Azərbaycanlılar və rus dili

Tafel

Dilimizin zənginliyi

Azərbaycanlıların rus dilinə müna-sibətlərində olan mənfi və müsbət çalağlar haqqında çox diskusiyalar aparılıb, küli miqdarda “qan” töküldüyündən bu iki məvhumun uyğunluğu  haqqında fikri yürütmək böyük cəsarət tələb edir. Rus dilinin Rus imperiyasına daxil olan digər xalqlar kimi, azərbaycanlıların da ana dilinin, mədəniyyətinin və elminin formalaşmasında və inkişafında önəmli rolu olub. Hətta bir çoxları sübut etməyə çalışırlar ki, ruslar olmasaydı bizlər indi hər tərəfli çox geridə qalmışdıq. Nə danışmağı , nə yazmağı, nə dəki qaşıqla yemək yeməyi bacarmazdıq. Mənim belə primitiv müstəvidə mübahisə aparmağa həvəsim olmadığımdan fikrinizi bir balaca mövcud problemlərə yönəltmək istərdim.

Azərbaycanda rus dilində təhslin vacibliyini və ya buna meyilliliyi daima tənqid atəşinə tutulan, kasıbşılığı ilə deqradasiya olunan azərbaycan dilinin səviyyəsi ilə əsaslandırırlar. SSRİ dövründə əsasən adi ünsiyyət dili səviyyəsində saxlanılan azərbaycan dili imperiyanın dağılmasından 25 il keçməsinə baxmayaraq hələ də ayağa dura bilmir. Son zamanlar sosial şəbəkələrdə orta məktəb dərsliklərindən yayılan parçalar buna acınacaqlı sübutdur.

Bəs nədir ana dilinin inkişafına mane olan? Əlbəttə bunun dərin köklərini ilk növbədə cəmiyytin təhsilə olan münasibətinə calamaq olar. Ölkədə mövcud təhsil strukturundakı çatışmamazlıq, yetişdirlən mütəxəssislərin savadsızlığı heç də dilin inkişafına təsir edən müsbət amillərdən deyillər. Azərbaycan dilində mükəmməl yazmaq qabiliyyəti, savadla bərabər həm də dilin strukturuna və bununla bağı olan stilistikaya yiyələnmək, lazım gəldikdə onu öz qabiliyyəti çərçivəsində təkmilləşdirməyi tələb edir. Hər yeni formalaşan yazılı fikir dilin bu sahədə inkişafına təklan verir. Dilin zənginliyi isə belə kumulativ irəliləyişlərlə artmış olur.

Azərbaycan dilinin kasıbşılığının böyük bir qismini, bu günkü nəslin dil bazasının formalaşmasında əsas rol oynayan, keçmişdə yazılan ədəbi kitablar və onun müəlliflərinin adına bağlamaq lazımdır. Problem ondadır ki, bu hekayələr, romanlar və s. ədəbiyyat inciləri çox vaxt real həyatla az əlaqəsi olan mövzulara həsr eidlib. Orada təsvir olunan təbiət təsvirləri, məhəbbət mövzuları və nağılların mətnlərində istifadə edilən söz və söz birləşməələrinə əsalanan fikir ifadələri əhalini aşıqlar, şairlər kimi danışmağa həvəsləndirib. Belə mətnlərdə adi, gündəlik həyatda işlədilən sözləri belə barmaqla saymaq olar. Onlar da çox vaxt rus dilindəki kimi verilib. Azərbaycan ədəbiyyatında 21 əsrdə sivilizasiyanın inkişafını müəyyənləşdirən texniki mövzular yox dərəcəsindədir.

Son zamanlar yazılan bədii ədəbiyyatlar arasında çox az da olsa keçmişdəki xətaları düzəltməyə cəhd edilr. Bu baxımdan Əli Əkbərin yazıçılıq üslubunu xüsusilə qeyd etmək lazımıdr. O, başqa dillərdən mənimsədiyi yazı stilistikasını azərbaycan dilinə uğurla keçirə bilir. Ona görə də, yazdığı yazılar öz orijinallığı ilə fərqlənirlər. Təəssüflər olsun ki, belə cəhdlər hələ də cəmiyyət tərəfindən lazımınca qəbul edilmir. Orta məktəb tədris prosesi hələ də bədii ədəbiyyat kimi uşaqlara fəlsəfəsi orta əsrlərdən də o tərəfə olan, müasir dünyanı anlamağa zərrə qədər də kömək etməyə imkan verməyən nağılları oxumağı tövsiyyə edir.

Məşhur filosof Vittqenştayn öz fəlsəfi əsərində deyif ki, bizim düşüncəmizin sərhədi dilimizin həddi ilə müəyyən olunur. Dilin zənginliyi və çevikliyi insanların proqressiv düşünmə tərzində mütləq özünü göstərir. Dilimizdə belə kefiyyətlərin nəzərə çarpması hələ ki bir arzu olaraq qalır. Öz düşüncə tərzinin sərhəddini genişləndirməyə çalışanlar isə digər dillərə, xarici dillərə müraciət edirlər. Azərbaycanlıların əl atdıqları, asan öyrənmə şəraitinə malik olan dillərdən biri də rus dilidir. Dünyagörüşünün sərhədini genişləndirməkdən öncə rus dili bir çox azərbaycanlılar üçün başqa xalqlarla ünsiyyət vasitəsi rolunda çıxış edir.

Azərbaycan dilinin həddini aşmağa çalışanlarla bərabər tamamilə bu dildən imtina edənlər də əhalinin bir qismini təşkil edir. Yuxarıda qeyd etdiyimiz dil problemləri heç də buna haqq qazandırmır. Düşüncə tərzinin darlığını bir başa azərbaycançılıqla əlaqələndirməyin nə dərəcədə düzgün olmasını dəyələndirmək filosofların işidir.   Demək istədiyim odur ki, istək olduqda azərbaycan dildində istənilən mövzuda dolğun yazmaq da, danışmaq da mümkündür. Bunun sübutu nəzəri olmayıb, praktikada mövcuddur.

Sovetlər dövründə elitar dil səviyysəinə qaldırılmış rus dili bir çox “yuxarı təbəqə”yə mənsub olanlar üçün hələ də təhsil almaq üçün istisna dil olaraq qalır. Mənim zənnimcə onların istəyi bu dil vasitəsilə kübar cəmiyyətə aid olduqlarını, digərlərindən onları fərqləndirəcək savada malik olmalarını göstərməkdən ibarətdir. Acınacaqlısı ondan ibarətdir ki, azərbaycan dilinin yayılması və inkişafı istiqamətinin müəyyənləşdirilməsi də rus dilində danışanların əlindədir. Bu Sovet vaxtı da belə olub. Nəticəsi də göz qabağındadır.

Bəs azərbaycan dilində danşan və bu dilin zənginləşməsi üçün istəyi olanlar nə edə bilərlər? Bu haqqda başqa yazıda.

Hələlik isə rus dillilərin tapmacaları qarşısında baş sındıran azərbaycanlılar üçün mini lüğətlə tanış olaq:

Baçok                                                  Çəlləkcik

Bak (yanacaq)                                 Çəllək

Banka                                                 Şüşə dopu

Derjatel                                             Tutqac

Drel                                                     Burğu maşını

Korobka                                            Qutu, sürətlər qutusu   

Lom                                                    Ling         

Montirovka                                     Qanırğı                                   

Otvyerka                                           Burğac 

Polosa                                                Zolaq

Qluşitel                                              Səsboğan

Şkaf                                                     Dolab 

Ştepsel (Şteker)                              Taxıc

Raskloduşka                                     Açmadöşək

Reyka                                                  Tamasa, çubuqca

Rıçaq                                                    Dəstək

Rozetka                                               Taxıc yuvası

Rulevoy                                               Sükanla idarə mexanizmi

Tormoz                                                Əyləc                                                   

Ştanqa                                                  Çubuq

Şpilka                                                   Paltar sıxacı

Veşalka                                                Asılqan

Zubila                                                   İsgənə

Zamok (paltar)                                   Zəncirbənd

Bu yazı Almaniya həyatı kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.