İyirmi illik Almaniya həyatı

Berlin_1996

Berlin_1996

Almaniyaya gəldiyim müddətdən 20 il keçir. Dostlarımdan ayrıldığm müddətdən 20 il keçir. Gəncliyimdən ayrıldığım müddətdən 20 il keçir. Həyatımda açılan yeni səhifənin başlanğıcından 20 il keçir. Hərdən oturub olub keçənləri araşdırdıqda, son illərdə heç birinin əvvəlcədən proqnoz olunması mümkün olunmayan çoxlu miqdarda yaşadığım hadisələr gözümün önündə canlanır və bir an məni geriyə qaytarır:

– Heç ağlıma gəlməzdi ki, uşaq vaxtı rus hərbi filmlərinə, əsasən də “Əsgər atası”filminə baxaraq içərimdən püskürən nifrət atəşi ilə məhv etməyə hazır olduğum almanlarla birlikdə çalışacağam, həyatımın gözəl anlarını onların qurduğu, azad və firavan cəmiyyətdə keçirəcəyəm.

– Heç ağlıma gəlməzdi ki, uşaqlıqda təhsil almaq və yaşamaq arzusunda olduğum Bakını o cür tərk edəcəyəm, daha doğrusu azərbaycanlılarla yaxından tanışlığım tam məyusluq doğuracaq; onların dilini, dinini, ruhunu, elmini anlamaq mənə tam nəsib olmayacaq, uyğunlaşmağa çalışdığım yerli multi-kulti cəmiyyətdə öz yerimi tapmaqda çətinlik cəkəcəyəm; istər təhsil aldığım müddətdə, istərsə də sonra buna qarşı cəhd edən, yerli standartlara uyğun davranışları ilə bəlli olanların əlində əsir-yesir olacağam.

– Heç ağlıma gəlməzdi ki, vaxtı ilə azərbaycan elminin ehtiyacı duymadığı birisi kimi məni otağından qovan, universitetdə bir şirvan maaşla elmi işçi kimi çalışmağıma mane olmağa çalışan milli alim, illər sonra həm daxili, həm də xarici qonalqlar qarşısında adımı AFR-da elmi dərəcə almış ilk azərbaycanlı mühəndis kimi fərəhlə adlandıracaq, universitet üçün yazdığım dərslikləri ona-buna göstərəcək. Bəlkə də o yazıq mənə qarşı etdiklərini unudub, çünki o hərəkət azərbaycan məmurlarının, eləcədə alimlərinin bir yiyəsizə qarşı etdikləri sırasından idi.

– Heç ağlıma gəlməzi ki, Azərbaycanda, illər boyu qovuşmaq istədiyim milli cəmiyyətdə görmək, hiss etmək istədiklərimi Almaniyada görəcəyəm. Qarşıma çıxan gözəl insanların hesabına burada özümə yeni vətən tapacağam, uşaqlıqda nə qədər nifrət etdiyim almanlara bir o qədər rəğbətim yaranacaq.

– Heç ağlıma gəlməzdi ki, özümü Almaniyadan başqa heç yerdə rahat hiss edə bilməyəcəyəm, İstər Gürcüstana, istər Azərbaycana, istərsə də Avropanın digər ölkəsinə səfər etsəm də, qısa müddətdən sonra Almaniya üçün darıxacağam.

– Heç ağlıma gəlməzdi ki, illər sonrada Almaniyada xalça və samovar satamağa gələn Azərbaycan alimlərlə rastlaşacağam.

– Heç ağlıma gəlməzdi ki, bir neçə il sonra Facebook meydana gələcək və mənə yeni maraqlı və çoxlu maraqsız insanlarla tanış olmağa şərait yaradacaq. Bəlkə də, bu amil mənim üçün vətən, qürbət, doğma, uzaq və yaxın anlamlarını elə Almaniyada təmərküzsləşdirməyə imkan yaradıb.

– Heç ağlıma gəlməzdi ki, internet üzərindən tanış olduğum, uzun zaman yolunu gözlədiyimiz, yeni düşünən gəncliyin Azərbaycan mədəniyyətini, adət-ənənəsini, elmini və dinini alt-üst etməsi, məndə nifrətlə tərk etdiyim, ömürlük üz döndərdiyimə söz verdiyim Azərbaycan və azərbaycanlılara qarşı yendən istilik yaratsın.

– Heç ağlıma gəlməzdi ki, qoyub gəldiyim həmvətənlər əlindən bura da rahatlıq olmayacaq. Diaspora adı altında yığılan kütlə azərbaycan yeməkləri və musiqisi üçün ağlaşma quracaqlar, Azərbaycanın haqq sözünü dünyaya çatdırmaq üçün Bakıdan gələn təlimata uyğun canlarından belə keçməyə hazır olacaqlarmış və bunu Avropada yaşayan hər bir azərbaycanlının borcu hesab edəcəklər .

– Heç ağlma gəlməzdi ki, 8 il yaşadığım dövr uşaqlıqdan görmək istədiyim azəriləri tanımağa kifayət etməsin və mən onların həqiqi kimliyini qürbətdə ola ola tanıyım. Azərbaycançılığın nə olduğunu əslində yalnız azərbaycanın ziyalıları ilə ünsiyətdə dərk etməyimə baxmayaraq, bunun çox özünəməxsus, natamam, arxaik bir şey olduğu qənaətinə gəlmişəm. Özünü bunun bir parçası hesab eləmək, almanlar demişkən adamdan böyük cəsarət və xalqa sevgi tələb edir.

– Heç ağlıma gəlməzdi ki, Azərbaycanda yetişən, müasir gəncliyin fəlsəfi-mənəvi bilik mənbəyi olan yazarların çoxu qaçıb Avropaya gələcəklər, burada oturub Azərbaycan kişisinin qeyrəti, qadınının namusu, qızının bakirəliyi, kəndinin toyuğu, cücəsi haqqında yazılar inşa edəcəklər.

– Heç ağlıma gəlməzdi ki, Avroada məskunlaşmış milli ziyalılar burada öz işlərində uğur qazanmaq əvəzinə, Azərbaycan fəxri adları üçün dəridən qabıqdan çıxacaqlar, buna nail olmadıqda isə vətənlərindən küsüb onu daha sevməyəcklər.

– Heç ağlıma gəlməzdi ki, Azərbaycanda haqqsızlıqlara qarşı, vətənlərində qanunsuzluqlara qarşı mübarizə aparan, sivil cəmiyyətdə yaşamaq üçün “canlarından keçmyə hazır olanlar”, Avropaya gəlmək üçün nə qədər yalanlara, qanun pozuntularaına bais olacaqlar.

– Heç ağlıma gəlməzdi ki, öz ölkəsinin prezidentinə söyməklə Avropaya gəlib burada gözəl həyat sahibi olmağa can atan kifayət qədər azərbaycanlıya rast gələcəyəm.

– Heç ağlıma gəlməzdi ki, Almaniyada təhsi buraya gələn gənclərin yalnız xarici görünüşlərində dəyişikliyə səbəb olacaq, onlar almanlar və Almaniya bağlı məsələlərdə özlərini alman kimi aparmağa çalışacaq, Azərbaycana gəldikdə isə öz əsl azərbaycançılıqlarından əl çəkə bilməyəcəklər.

– Heç ağlıma gəlməzdi ki, Rəsul Quliyev Amerikaya gedəcək və orada roman yazacaq.

– Heç ağlıma gəlməzdi ki, vaxtilə azərbaycan dilində danışmağı özlərinə sığışdırmayanlar Almaniya düşdükdə vətən həsrətinin təsiri altında azərbaycan dilində danışmağa başlayacaqlar, qədim milli paltarları geyinib publika qarşısında xalq ədəbiyytaından parçalar oxuyacaqlar.

– Heç ağlıam gəlməzdi ki, dünya inkişaf etdikcə bizimkilər də inkişaf edəcək və rus dilliləri ingilis dillilər əvəz edəcək.

– Heç ağlıma gəlməzdi ki, Azərbaycan dilində mükəmməl yazan, azərbaycan ədəbiyyatına və dilinə yenilik gətirən yazar rusdilli olacaq.

Bu siyahını uzatmaq olardı..Amma əsası odur ki, mən 20 ildə hansı xalqa mənsub olduğumu kifayət qədər anlaya bilmişəm. 20 illik Almaniya həyatının mənə bəxş etdiyi kifayət qədər çılğınlı həyat, həyacanlar yaşatmasına baxmayaraq, həyatımdan tam razıyam. Ümid edirəm ki, bundan sonra da tanrı mənə burada belə maraqlı həyat sürməyə kifayət qədər sağlamlıq bəxş edəcək. Ümidlərimin doğru olmasını isə növbəti 20 ildən sonra görəcəyik.

Bu yazı Azərbaycanlı mühacirlər kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

İyirmi illik Almaniya həyatı üçün 2 cavab

  1. Leman dedi ki:

    Salam Rezo bey.Necesiz? Cox xahis edirem mene Almanyaya miqrant kimi glib yasamag ve islemek barede melumat verin.Miqrant kimi gelsek is tapa bilerik,heyat yoldasimla birlikde?Inanin buna cox ehtiyacimiz var,komek elesez cox sevinerik.Allah sizden razi olsun.

  2. ilkin ceferli dedi ki:

    rezo bey mene bir boyuk qardas kimi yol gosterin sizin yazdiqlarinizi oxudum mende bu gun 20 il evvel olan rezo bey kim bir cetinlikdeyem o zaman rezo bey ne dusunurdu mende indi o dusuncede fikirdeyem siz meni yaxsi anladiniz umud varam >…..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma