlik. Bir nəfərin yaratdığı diaspora təşkilatı onun maraqlarına xidmət etdiyindən belə təşkilatın demokratik idarə olunmasından danışmaq olmaz. Təşkilatın yaşama ömrü onu yaradan insanın sədrlikdə qalması ilə bağlıdır. Almaniyada mövcud ola bütün diaspora təşkilatları bu qəbildəndir. Burada Almaniyada təhsil alan tələbə və elmi işçilər birliyi istisna haldır. Orada idarə heyəti rotasiya olunur.
  7. Azərbaycanda mənimsənilən işləmə vərdişlərinin diaspora fəaliyyətinə transfer olunması. Bu da təşkilatlar arasında gərginliyi səbəb olur. Hətta eyni zamanda keçirilən bir aksiyada iştirak edən iki təşkilatın üzvləri arasında ölüm-dirim müharibəsi də baş verə bilər. Hamı keçirilən tədbirlərin Azərbaycan mediyasında onun əməyi olduğunu vurğulamaq üçün canfəşanlıq edir. Niyəsi müəmmalıdır. Axı biz buradakı tədbirimiz ilə guya alman cəmiyyətinin bizə qarşı yatmış hüceyrələrini qımıldatmaq istəyirik.

8…

Problemlər kifayət qədərdir…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu yazı Azərbaycanlı mühacirlər kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.