Bizim Almaniyadakı gələcəyimiz-1

Azərbaycanlıların belə bir məsəli var “Qonaq qonağı sevməz, ev yiyəsi isə heç birini!”. Bunu son günlər dəfələrlə mənə, kənardan oturub Almaniyanın qaçqınları güllə-çiçəklə qarşılamağını seyr edən həmvətənlərim deyir. Qaçqınlarla bağlı Almaniyada, mənin üçüncü vətənimdə baş verən sosial gərginliklə haqqında  FB-da yazdığım statuslar müstəsna olaraq alman siyasətçilərinin qəbul etdikləri sadəlövh qərarlarına aid olsa da, çoxları mənim guya buraya gələn qaçqınlara qısqanclıq göstərməm kimi primitiv irad tuturlar. Öncəsi onu deyim ki, onların yerinə oslaydım, Almaniya kimi varlı dövləti talamağa mən də qərar verərdim. Yadıma 90-cı illərin əvvəlləri düşür. O dövrlərdə, hər şeydən əziyyət çəkdiyimiz bir zamanda mənə belə imkan nəsib olsaydı heç fikirləşmədən mən də bu “humanist dövlətə” üz tutardım. Yəni onlaın almaniya hücum çəkmələrinə bir insan kimi normal baxıram.
qacqin,2O ki, qaldı gələnlərin mənim yerimi dar etmələrinə. Bu haqqda onu deyə bilərəm ki, mən burada olduğum müddətdə alman cəmiyyətində mövcud olan yuxarı, “akademiklər” adlanan sosial təbəqəsində özümə yer etmişəm. Yəni buarya gələnlər nə mənim yaşadığım rayonda gözə görünər, nə də ki, əmək bazarında mənə rəqabət yarada bilərlər. Bunun üçün o yazıqlar  yarım əsr təhsil almalıdırlar.
Məni narahat edən əsas məsələ qaçqın axını ilə bağlı alman cəmiyyətində yaranan sosial gərginlikdir. Bu gərginlikdən doğa biləcək iğtişaşlar mənim və mənim kimi gələcəyini Almaniyaya bağlamış yaxınlarımın, dostlarının təhlükəsizliyinə risk yaradır. Qorxu digər tərəfdən gəlir. Bu Almaniyada xaricilərə qarşı baş qaldıra biləcək nifrətdir!

Nədən qaçqınlar Almaniyaya üz tuturlar

Qaçqınların son zamanlar buranı ayaq altında qoymasının bir neçə səbəbəri var. İlkin səbəbi Yaxın Şərqdəki, səngiməyən müharibələrdir. Neçə illər öncə Suriyadan qaçıb ətraf ölkələrdə çadırlara sığınmış insanlar gələcəyə ümidlərini itirirək ətrafdan onları seyr edən, yağ-bal içində üzən xalqlara pənah gətirmək qərarını veriblər. Neçə min km-lərlə yolu yarı piyada, yarı gəmi ilə nəql edən bu insalar nə mədəniyyəti, nə adət ənənəsi ilə tanış olmadıqları ölkələrə yürüşə çıxıblar. Çoxlarının müharibə zonasından gəldiyi bildirilsə də, onlarla birlikdə yol yoldaşı olan çoxlu sayda “süni qaçqnlar”ın olması da söylənilir. Bunu barada qaçqınlarla ünsiyyətdə olan tərcüməçilər, həçinin Suriyadan gələnlərin də dedikləri təsdiq edir. Camaatı Almaniyaya cəlb edən, əlbəttə ilər boyu burada qaçqınların hüquqlarını qoruyan humanist qanunların mövcud olmasıdır. Hamı bilir ki, ayağı Almaniya torpağına dəyən, özünü qaçqın kimi qələmə verən şəxsin buradan geriyə qaytarılma ehtimalı çox azdır. Yalan məlumatlar verənin şəxsiyyətini müəyənləşdirilə bilmədikdə onu geriyə göndərə bilmirlər. Bu məlumatların müsəlman aləminə yayılması buraya gələnləri gözəl həyata qovuşmağa da həvəsləndirir. Bu yolda onar hətta özlərinin və ailə üzvlərinin həyatlarını riskə qoyurlar.
gacginlar_3Almaniyada qaçqın həyatı haqqında keçmişdə ətraflı yazmışam.Yəni elə düşünmək lazım deyil ki, indi gül-çiçəklə qarşılananlar 5 ulduzlu hoteldə ömürlərinin sonuna kimi kef edəcəklər. Onlar ilkin olaraq böyük çadırlarda, idman zallarnda qarma-qarışıq, uşaq qadın, qoca, yaşlı fərq qoymadan yerləşdirilib və onlara heç bir yana çıxmağa icazə verilmir. Son məlumatlara görə bu ilkin laqerlərdə anti-sanitariya ilə bərabər, tək gəlmiş qadınların hüquqlarının kobudcasına pozulmasına rast gəlinir, onların mədəni müəlman kişilərinə asanca yem olmaları halları genişlənir. Dini zəmində iğtişaşlar da məlumdur. Sonu kəsilməyən qaçqın axını alman bələdiyyə idarələrinin bu bədbəxtləri normal yerləşdirmək imkanından məhrum edir. Qabaqdan qış gəlir. Almanları dərd aparıb. Çünki, “Mama Merkelin” qonaqlarını normal mənzillərdə yerlşdirmək çox çətindir. Burada evlər şəxsi olduğundan dövlər idarələrinin oraya mcburi olaraq qaçqın soxa bilməz. Kim könüllü olaraq qaçqın qəbul etmək istəyirsə, bunu artıq edib. Onların sayı nəzərə çarpacaq dərəcədə deyil.
Mama Merkelin bu yaxınlarda Suriya qaçqınları ilə bağlı verdiyi dəvət mesajı artıq ərəb ölkələrinə çatıb. İndi buraya can atanların hamısı Suriyalı olublar. Yalançı sənəd düzəltmək deyilənə görə Türkiyədə çox asandır. Onların burada seçilməsi kütləvi hal olduğundan elə də asan olmayacaq. Daha doğrusu yoxlama prosesini uzadacaq.
Qaçqınların Almaniyaya axının belə sürətlənməsinə illər boyu qaçqn problemi ilə tənha qalmış Yunanıstan və İtaliya da öz töhvələrini verirlər. Dənizdən tutduqları insanları qatarlara mindirib şimala, Almaniyaya yola salırlar. Ən azından bu səxavətə görə qaçqınlar onlara çox minnətdardırlar, çünki onlar mama Merkel ilə qovuşmağa daha da bir addım yaxınlaşmış olurlar.
Türkiyənin bu olaya kənardan baxması da anlaşılandır. Onlar da illər boyu milyonlarla qaçqınlara yuva verməli olublar, amma Avropadan vəd edilən köməyi almayıblar. İndi isə Ərdoğan baba sadcə kənardan durub qaçqınların onun ölkəsindən necə çıxmasını seyr edir. yəqin ki, bunun daha da sürətlənməsini arzu edir.
Ardı var…

Bu yazı Almaniya həyatı kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma