Frans Kafka. Hökm

kafkaBir günəşli yaz günü idi. Gənc kommersant Qeorq Bendemann çay boyunca düzülmüş evlər sırasında öz rəngi və hündürlüyü ilə fərqlənən, alçaq, sadə tikilmiş bir evin birinci mərtəbəsindəki şəxsi otağında oturmuşdu. O elə indicə xaricdə olan bir gənclik dostuna yazdığı məktubu tamamladı, onu yavaş-yavaş bağladı və dirsəyini yazı masasına dirəyərək pəncərədən çaya, körpüyə və o biri sahildəki zəif-yaşıl rəngdə olan təpəliklərə tamaşa etdi.

O, ailəsində işlərinin gedişindən narazı olaraq neçə il öncə Rusiyaya qaçmış dostu haqqında fikirləşdi. İndi o Peterburqda kommesriya işləri ilə məşğuldur. Onun işləri əvvəlcə çox yaxşı gedirdi, amma sonralar elə bil ilişib qalmışdı, bu haqqda dostu ona gec-gec gəldiyi səfərləri zamanı şikayətlənmişdir. Beləcə o qəribdə xeyirsiz işlərlə məşğul idi, əcnəbi stilə malik saqqal onun uşaqlıqdan yaxşı tanış olan sifətini tam örtmürdü. Onun sarı rəngi inkişafda olan xəstəlikdən xəbər verirdi. Dostunun söhbətlərindən məlum olurdu ki, onun oradakı həmvətənlilərinin koloniyası ilə sıx əlaqəsi yoxdur; eyni zamanda onun yerli ailələrlə də münasibəti alınmırdı və qəti olaraq həyatını sübaylığa həsr etmək qərarına gəlmişdi.

Açıq-aydın yolundan çıxmış belə bir insana nə yazmaq olardı, onun halına yalnız acımaq gərəkdir, amma heç cürə kömək etmək yox. Bəlkə ona məsləhət vermək olardı ki, o evinə qayıtsın, yaşayışını burada qursun, köhnə dostluq münasibətlərini yeniləndirsin, buna heç bir maneə yox idi, və qalan şeylərdə dostlarının köməyinə arxalansın. Ancaq bu o demək idi ki, ona nə qədər dostcasına olasa da, bir o qədər də kəskin şəkildə bildirəcəklər ki, onun indiyə qədər etdiyi cəhdlər əbəs olub və sonda onlardan imtina edib evə qayıtmalı olub və həmişəlik qayıtmış birisi kimi daima təəccüblü baxışlar altında əziləcək; guya yalnılz onun dostları həyatı anlayırlar və o yaşlı uşaq kimi evdə qalıb uğur əldə edən dostlarının dediklərinə qulaq asmalıdır. Və kim əmin ola bilər ki, ona çəkiləsi zəhmətlər bir nəticə verəcək? Yəqin ki, onu evə dönməyə yola gətirmək mümkün olmayacaq — hətta onun özü deyirdi ki, onun vətəni ilə bağlı heç bir hissiyatı yoxdur—və heç nəyə baxmayaraq, belə məsləhətlərdən boğaza gəlmiş və dostlarından daha uzaqlaşmış halda xaricdə qalacaq. Əgər o deyilən məsləhətlərə qulaq asıb pis niyyətlə yox, vəziyyətlə bağlı qayıtsa, onda o özünü dostlarının arasında görməyəcək, təklikdən sıxılacaq, öz durumuna görə utanacaq və onda doğrudan da o dostlarsız və vətənsiz olacaq, belə olan bir halda onun necə var eləcə də xaricdə qalması yaxşı deyilmi? Belə bir şəraitdə düşünmək mümkündürmü ki, o öz işlərini burada qaydasına qoya biləcək?

Bu səbəblərdən, əgər məktub əlaqəsini əsla saxlamaq istəyirsənsə, ona, hətta uzaq tanışına düşünmədən verə biləcəyin xəbərlər haqqında da yazmaq olmazdı. Dostum artıq üç il idi ki, evlərinə gəlmirdi və bunu məcburi olaraq Rusiyadakı siyasi durumun stabil olmaması ilə əlaqələndirirdi, bu guya balaca kommersantın kiçik yoxluğuna imkan vermirdi, o vaxt ki, yüz minlərlə ruslar rahatca dünyanı dolaşırdılar. Bu üç il ərzində Qeorq üçün çox şey dəyişmişdi. Qeorqun iki il öncə anası rəhmətə getmişdi və o qoca atası ilə bir mənzildə yaşayırdı. Onun anasının vəfatı haqqında dostu əlbəttə xəbər tutmuşdu və o quru halda ifadə etdiyi bir başsağlığı məktubu göndərmişdi, bunun səbəbi onda ola bilərdi ki, qərbçilikdə ola-ola belə bir itkinin ağrısını duymaq çətindir. Artıq Qeorq bütün qalan işləri kimi ticarət işləri ilə də daha da qətiyyətlə məşğul omağa başaldı. Bəlkə də anasının sağlığında atası ticarət işlərində yalnız öz şəxsi düşüncələrini üstün tutaraq Qeorqa işləməkdə maneəçilik yaratdırdı; bəlkə də atası ansının vəfatından sonra ticarət işlərində olsa da özünü qapalı aparırdı; bəlkə də— hətta çox böyük ehtimalla— uğurlu təsadüflər əsas rol oynamışdı; istənilən halda ticarət işləri bu keçən iki ildə gözlənilməyən şəkildə genişlənmişdir, işçilərin sayını iki dəfə artmışdır, dövriyyə beş dəfə artmışdır və ticraətin sonrakı artımı artıq şübhəsiz idi.

Dostumun isə bu yeniliklərdən xəbəri yox idi. Qabaqlar, sonuncu dəfə zənnimcə baş sağlığı məktubunda o Qeorqu Rusiyaya köçməyə sövq etməyə cəhd etmişdi və Qeorqun iş fəlaiyyti üçün Petrebirqda olan umkanlar haqqında ətraflı yazmışdır. Qeorqa öz işində əldə etdiyi mənfəətin müqabilində göstərilən məbləğ çox aşağı idi. Qeorqun isə əldə etdiyi kommersiya uğurları haqqında dostuna yazmağa heç həvəsi yox idi və əgər o bunu sonradan etsəydi də bu çox təəccüblü görünərdi. Ona görə də, Qeorq, dostuna sakit bazar günü düşünərkən adamın ağlına gələ biləcək əhəmiyyətsiz şeylər haqqında yazmaqla kifayətləndi. Onun istədyi yeganə şey o idi ki, dostuna təsəlli verən, çoxdan onun yaddaşında vətəni haqqında həkk olunmuş yaxşı xatirələr qorunub qalsın. Belə alındı ki, dostu Qeorqun ona müxtəlif zamanlarda yazdığı üç məktubda təsvir etdiyi, heç bir əhəmiyyəti olmayan bir şəxsin özü kimi əhəmiyyətsiz bir qıza nişanlanması xəbəri ilə maraqlanmağa başaldı. Bu heç də Qeorqun marağında deyildi. Qeorq özünün bir ay öncə imkanlı ailəyə məxsus qız Frida Brandenfeldlə naişanlanmasından yana, ona belə şeylər haqqında yazmağı daha üstün tuturdu. O öz nişanlısı ilə bu dostu haqqında tez-tez danışardı və əsasən də aralarında olan məktub əlaqəsi haqqında.
-Onda o bizim toyumuza gəlməyəcək-xanım deyərdi,-amma mən sənin bütün dostlarını tanımaq istərdim.
-Mən onu narahat etmək istəmirəm-Qeorq dedi.-Məni düzgün başa düş, bəlkə də o gələcək, ən azından mən belə düşünürəm, amma ö özünü buna məcbur edəcək və qəlbi sarsılacaq, bəlkə də mənə həsəd aparacaq və bu narazıçılığı aradan qaldırmaqda açıq-aydın narazı və qabiliyyətysiz bir halda geriyə qayıdacaq. Tənhalıq- bilirsən bu nə deməkdir?
– Bəs o bizim toyumuz barədə başqa yolla xəbər tuta bilməz?
-Mən bunun qarşısını ala bilmərəm, amma onun o həyat tərzində bu mümkün deyil.
– Səninki Qeorq belə dostların var, heç evlənməsən yaxşıdır.
– Burada bizim ikimiz də günahkarıq, amma mənim indi nəyisə dəyişməyə həvəsim yoxdur.
Və onun öpüşləri altında xanım tənginəfəs olsa da o deməyə macal tapdı:
– Əslində mən buna acıyıram,- o özlüyündə qərara aldı ki, bütün bunlar haqqında dostuna yazmağın heç bir ziyanı olmaz.- Mən beləyəm və o məni belə də qəbul etməlidir.- O öz-özünə dedi.- Məndən onun dostluğuna sadiq daha yaxşı insan düzəltmək mümkün deyil.

Və həqiqətən də o bazar günü, səhər-səhər yazdığı uzun məktubda dostuna baş vermiş nişanlama haqqında bu şəkildə məlumat verirdi: “Ən gözəl yenilik mənə sonda nəsib oldu. Mən imkanlı ailəyə mənsub olan Fröylayn Frida Brandenfeldlə nişanlanmışam. O sənin getməyindən çox-çox sonralar bizm elə köçüb, ona görə də, sən onu tanıya bilməzsən. Mənim nişanlım haqqında sənə ətraflı yazmağa yəqin ki, başqa imkanlar olacaq, bu gün isə yalnız demək istəyirəm ki, mən çox xoşbəxtəm və bizim səninlə qarşılıqlı münasibətimizdə dəyişən odur ki, mənim timsalımda sən adi diost yox, xoşbəxt bir dosta sahibsən. Bundan əlavə sənə öz salamlarını göndərən və sənə tezliklə özü yazacağına söz verərən nişanlımın simasında bir yaxn dost tapacaqsan, hansı ki, sübay adam üçün elə də əhəmiyyətsiz deyil. Mən bilirəm, sənin bizə baş çəkməyə gəlməyinə mane olan çoxlu şeylər var, bəlkə bizim toyumuz sənin bütün menələri bir yana atıb biz tərəflərə gəlməyinə əsas ola bilər? Necə olsa da sən mənə fikir vermədən özün bildiyin kimi hərəkət et.”

Qeorq bir müddət əlində də məktub, sifətini pəncərəyə tərəf çevirərək masa arxasında dondu. Küçədən keçən tanışının verdiyi salamı üzündə heç bir təbəssüm göstərmədən aldı.

Nəhayət o məktubu cibinə qoyaraq otaqdan çıxdı və ensiz dəhlizlə, atasınımn, çoxdan ayaq basmadığı otağına keçdi. Əslində buna heç ehtiyac da yox idi, çünki o atasıyla hər gün ofisdə görüşürdü, naharı birlikdə eyni yeməkxanada edirdilər, axşamlar isə hərə öz zövqünə uyğun məşğliyyət seçsə də, onlar adətən əllərində qəzet eyni otaqda oturardılar. Qeorq çox vaxt olduğu kimi rəfiqələrinin yanında olanda və ya son vaxtlarda nişanlısına baş çəkməyə gedəndə bu qayda pozulardı.
Belə günəşli gündə atasının otağında qaranlıq olması Qeorqu təəccübləndirdi. Belə kölgənin səbəbkarı enzih həyətin o biri tərəfində duran divar idi. Atası, anasını xatırlayan əşyalarla bəzədilmiş bir küncdə, pəncərə qabağında oturmuşdur və o qəzet oxuyurdi, yazıya yandan baxaraq bununla zəif gözlərini uyğunlaşdırmaq istəyirdi. Masanın üstündə qalan səhər yeməyinə əldə dəyməmiş kimi görünürdü.

-Ah Qeorq!-dedi atası və ona qarşı gəldi. Onun ağır yataq ətəyi yeriyəndə açıldı, ucları yellənməyə başladı-“mənim atam hələ də nəhəngdir”, – özlüyündə Qeorq düşündü .
– Bura dözülməz dərəcədə qaranlıqdır,- o sonra dedi.
-Hə qaranlıqdır,- atası cavab verdi.
-Pəncərləri də basdırmısan?
– Mənə belə yaxşıdır.
– Bayırda axı çox istidir,-Qeorq sanki ilkin düçüncələrini davamı kimi dedi və oturdu.
Atası səhər yeməkləri olan qab-qacağı yığışdırdı və onları sandığn üstünə qoydu.
-Mən əslində sənə demək istəyirdim ki,- Qeorq qocanın hərəkətlərini dağınıq şəkildə izləyərək davam edti.- Mən elə indicə Peterburqa nişanlanmağım barədə xəbər verdim.
O cibindən məktubun ucunu çıxartdı və sonra geri itələdi.
– Niyə Peterburqa?- soruşdu atası.
– Necə yəni, dostuma?- Qeorq dedi və atasının gözlərini aradı.- “Ofisdə o tamam başqadır” fikirləşdi o, ” burada olduğu kimi yox, oturacaqda yayılb və əllərini də döşündə çarpazlatyıb”.
-Hə sənin dostun- atası vurğuadı.
– Sən bilirsən ki, ata, əvvəcə mən bunu gizlətmək istəyirdim. Sadəcə olaraq onun kefini pozmamaq üçün, başqa heçnə yox. Sənki bilirsən, o necə də çətin adamdır. Düşündüm ki, mənim nişanlanmığımı başqalarından öyrənə bilər, baxmayaraq ki, bu onun tənha həyatı tərzində çox az ehtimallıdır-mən buna qarşı heçnə edə bilmərəm.- amma mənim özümdən bu haqqda o heçnə eşitməmələdir.
-Amma indi sən fikrini dəyişmisən?- atası soruşdu, pəncərə altına qəzeti və onun üstünə eynəyini qoyaraq onu əli ilə örtdü.
-Hə, indi mən bu fikirdəyəm. Əgər o mənim yaxın dostumdursa, mən belə düşünürəm, onda mənim xoşbəxt nişanlanmam da onun üçün sevincli olmalıdır. Və ona görə də, mən gözləmədən ona yazdım. Məktubu göndərməzdən öncə bu haqqda sənə danışmaq istədim.
-Qeorq-,- atası dişsiz ağzını daha da geniş açaraq dedi,- mənə qulaq as! Sən mənim yanıma bu işlə məsləhətləşmək üçün gəlmisən. Şübhəsiz bu sənin üçün fəxrdir. Amma bunun heç bir mənası yoxdur, əgər sən mənə bütün həqiqəti deməsən bu dəhşətdir. Mən indi aidiyyatı olmayan şeyləri buraya qatmaq istəmirəm. Bizim əziz anamızın vəfatından sonra çox xoşagəlməz şeylər baş verib. Bəlkə də buna qayıtmağın vaxtı gələcək və bəlkə də gözlədiyimizdən də tez. İş zamanı çox şey mənim nəzərimdən qaçır- mən indi demək istəmirəm ki, məndən bunu gizlədirlər- mən artıq o qədər də gücə malik deyiləm, yaddaşım zəifləyir, və mən baş verən hər şeyi izləyə bilmirəm. Birincisi, bu təbiidir və ikincisi bizim anamızın ölümü mənə daha çox pis təsir göstərdi nəinki sənə. Amma biz ki, indi o məktub üzərində dayanmışıq, Qeorq mən səndən xahiş edirəm, məni aldatma. Bu boş şeydir, hətta bir qara qəpyə də dəyməz, belə ki, məni aldatma. Sənin Peterburqda həqiqətən dostun var?
Qeorq təəccüblü halda ayağa durdu.
– Allah mənim dostlarımın başını bilməsin. Minlərlə dost mənim atamı əvəz edə bilməzlər. Bilirsən, mən nə düşünürəm? Sən özünə yaxşı baxmırsan. Amma qocalığın öz tələbləri var. Dükanda sən mənim üçün əvəzolunmazsan, bunu ki, sən gözəl bilirsən, amma dükan sənin sağlamlığına xələl gətirirsə mən elə günü sabah onu həmişəlik bağlayım. Yox olmaz. Biz sənin həyat tərzini başqa cür qurmalıyıq. Kökündən. Sən burda qaranlıqda oturursan, baxmayaraq ki, otaqda daha işıqlıdır. Sən səhər yaxşı yemək əvəzinə, yeməkdə dindələnirsən. Sən bağlı pəncərə arxasında oturursan, amma təmiz havanın sənə xeyri dəyər. Yox ata! Mən həkim çağıracağam və biz onun təkliflərinə riayət edəcəyik. Biz otağı dəyişməliyik, sən qabaq otağa köçəcəksən, mən isə buraya. Bu sənin üçün böyük dəyişiklik deyil, hər şeyi otağa köçürəcəyik. Amma bunu tədricən etmək lazımdır, indi isə sən bir az yatağa uzan, sənə dincəlmək lazımdır. Gəl, mən sənə soyunmağa kömək edim, görəcəksən, mən bunu bacaracağam. Yoxsa elə indicə qabaq otağa keçmək istəyrsən, onda hələlik mənim çarpayıma uzana bilərsən. Belə hər şeydən yaxşı olardı.

Qeorq düz atasının yanında durmudur, o dağınıq ağ saçlı başını sinəsinə sallayaraq oturmuşdur.
-Qeorq,-dedi atası sakitcə, hərəkətsiz.
Qeorq o saat atasına yanında çömbəldi, atasının yorğun sifətində bərəlmiş gözləri yandan ona baxırdılar.
-Sənin Peterburqda dostun yoxdur. Sən həmişə kiminləsə zarafat etməyi xoşlardın və hətta məndən də yan keçmədin. Birdən haradan orada sənin dostun meydana çıxdı? Heç cür inana bilmirəm.
– Ata, sən bir yadna sal,- dedi Qeorq, atasını kreslodan qaldırdı və onu soyundurdu, o ayaq üstə güclə dayanırdı.- Dostumun sonuncu dəfə bizə gəlməyindən arıq üç il keçir. Hələ mənim yadımdadır ki, sənin ondan xoşun gəlmirdi. Azı iki dəfə o mənim otağımda ola-ola mən sənə yalan danışmışam. Sənin ona qarşı olan nifrətini anlaya bilərdim, çünki mənim dostumun çox qəribə xasiyyəti var. Amma bir dəfə nədənsə siz çox maraqlı söhbət edirdiniz. Mən o vaxt çox qürur duyurdum ki, sən ona qulaq asırsan, başınla təsdiqləyirsən və sual verirsən. Yadına salsan, onu mütləq xatırlarsan. O dəfə o Rusiyadakı qeyri adi inqilabdan danışırdı. Məsələn, o Kiyevə iş dalınca getdiyi vaxt orada üsyan zamanı bir keşişin balkonda ovucunu xaç şəklində kəsərək onu camaata qaldırıb qışqırdığını söyləyirdi. Bu hekayəni sənin özün danışmağı xoşlardın.

Söhbət ərəfəsində Qeorqa atasını qaldırıb kresloda oturtmaq və onun əynindəki, tumanı və onun üstündən keyindiyi şalvarını və corabları ehtiyatla çıxarmaq nəsib oldu. Atasının heç də təmiz görünməyən alt paltarını gördükdə özünü atasına yaxşı baxmamaqda qınadı. Atasının alt paltarının dəyişməsinə o baxmalı idi. Atasının gələcəyi haqqında hələ o nişanlısı ilə danışmamışdı və onların bu haqqda susmaları ona dəlalət edirdi ki, ata köhnə evdə tək yaşa biləcək. İndi isə o tam qətiyyətlə atanı öz gələck ailəsinə götürmək qərarına gəldi. Yaxından baxdıqda adama elə gələ bilərdi ki, ataya qulluq artıq gecikmişdi.
Qeorq atasını qucağında çarpayıya aparırdı. Bir neçə addın atmışdı ki, onu vahimə bürüdü, atası onun saatının zənciri ilə oynayırdı. Atası saatın zəncirindən bərk yapışdığndan o atasını o saat yatağa qoya bilmədi.

Atası yatağa uzandı və hər şey öz qaydasını aldı. O yorğanla üstünü örtdü və yorğanı başına qədər çəkdi. O Qeorqa yad olmayan baxışlarla baxırdı.

– Sən onu xatırlayırsan ata, elə deyilmi? – soruşdu Qeorq və başı ilə təsdiqlədi.
– Üstüm yaxşı örtülüb?-soruşdu ata, sanki özü baxa bilmirdi ki, ayaqları örtülüb ya yox.
– Sənə yataqda yaxşıdır,- dedi Qeorq və yorğanı düzəltdi.
– Üstüm yaxşı örtülüb?- ata yenə soruşdu və cavabı diqqətlə gözlədi.
– Naraht olma, üstün yaxşı örtülüb.
-Yox!- ata elə qışırdı ki, cavab sualla toqquşdu, yorğanı güclə arxaya atdı, bir anlığa o havada uçduqdan sonra yataqda düz sərildi. O yalnız bir əli ilə yorğanın kənarından tutmuşdu.
– Sən mənim üstümü örtmək istədin, bunu mən də bilirəm mənim əzizim, amma üstüm hələ də örtülməyib. Bu sonuncu güc səndə kiafyət ədər olsa da, mənim üçün çoxdur. Əlbəttə tanıyıram mən sənin dostunu. O mənə oğulluğa yarayardı. Ona görə də, sən bütün bu illər boyu onu aldatmısan. Yoxsa niyə? Elə bilirsən, mənim onun üçün ürəyim yanmayıb? Ona görə də, sən otağında gizlənirsən, ki heç kim sənə mane olmasın və sən Rusiyaya yalançı məktub yazasan. Amma ataya heç kim öz doğma oğlunu tanımağı öyrədə bilməz. Sən indi elə düşünürsən ki, onu altında əzib heçə döndərmisən, onun üstündə otura bilərsən və tərənməz durub, və çünki oğlum evlənmək xəyalına düşüb!
Qeorq atasının açdığı dəhşətli mənzərəni seyr edirdi. Atasının qəfildən belə yaxşı tanıdığı Peterburqdakı dostu onda heç vaxt olmayan qeyri adi bir hiss yaratdı. O gözləri önündə onu uzaq Rusiyada itkin düşmüş kimi canlandırdı. Onu talan edilmiş, boş dükanın qapısı önündə gördü. Dağıldılmış rəflər, əzilmiş mallar, dağılan armaturalar arsında onu təsəvvür etdi. O nədən belə uzaqlara getdi!
-Amma, mənə bax!- çağırdı atası və Qeorq çaşqın halda çarpayıya tərəf getdi, deyilənləri havadaca tutmaq istədi amma yarı yolda qaldı.
– O yubkasını elə qaldırdığına görə,-uzatdı atası,- çünki o yoluq cücə yubkasını elə galdırdı ki,- və atası bunu göstərmək üçün əynindəki köynəyi yuxarı qaldırdı, onun budunda müharibədən aldığı şram göründü,- o yubkasını bax belə və bax belə yuxarıya qaldırdı ki, sən onun üstünə atıla bildin və öz ehtiraslarını söndürə bildin, bununla sən anamızın xatrəsini günaha batırdın, dostunu satdın və atanı yatağa soxdun ki, o sənə toxunmasın. Amma o sənə toxunur, görüsən?
İndi o heç bir kömək olmadan durmuşdu və ayaqları ilə havanı təpikləyirdi. Hər şeydən xəbəri olduğu üçün o şəfəq saçırdı.
Qeorq güncdə, atasından mümkün qədər uzaqda durmuşdu. Uzun müddətdən sonra o qərar aldı ki, bütün baş verənləri dəqiq müşahidə etsin ki, onu arxadan və ya yuxarıdan heçnə qəflətən yaxalamasın. Birdən o yendə də çoxdan unudulmuş qərarı xatırladı və onu iynə gözlüyündən keçən qısa bir sap kimi unutdu.
– Amma dost satılmayıb!- qışqırdı atası, sözlərini baş barmağını havada yelləyərək bərkitdi. -Burada onunun tərəfini mən saxlamışam!
-Komediyaçı!- Qeorq qışqırmadan özünü saxlaya bilməsə də, dilini dişləməyi gec hiss etdi, gözləri bərəlmiş halda o ağrıdan əyildi.
-Hə, əlbəttə mən komediya oynayıram! Komediya! Yaxşı sözdür! Qoca, dul atana daha hansı söz yaraşar! De- və bir anlığa mənim canlı oğlum ol- de ki, mənə arxa otaqda uzanmaqdan, etibarsız işçilərlə müşaiyət olunan sümüyümə qədər qocalıqdan başqa nə qalıb? Mənim oğlum isə razı halda dünyanı gəzərək, mənim hazırladığım sövdələşmələri bağladı, sevincindən əzilib-büzüldü və atasının önündə lovğalandı. Sən elə bilirsən ki, mə səni sevmirəm- mən, səni dünaya gətirən?
– İndi o əyiləcək,- düşündü Qeorq.- “O indi yıxılb əzilsə!” bu sözlər onun beynindən keçdi. Atası əyildi amma yıxılmadı. Qeorq atasının gözləntilərinin əksinə olaraq qabağa addım atmasa da, o qamətini düzəltdi.
– Dur durduğun yerdə, sən mənə lazım deyilsən! Elə bilirsən sənin buraya gəlməyə gücün çatar və yerində donmusan, çünki sənə elə əlverişlidir. Çaşırsan! Mən hələ güclüyəm! Mən tək olsaydım, yəqin ki, mən təslim olardım, amma anan mənə öz gücünü verib və mən sənin dostunla çox gözəl danışmışam, bütün sənin müştərilərin bax buradadır, mənim bu cibimdədir!
“ Onun gecə köynəyində cib haradandır”, öz-zöünə Qeorq düşündü və ona elə gəldi ki, bu sözlərinə görə atasını yer üzündən silmək olardı. O bu haqqda bir an düşündükdən sonra onu dərhal unutdu.
-Get nişanlına yapış və mənim gözümə görünmə! Mən onu cəhənnəmə vasil edərəm, heç ağlına da gəlməz necə!
Qeorq naümid qrimaslar etdi, guya buna inanmır. Deyilənlərə qüvvət vermək üçün atası başı ilə küncdə duran Qeorqa tərəf əydi:
– Sən bu gün mənimlə necə danışdın, yanıma gəlib nişanlanmağın haqqında dostuna məktub yazmağını soruşanda! O ki, hər şeyə bələddir, axmaq! Mən ona hər şey haqqında yazmışam, yaxşı ki, sən məndən yazı ləvazimatını götürməyi unutmusan. Ona görə də, o neçə illərdi ki, buralara gəlmir, o səndən də yüz dəfə hər şeyi yaxşı bilir, sənin məktubunu o oxumayaraq sol əlində əzdiyi halda, sağ əlində o oxumaq üçün mənim məktubumu tutacaq.
O həvəslənərək əlini başının üstündə yellətdi.
– O hər şeyi səndən yüz dəfə yaxşı bilir!-qışqırdı ata.
-On min dəfə!- Qeorq gülümsəyərək dedi, amma söz ağzında ikən öldürücü ciddilik halını aldı.
– Artıq neçə ildir ki, sənin bu sualla mənim yanıma gəlməyini gözləyirdim! Düşünürsən ki, məni digər şeylər maraqlandırır? Yoxsa mən qəzet oxuyuram? Al tut!- və o Qeorqa qəzet vərəqlərini atdı, necəsə onlar da çarpaynın üstünə gəlib çıxmışdılar. Bunlar adları Qeorqa məlum olmayan köhnə qəzetlər idilər.
– Sən ağıllalana qədər çox fikirləşdin! Anan bu gözəl günü görmədən rəhmətə getdi, dostun Rusiyada məhv olur, hələ üç il bundan qabaq o saralıb getmşidi, mən isə heç, özün görürsən nə gündəyəm. Bunu ki, sənin görməyə gözlərin var!
– Deməli sən məni izləmisən!- qışqırdı Qeorq.
Atası ürək yanğısı ilə dedi:
– Sən bunu mənə yəqin ki, qabaqlar da demək istəmisən. İndi isə artıq bunun yeri deyil.
Və hündürdən:
– Artıq bilirsən ki, səndən başqa şeylər də varmış, yoxsa indiyə qədər yalnız özün haqqında bilirdin! Əslində sən günahsız uşaq idin, amma daxilin o qədər şeytanla doludur ki.- Ona görə də, mən sənə suda boğulmaqla ölüm cəzası hökmünü verirəm!

Bu anda Qeorq onu nəyinsə otaqdan qovduğunui hiss etdi. Arxasında atasının çarpayıya gurultu ilə yıxıldığnı eşitdi, səs hələ də onun qulaqlarında cingildəyrdi. Aşağıya qaçarkən pilləkəndə o, yuxarıya otağı yığmağa gedən qulluqçunu vurub aşırdı. “Allah!” qışqıraraq o üzünü yaxalıqla örtdü, Qeorq isə artıq yox olmuşdu.
Qeorq darvazadan çıxdı, çıxış onu suya apardı. O artıq sahildən bərk yapışıb, bir tikə çörəkdən yapışan kimi. O digər tərəfə atıldı, bir gimnast kimi, gənclikdə valideynlərini sevindirdiyi kimi. Zəifləyən əlləri ilə o hələ tuta bilir; sahildəki qəfəsin dirəkləri arasından, onun suya düşməsinin səsini batıran, küçədən keçən avtobusu gördü, sakitcə qışqırdı” Əziz valideynlərim, mən axı sizləri sevirdim”, və əllərini buraxdı.
Bu anda körpüdən sonsuz sayda maşın keçdi.

Advertisements
Galereya | Bu yazı Frans Kafka kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Frans Kafka. Hökm üçün cavab

  1. Hüseyn vahidi dedi ki:

    salamlar
    əllərinizə sağlıq
    təşəkkürlər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma