Maraqsız vətən

Son vaxtlar Azərbaycandan gələn xəbərlərə nə isə marağım kəskin dərəcədə azalıb..Deyəsən 2000-ci ilin əvvəlində məndə Azəryacan və Azərbaycanlılara qarşı olan laqeydlilik yenə də baş qaldırmaqdadır. Bu laqeydlilik, 2007-ci ildə orada meydana çıxmış, fərqli  düşünən gənc publisistlərin və yazarların meydana gəlməsi ilə məndə  „vətənə“ və soydaşlara münasibətdə yaranan pozitiv dəyişikliklərlə yoxa çıxmışdır. O zaman həvəsləndim ki, artıq millətin düşüncə tərzində inqilab baş verir, çoxdan yolunu gözlədiyimiz, hər şeyi alt üst edəcək  yeni nəsil formalaşmaqdadır. Sən demə bu bir külək imiş əsdi keçdi..Azərbaycanda baş qaldıranları hər vəclə məhv edildiyi bir zamanda burada təhsil alanların tamam sərbəst olmaqalrına inanaraq, ən azından diasporanın fəaliyyətində bir dəyişiklik gösləməkdən gözümün kökü saraldı.

Bəlkə də mənim gənclərə olan ümidli olmağım  çox optimist olmamdan irəli gəlmişdir. Təhsil alanlar da, almayanlar da 10 il öncə necə vardılar elə də qalıblar. Hərə öz hayında, nə Azərbaycanda böyük ehtyac duyulan maarifçilik, təhsildə inqilab,  nə də burada bu istiqamətdə bir güc mərkəzinin fomalaşması yolunda bir iş görüldü..Halbu ki, Almaniyada bu işlərin görülməs üçün kifayət qədər potensial var. Son illər burada təhsil almış gənclərin sayı günbəgün artır. Onların bir birlikdə cəmləşməsinin əsas meyyarı Bakıda formalaşmış və burada milli dərdlərimiz dünyaya çatdırmağa can atan „diaspora mərkəzləri“ tərəfindən stimullaşdırılır.

Azərbaycana qarşı marağın ölməsinə bılkə də yazıları ilə böyük gənclik  kütləsini silkələyən yazarların gəlib Avropada məskunlaşmasıdır. Onların burada oturub Azərbaycanın kəndlərinədki problemlər haqqında fikir bildirmələri mənə çox primitiv görünür. Azərbaycan mediyasına olan həvəsimi tamam öldürdülər onlar.  Azərbaycanda olduqları müddətdə onlara azad və haqq ədalətlə əhatə olunmuş cəmiyyətdə yaşamağa maneçilik edən siyasi və ictimai amilləri eşələyib sağa və sola tənqidlər yğdırıdılar..Bəs burada kimdir onların fəliyyətinə mançilik edən? Nədən bu demokratiya, haq ədalət, azad cəmiyyət  carçıları aruzunda olduqları, düşdükləri məmləkətlərdəki mövcud cəmiyyətlərdə özlərinə yer tapa bilmirlər?

Cavab çox sadədir. Onlar da bərbad milli təsil sisteminin yetişdirdiyi insanlardır..Hər bir azəbyacanlı öz səviyysəsini və bədbəxtçiliyini oranı tərk edəndən sonra anlayır. Bu isə artıq gecdir.

Bir sözlə, Azərbaycanın yazarı da, alimi də, müəllimi də, siyasətçisi də yalnız Azərbaycan üçündür. Kənarda itirdikləri bir şey yoxdur.

Galereya | Bu yazı Azərbaycanlı mühacirlər kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma