Gələn qaçqınları nə gözləyir
İlkin qəbuletmə məntəqlərində yerləşmiş qaçqınlar ən azı 6 ay bu şəraitdə yaşamalıdırlar. Çünki alman idarələrində onların sənədlərini yoxlamaq üçün ən azı bu qədər vaxt tələb olunur. Qaçqın axını kəsilməsə onda çox dramatik bir hal yaran bilər ki, qaçqın statusu almaq üçün gələnlər illər boyu çadırlarda qalmalı olsunlar. Qaçqın satusunu almışlar artıq özlərinə yaşamaq üçün şəhər, məntəqə seçə bilərlər. Seçdikəri yerdə kirayəyə ev tapa bildikləri halda onlara çadırdan çıxmağa icazə verilir. Bu qədər qaçqın kütləsinin hazır mənzillərdə yerləşdirilməsi ehtimal günbəgün azalır. Burada onu qeyd etmək alzımdır k, qaçqınların kirayələyə biləcəyi ucuz mənzilər tükənir. Belə mənzillərə almaniyada sosial yardımla yaşayan 10 milyon əhalinin də ehtiyacını nəzərə alsaq, qaçqınlarla kasıb təbəqə arasında rəqabətin getdikcə artması qaçılmazdır. İndi hökümət mənzil problemini qısa zamanda aradan qaldırmaq üçün ucuz binalar inşa etmək istəyirlər. Alman standartına uyğun binanı inşa etmək üçün lazım olan razılığın əldə edilməsinə 3 il vaxt lazım gəlir. Bu vaxtı qısaltaq üçün tez bir zamanda keyfiytsiz binaların inşasına start verilə bilər. Bu binalarda isə aydın məsələldir ki, yanız qaçqınlar yerləşdiriləcək. Beləliklə Almaniya şəhərlərində qaçqınlar yaşayan yeni məhəllələr yaranacaq. Bu məhəllələdə alman qanunlarının tam işləməsinə isə adamın inanmağı gəlmir. Çünki böyük şəhərlərdə belə məhəllələr artıq mövcuddurlar. Bu şəraitdə yaşayan və yetişən qaçqın uşaqların yuxarı təbəqəyə ayaq qoyması böyük çətinliklərlə bağlıdır. Bunu indiyə qədər almaniyada yaşayan, bir neçə nəsil dəyişmiş əcnəbilərin misalında görmək olar.
Qaçqınların alman qayda qanunlarına uyğunlaşması alman dili üzərindən keçir. Bu dili yüksək səviyyədə bilmdən burada karyera etmək çox çətindir. Alman dilinin çətinliyini isə onu öyrənənlər təstiq edə bilərlər. Gələnlərin böyük əksəriyyətinin savadsız olmaların nəzərə alsaq, demək olar ki, onların gələcəkdə alman dilini yaxşı öyrənmək və burada bir iş tapmaq şansları sıfıdrır. Onu da yaddan çıxramaq lazım deyil ki, Almaniaya Rusiya deyil, gedib bazarda göyərti satıb, başını dolandırasan. Bura yüksək inkişaf etmiş iqtisadiyyata malik ölkədir. Hətta almanalar özlərini “İndustrienation” yəni “sənaye milləti” də adlandırırlar. Burada istehsalda işləyən maşınlarla davaranmaq üçün ən azı 3 illik peşə məktəbinə getmək lazımdır. Son günlər göstərilən xəbərlərə əsasən indiyə qədər bu imkandan çox cüzu sayda qaçqın istifadə edib. Onlar da əsasən təzəcə dolğun yaşa çatmış gənclərdir. Yəni gələckdə böyük miqdarda qaçqını saxlamaq üçün almaniya büdcəsinə ağır yük düşəcək. 90-ci ilıərin ortasında Almaniyada 5 milyondan çox işsiz var idi. Hal-hazırda işsizlərin sayı 3 milyondan aşağıdır. Yəni dövlətin 2 milyon qaçqını yerləşdirib, yedirtməyə potensialı var. İndiyə qədər sadaladıqlarım alman siyasəti və qanunlarına söykənir. Bircə müsbət şeyi vurğulamaq istərdim ki, bu axınla gələn uşaqlar yaxşı gələcək üçün müəyyən perspektivlər əldə edirlər. Qaçqın uşağı kimi bu daşlı yolu keçmək isə elə də asan deyil.
Alman xalqının humanistliyi hara qədərdir
Bəs bu barədə alman xalq nə fikirləşir?
Mama Merkelin böyük arzusu odur ki, gələnləri alman xalqı ağuşlarına alsınlar, onlara ürəklərini və evlərinin qapılarını açsınlar. 20 ildə buarada yaşadığım dövrdə gördüyüm və eşitdiklərin nəticəsində deyə bilərm ki, bu çox absurd bir arzudur. Alman xalqı xaricilərə qarşı çox qapalıdırlar, onlara qarşı “qapı açmaları” uzun illər mövcud ola biləcək qarşılıqlı etimada əsaslana bilər. Guya qaçqınlar alman torpağına birinci dəfədir ki, ayaq qoyurlar və almanlar onları heç görməyiblər. Bu insanlardan burada axı milyonlarladır. Son günlər onlar haqqında mətbuatda, sosial şəbəkələrdə daha nələr qalmadı yalan-doğru deyilməsin: Br dəstə qaçın guya yaxınlıqdakı kənd həytindən keçini oğurlayıb, ölüdürb yeyiblər. 6 nəfər qaqçın 14 yaşlı qızı zorlayblar. Dükanda qaçqınlar mallaı göütürüb, satıcını da döyərək gediblər. və s. Status ala bilməyən və iş tapa bilməyn qaçqınların əksəriyyətinin ömürlərii yataqxanalarda çürüyür. Onlar da avaraçılıqdan, ehtiyacdan bir çox işlərə əl atırlar. Bu alman humanist qanunlarının çox bürokratik və bir tərəfli olmasından irəli gəlir. Afrika və digər müharibə regionunda acından ölənlər burada alman kimi yaşamasa da, öz vətəndəkilərdən qat-qat yaxşı dolanırlar. Həyatına təhlükə yox, aclıq yox, geyinməyə paltar, yatmağa yer verirlər. Amma zaman keçdikcə bunlar kifayət etmir, qaçqında insandır. Onlar da darıxmağa başlayırlar və “zombiləşib” alman camaatını qorxuya salırlar.
Keçmişdə qaçqın yataqxanalarına çox qorxulu bir yer kimi baxılıb. Bizim şəhərdə yerləşən yataqxananın pəncərəsindən həmişə içində ərzaq olan torbalar asılar (çöl tərəfə), paltarlar yellənər, ətraı isə zir-zibillə dolu olar. Bu üfunəti görən almanlar axı necə inansınlar ki, indi Afrika, Əfqanıstandan və gündə yüzlərlə baş üzülən Suriyadan gələnlər bambaşqa insanlardır. Almanlarla əcnəbilər arasında bir psixoloji sədd mövcuddur. Bu səddi hər iki tərəfdən keçməyə cürəti və gücü çatan adam çox azdır. Ona görə də almaniyada “paralel cəmiyətlər” mövcuddur. Türklər, ərəblər, ruslar, vyetnamlılar və digərləri öz aralarında ünsiyyət qurur, həyatlarına məna verməyə çalışırlar. İndiy qədər belə cəmiyyətlərdə həyat sürənlər ümumi lman xaqlının cüzi bir hissəsini təşkil etdiyindən, güclü münaqişələr mövcud olmayıb. Amma ildə 1 milyon qaçqının gəlməsi bu tarazlığı pozacaq.
Son neçə ayda yarım milyon qaçqının gəlməsinə baxmayaraq, indiyə qədər aralıqda olan pis təcrübələr onların başqa cür düşünməsinə imkan vermir. Bəs sual oluna bilər ki, qatarların qabaına qaçanlar, əllərində gül çiçəklər duranlar, tv-lərdə krokodil kimi göz yaşı tökənlər kimlərdir. Almaniya siyasi landşaftına nəzər salsaq görərik ki, seçkilərdə yaşıllar və solçular da müəyən səs yığırlar. Onların arzuları almaniyanın var dövlətini kasıblarla bölməkdir. İndi əl ayaqda olanlar da bu qrupa aid insanlardır. Allaha çox şükür ki, bu “yaxşı insanlar” yalnız əhalinin 10-15%-ni təşkil edirlər, yoxsa evimiz yıxılmışdı.
Əhalinin təşvişə salan əsas amil gələnlərin müsəlman olmalarıdır. Onlar buraya ayaq qoyduqları andan almaniyada mövcud dini azadalıq haqqında qanundan istifadə edərək öz dinlərini nəinki yaşamaq, hətta yaymağa da cəhd edirlər. Bir çox alman şəhərlərində quran paylayan uzunsaqallılar, sələfistlər və s. kimi dini qurumlar həm zahirən, həm də daxilən qorxu yaymaqdadırlar. Son statistikaya görə Almaniyada yaşayan ərəblər bu cəmiyyətə ən pisi inteqrasiya olunanlardır. İndi isə gələnlərin əsasən ərəb regionundan olması mövcud qorxu hissini daha da artırır. Qorxu əsasən qadınlar arasında geniş yayılır və şişirdilir, bu da müsəlman ölkələrində qadının kişidən aşağıda durmasndan irəli gəlir. Avropada mövcud olan sekulyar düşüncə tərzinin gələnlər tərəfindən qəbul edilməməsi tərzində (bu isə artıq aydındır) cəmiyyətdə ciddi qarşıdurmaların yaranması ehtimal artır. Keçən gün siyasətçilərdən biri artıq bu haqqda demişdir ki, gələnlər bizə, biz onlara uyğunlaşmalı deyilik. Bunun isə “həqiqi müsəlmanlar” üçün nə demək olduğunu, qadın hüququnu tanımayan, qız uşaqlarını kiçik yaşlarından əski ilə dolayanlarla almanlar arasında ciddi problemlər yaradacağını əvvəlcədən görməmək sadəlövhlük olardı. Sadə bir misal deym. Almaniyada aşağı siniflərdə uşaqlara üzgüçülük dərsi keçirilir. Müsəlman qardaşlar isə belə şeyləri qəbul etmirlər və qızlarını dərsə qoymayırlar. Belə çoxlu sayda misallar çəkmək olar. Almaniyada məktəbə davranış məcburi olduğundan uyğun idarələr belə ailərlər tez-tez konfliktə girirlər.
Almaniyada həqiqi müsəlmanların sayı artdqca mədəniyytlərin toqquşması artıq özünü hər addımda büruzə verəcək. Bütün bunları keçmiş on illiklərdə görmüş və eşitmiş ağılı alman xalqı çox narahtdır. Hər gün axşamlar tv-lərdə nazirlərin də iştirakı ilə siaysi verilişlər təşkil olunur, camaatın mesajları oxunur, diskusiya edilir. Müsbət mesajlar demk olar ki, artıq nəzərə çarpmır. Camaatı pul məsələsi çox az narahat edir, onlar mentalitetlər müharibəsindən qorxurlar. Bu isə Mama Merkelin törətdiyi humanist faciənin nəticəsidir.
Əhali arasındakı narahatçılıqdan isə artıq müəyyən siyasi partiyalar faydalanmağa başlayıblar. Onlar sisyasi gərginliyi maksimal olaraq artırmağa və camaatın dəstəyini öz tərəflərinə çəkməyə çalışırlar. Hakimiyətdə olanlar etdikəri səhfin fərqinə vararaq, onu düzəltməyə cəhd edirlər. Hər gün daxili işlər naziri televizorda uzun uzadı nitqlər söyləyir, xalqı sakitləşdirməyə çalışır. Amma onu xalq qəbul edirmi? Bunu yaxın gələcək göstərəcək. Hakimiyyətdəkilər xalqın dəstəyini itirdikləri halda onu papaq altında yatan “nasistlər” və bu kimi düşünən radikal sağçılar istifadə edə bilər (və artıq edirlərd də). Bunun təhlükəsi gündən-günə artır. Yanan qaçqın yataqxanaları haqqında hamı eşidib. Şükürlər olsun ki, yanan binalar boş olublar. İçi dolu adam olsaydı böyük faciələr baş verərdi.
Camaatda radikallaşma artdığı halda, nə qaçıqnın, nə də artıq illərlə burada yaşayan əcnəbilərin güzəranı yaxşı olacaq. Mən isə bu təhlükəni sadəcə olaraq xəyallarımda simulyasiya edirəm və ümid edirəm ki, o bir xəyal olaraq qalacaq. Əks halda Almaniyanı ciddi problemlər gözləyir. “Pegida” onda muştuluq olacaq.