Azərbaycanlı tələbələr üçün tərtib etdiym yeni, növbəti kitab “Alatoran yayınları nəşriyyatı”nda 16.11.2016-cı il tarixdə çapdan çıxdı..
Kitab haqqında:
Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası. Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait. Bakı, “Alatoran Yayınları” nəşriyyatı, 2016.
Kitabda müasir elmi idrakın və onu formalaşdıran üsulların fəlsəfi quruluşuna diqqət yetirilərək elmi işlərin planlanması və yerinə yetirilməsinin praktiki yolları göstərilmişdir. Burada elmi tədqiqatın əsasını, strukturunu, səviyyələrini və uyğun metodlarını əhatə edən suallar dərindən araşdırılır, elmi işin tərtibi üçün tövsiyyələr verilir. Əsas məqsəd tələbələrə elmi tapşırıqların formalaşdırılması, mövzunun seçilməsi, tapşırığın həlli yollarının analizi, işin yazılması üçün ədəbiyyat axtarışı, işin tərtibi və həmçinin prezentasiyasını əhatə edən sərbəst işləmə vərdişlərini aşılmağa yönəlmişdir.
Kitab tələbə, doktorant və elmi işlə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
……………………………………………………………………………………………………………………………..
MÜNDƏRİCAT
Ön söz………………………………………………………………………… 7
Giriş……………………………………………………………………….…… 9
Fəsil 1: Elmi–tədqiqat işlərinin fəlsəfəsi……………………..……… 11
1.1. Cəmiyyətin inkişafında elmin rolu…………………………..………. 11
1.2. Elmi–tədqiqat üsullarının strukturu………………………………… 14
1.3. Tədqiqatın elmi metodları…………………………………………….. 17
1.4. Tədqiqatın metodologiyası………………………………………….. 23
1.5. Elmi–tədqiqat prosesinin məntiqi quruluşu…………………….… 24
1.6. Mövzunun seçilməsi və elmi–tədqiqat işlərinin planlanması….. 31
1.7. Elmi–tədqiqat işinin refleksiv fazası……………………………….. 35
1.8. Elmi fəaliyyətin xüsusiyyətləri ………………………………………. 37
1.9. Texniki və intellektual yaradıcılığın hüquqi qorunması…….… 39
1.10.Tamamlanmış elmi–tədqiqat işlərin nəticələrinin tətbiqi və
səmərəliyi…………………………………………………………………… 44
Fəsil 2: Elmi işlərin tərtibinə dair ümumi anlayışlar………..….. 49
2.1. Elmi işin mərhələləri…………………………………………………. 50
2.1.1. Mövzuların seçilməsi ……………………………………………. 50
2.1.2. Mövzunun refleksiyası…………………………………………… 52
2.1.3. İdeyaların işlənməsi………………………………………………. 53
2.1.4. İlkin iş planının tərtibi……………………………………………. 53
2.1.5. Materialın toplanması…………………………………………….. 54
2.1.6. İş planının dəqiqləşdirilməsi və toplanmış materialın
qiymətləndirilməsi………………………………………………….…… 54
2.1.7. Mövzunun işlənməsi…………………………………………….. 55
2.1.8. İşin təhvili………………………………………………………… 55
2.2. Elmi işin məqsədi…………………………………………………… 55
2.3. İşin icrası üçün vacib texniki baza…………………………….. 59
2.4. Təhsil və elmi–tədqiqat proseslərinə təsir edən psixoloji
amillər………………………………………………………………….. 59
2.4.1. Elmi–tədqiqata şəxsi münasibət və motivasiya…………… 60
2.4.2. Öyrənmə vərdişlərinə yiyələnmək……………………………. 61
2.4.3. Vaxtın düzgün seçilməsi………………………………………… 63
2.4.4. Qorxunun üstələnməsi…………………………………………… 65
Fəsil 3: Ədəbiyyatların axtarılması………………………………. 67
3.1. Axtarış yerləri………………………………………………………..67
3.2. İnformasiya axtarış strategiyası……………………..………… 71
3.3. Ədəbiyyat mənbələri………………………………………….……. 73
3.4. Kitabxana kataloqları……………………………………………… 74
3.5. Ədəbiyyatın növləri……………………………………………….… 77
3.6. Ədəbiyyatın seçilməsi……………………………………………….. 79
3.7. Ədəbiyyatla işləmə……………………………………………………. 81
Fəsil 4: Materialın oxunması………………………………………… 83
4.1. Oxuma texnikası………………………………………………………. 83
4.2. Sürətli oxuma…………………………………………………………… 86
4.3. Mətnin dənlənməsi……………………………………………………. 86
4.4. Oxunulan informasiyanın mənimsənilməsi……………………… 87
4.5. Mətnin ümumiləşdirilməsi………………………………………….. 88
Fəsil 5: Əlyazmanın hazırlanması………………………………….. 90
5.1. Ümumi tələblər…………………………………………………………. 90
5.2. Dəqiq yazma…………………………………………………………….. 91
5.2.1. Strukturun işlənməsi…………………………………………..…….. 91
5.2.2. İşin hissələrə bölünməsi…………………………………..………… 93
5.2.3. Elmi işin əsas hissəsinin tərtibi…………………………..……….. 98
5.2.4. Yazma stilistikası…………………………………………………… 99
5.2.5. Sitatların və mənbələrin göstərilməsi……………………….…… 102
5.2.6. İnternet materiallarından sitatların gətirilməsi …………..…. 106
5.2.7. Qrafiki təsvirlərin işlənməsi……………………………….…..…. 108
5.2.8. Qeydlər və göstəricilər……………………………………………… 110
5.2.9. Əlavələrin tərtibi…………………………………………………..… 111
5.3. Kreativ yazma……………………………………………………..…… 112
5.3.1. Elmi dil…………………………………………………………..…….. 112
5.3.2. Yazma çətinlikləri…………………………………………..………. 114
5.3.3. Kreativ yazma texnikaları…………………………………………. 116
5.3.3.1. İdeyaların qeyd olunması…………………………………….…..117
5.3.3.2. Sərbəst yazma………………………………………………………118
5.3.3.3. Klaster metodu …………………………………………………… 119
5.3.3.4. Yaddaş xəritəsi……………………………………………………… 121
Fəsil 6: Elmi işin nəticələrinin prezentasiyası…………………….… 124
6.1. Ritorika haqqında…………………………………………………….… 124
6.2. Şifahi prezentasiyaya qoyulan tələblər……………………………. 127
6.3. Şifahi prezentasiyanın elementləri………………………………….. 129
6.4. Köməkçi vasitələrdən istifadə ………………………………………. 130
6.5. Elmi posterlərin tərtibi………………………………………………….. 131
6.6. Çıxış zamanı davranış qaydaları……………………………..……….. 133
Fəsil 7: Elmi cəmiyyətin etik qaydalarının pozulması………………. 134
7.1. Elmi etikaya riayət……………………………………………………….. 134
7.2. Müəlliflik hüququnun pozulması……………………………………. 135
7.3. Plagiat ………………………………………………………………………. 136
Ədəbiyyat………………………………………………………………………… 138
Açar sözlər………………………………………………………………………. 144