Meşədə quldur yoxdur

Astrid Lindqren
-Meşədə quldur yoxdur!- Peter taxta qılıncını havada yellədərək qışqırdı və eyvana qaçdı.-Meşədə quldur yoxdur!
Hava çoxdan qaralmışdı və nənə yarım saat bundan əvvəl pəncərədən çölə baxaraq Peteri evə çağırmışdı. O isə küçədə hələ də uşaqlarla oynayırdı. Nənəsinin yanında qalmaq və Yansondakı uşaqlarla oynamaq onun daha çox xoşuna gəlirdi nəinki, evlərində. O bu gün hətta qorxuducu silahdan atəş açmışdı.
 -Meşədə quldur yoxdur!-Nənə mətbəxdə deyildi.
-Meşədə quldur yoxdur!-Qonaq otağında da o yoxdur.
 Sobada od alovlanırdı. İşığı yandırmadı. Künclərə qorxu çökmüşdü. Nənənin yırğalanan stulu tikiş masasının yanında idi.  Yanson uşaqları evə Peterin dalınca gələndə o, divanın üstündə “Min bir gecə” nağıllarını necə qoyub getmişdirsə, onlar elcəcə də  səpələnib qalmışdılar.  
 -Meşədə quldur yoxdur!-Peter taxta qılıncı ilə divana bərk elə vurdu ki, ondan ağ lələk çıxdı.  
-Meşədə quldur yoxdur!
Otağın uzaq küncündə oyuncaq ev dururdu, bu evi onun anasına balaca olanda hədiyyə etmişdilər. Mətbəx və yemək otağı bu gözəl evciyin aşağı hissəsində, yataq və qonaq otaqları isə yuxarı hissədə yerləşirdilər. Qonaq otağında mavi paltarda balaca gəlincik oturmuşdu. Onun adı Mimmi idi. Peter qorxuducu silahını Mimmiyə tərəf tuşlayıb qışqırdı:
-Meşədə quldur yoxduuuuur!
 Bu anda Mimmi stuldan durub Peterə yaxınlaşdı.
 -Heçdə ağ eləmə!-dedi o.-Meşədə əlbəttə quldurlar var!
 Onun sifəti elə incik idi ki, Peter heç təəccüblənməyə də macal tapmadı. Amma… təəccüblüsü o idi ki, gəlincik danışa bilirdi. Belə şey yalnız nağıllarda ola bilərdi. Peter bu haqqda asudə vaxtında fikirləşməyi qərara aldı. İndi isə onun vaxtı yox idi, çünki Mimmi qaşlarını çatıb durmuşdu:
– Sən elə hey qışqırırsan ki, meşədə quldur yoxdur, amma ora quldurla doludur! Get mənim yataq otağımın pəncərəsindən bir çölə bax, onda görəcəksən.  Peter boş vaxtında həqiqətən də  bu balacacıq otaqda necə yerləşə bilməsi haqqında  düşünməyi özünə rəva bildi. İndi onun buna vaxtı yox idi, çünki Mimmi onun əlindən tutub pəncərəyə tərəf dartırdı.
-Pərdənin altından çölə bax, ehtiyatlı ol ki, Fiolito səni görməsin.-dedi o.
Peter ehmalca oyuncaq evin yataq otağıının pəncərəsindən boylandı. Əslində nənənin yırğalanan stulu və tikiş masasından başqa bir şey görməməli idi- ancaq bu şeylər yerində yox idi. O, qaranlıq meşə gördü. Lap yaxınlıqda, ağacın arxasında, başında şlyapa, əynində enli plaş olan qara bığlı bir kişi dururdu. 
-İndi nə deyirsən?-təntənəli şəkildə Mimmi soruşdu.-Bəlkə, sənin təəbincə bu quldur deyil? Gələn dəfə nə danışdığına fikir ver!
-Necə yəni…Fiolito?-soruşdu Peter.
-Buna əmin ola bilərsən.-dedi Mimmi. – Fiolito quldur dəstənin başçısıdır. Onun qırx qulduru var. Quldurların hamısı ona tabedirlər.
Bu anda Peter gördü ki, hər ağacın arxasında bir quldur dayanıb.
-Sən qapını bağlamısan?-həyacanlı halda o soruşdu.
-Bəli, mən hələ ağlımı itirməmişəm. -dedi Mimmi.-Aydın məsələdir ki, qapını bağlamışam. Mən tənha yetim uşağam, ev  incilərlə doludur. Mən necə qapını açıq qoya bilərəm!  
-Səndə çoxlu həqiqi incilər var!-təəccübləndi Peter.
-Çoxlu, lap çox,-təkrar etdi Mimmi.-Bax bura!
 O, qırmızı, yaşıl, mavi və ağ incilər düzülmüş,  boynundan asılmış boyunbağını ona göstərdi. Peterin anası 7 yaşında olanda, o dükana qaçaraq oradan 10 qəpiyə bir torpba şüşə inci almışdı. Mimminin boynundakı bu boyunbağını da o öz əlləri ilə düzəltmişdi. Peter bu haqqda çox eşitmişdi. “Heçdə demək olmaz ki, bunlar həqiqi incilərdir, düşündü o”.
 -Bu incilərin qiyməti yoxdur, bax belə-dedi Mimmi.-Ona görə də, Fiolito onu oğurlamaq istəyir, başa düşürsən?
 Peter heç də boş yerə narahat olmurdu. Mimmi isə heç də vecinə almadı.
– Qoy getsinlər o quldurlar işlərinin dalınca, ən yaxşısı gedək mətbəxə, özümüzə kakao bişirək-təklif etdi o.
 Yuxarı mərtəbədən mətbəxə pilləkən enirdi. Mimmi ayağını məhəccərin üsütündən aşıraraq aşağıya sürüşdü və yemək otağının döşəməsinə endi. Peter onun ardıca sürüşdü. Bir azdan onlar masanın arxasında oturaraq kakao içirdilər, kakaoya kökə batıraraq yeyirdilər.
 -Yenə istəyirsən?-soruşdu Mimmi. Bu anda onlar mətbəxin qapısının dalında kiminsə  gizləndiyini duydular.
-Fiolito!-pıçıldadı Mimmi və qorxudan kakao fincanını aşırdı.
-Sən əminsən ki, qapı bağlıdır?-pıçıltı ilə Peter soruşdu.
 Onlar qapının dəstəyinin necə aşağıya basılmasını gördülər və kimsə arxa tərəfdən qapını itələməyə cəhd edirdi. Amma qapı açılmırdı.
 -Ha-ha, heçnə alınmadı!- Mimmi razı halda dilləndi.
 Onlar kiminsə sakitcə qapıdan uzaqlaşdığını eşitdilər. Tez qaçıb mətbəxin pəncərəsindən çölə boylandılar. Meşədə qaranlıq idi. Quldurların qaladıqları ocaq ətrafa  qorxuducu kölgə salırdı.
-Onlar yəqin ki, bütün gecəni burada qalacaqlar, -dedi Mimmi.-Bir qorxuducu silahından atəş aç, onda görərik onlar qorxurlar ya yox.
 Peter mətbəxin pəncərəsini açıb qaranlığa atəş açdı. Ətafı küt və qorxulu səs bürüdü. Paf! Quldurlar ayağa atıldılar. Mimmi pəncərədən fit çaldı.
-Sizə hələ bu da azdır!-qışqırdı o. İndi sən bilirsən, səni nə gözləyir Fiolito! Bax bu adam-o əli ilə Peteri göstərdi- bu adam məni son damla qanına qədər qoruyacaq!-O,Peterin əlindən tutaraq cəsarətlə dedi:-Bunu edəcəksən, elə deyilmi?
Peter başı ilə təsdiqlədi. Hə, o onu son damla qanına qədər qoruyacaq, başqa carəsi yoxdur!

Mimmi mətbəxin pəncərəsini bərk örtdü. Və əsnədi.
-Hər necə də olmasa yatmağa çalışaq. Gərək öncə mər inciləri gizlədəm. Birdən..
-Necə yəni birdən?-soruşdu Peter.
-Birdən biz yatanda Fiolito gələr-cavab verdi Mimmi. Görünürdü ki, o tərəddüd edir.
– Mən bilirəm, harada biz onu gizlədə bilərik,-nəhayət dedi o.-Gedək, özün görərsən!
Yuxarı mərtəbədə, qonaq otağında masanın üstündə dibçək dururdu. Onun içində açelya bitmişdi. Mimmi gülü torpaqla birlikdə dibçəkdən çıxartdı, inciləri dibçəyə qoydu və açelyanı yenidən dibçəyə basdırdı.
-İndi axtar görüm, cənab Fiolito,-dedi o.-Mən and içirəm ki, onun bu gizli yeri tapmağa heç cür ağlı çatmaz.
O bir dəfə də əsnədi, yataq otağına qaçdı və çarpayıya uzandı. Peter başqa çarpayıya uzandı. Qılınc və silahını da özü ilə götürmüşdü. Kim bilir, bunlar nə vaxt lazım olacaqlar!
-Otaqda hava yoxdur, olarmı pəncərəni açaq,-soruşdu Mimmi.
-Bəs Fiolito?-onu Peter çəkindirdi.
-Onu yddan çıxart, o ikinci mərtəbəyə qalxa bilməz,-Mimmi onu inandırmağa çalışdı və pəncərəni taybatay açdı.  
 Sərin gecədə təmiz hava udmaq necə də gözəldir. Peterin gözünə yuxu getməmiş, Mimmi qəflətən onun çarpayısında oturdu.
-Eşidirsən?-pıçıldadı o.
Peter kiminsə evin divarı boyunca süründüyünü eşitdi. Onlar pəncərəyə tərəf atıldılar. Meşədə, bir-birinin belinə dırmaşmış qırx quldur dururdu. Onların boynunda Fiolito yuxarıya qalxırdı. Onun uzun bığları  pəncərəaltı taxta üzərində yellənirdi. Bu anda Peter taxta qılıcını qaldırıb Fiolitonun başına elə vurdu ki, onun enli şlyapası havaya uçdu. Bərk qurultu qopdu. Quldruların hamısı aşağıya yıxıldılar. Təkcə Fiolitodan başqa. O pəncərənin çərçivəsindən bərk-bərk yapışmışdı. Bundan əlavə o yuxarıya doğru dırmaşırdı. Budur o uzun ayağını yataq otağının pəncərəsindən içəriyə qoyur. O necədə bərkdən güldü:
-Ha,ha,ha!
-Tez qonaq otağına!-Mimmi Peterin üstünə qışqırdı.
Bu anda Fiolito artıq ikinci ayağını pəncərədən içəriyə qoymaqda idi. Mimmi və Peter yataq otağının qapısını örtüb, onu açarla bağladılar.
-Mebeli qapıya tərəf itələmək lazımdır,-deyə Mimmi göstəriş verdi. Onlar Fiolitonun var gücü ilə qapının dəstəyini dartdığını görürdülər. Komodu qapıya tərəf dartdılar. Bu azmış kimi onun üstünə stullar da yığdılar.
Onlar Fiolitonun qapını sındıra-sındıra deyinməyini eşidirdilər. Qapı isə heç də bərk deyilmiş. O bir azdan təslim oldu. Komod yan tərəfə sürüşdü və Fiolito öz iyrənc bığlarını deşidkən içəriyə soxdu. Bu anda bütün stullar onun başına aşdılar.
– Belə qorxulu olmasaydı,  mənə doyunca gülərdim,-dedi Mimmi.
 Peter cəsurcasına öz bədəni ilə onun qabağını kəsdi, qılıncı o əlində hazır vəzyəittdə tutmuşdur. Çox gözləmək lazım gəlmədi. Fiolito ona tərəf irəlilədi. Fiolitonun da əlində qılınc var idi.
-Yazıq sənin halına, bədbəxt, -deyərək o Peterin üstünə xırıltılı, quldur səsilə qışqırdı və qılıncını qaldırdı.
-Yazıq sənin halına başı boş!-dedi Mimmi və Fiolitoya uzun burun göstərdi.
Döyüş başladı. Fiolito əlində qılınc ondörd dəfə Peterin arxasınca qonaq otağında dövrə vurdu. Nəhayət çox qorxulu bir hadisə baş verdi. Fiolito Peterin əlindəki qılıncı vurub saldı, qılınc döşəməyə düşdü. Fiolito o saat ayağını onun üstünə qoydu.   
  -Get evinə, yıxıl yat Fiolito,-incik halda Mimmi dedi.-Sən boş yerə hay-küy salırsan, onunsuz da inciləri sən görməyəcəksən.
-Ha,ha,ha!-Fiolito qaqıldadı.-Bunu biz hələ görərik! Bunu biz hələ görərik! -dedi və inciləri axtramağa başladı.
 Mimmi və Peter pəncərəaltı taxtanın üstünə çıxdılar ki, yaxşı görə bilsinlər.
-O, onu heç vaxt tapa bilməyəəck,-Mimmi Peterə pıçıldadı.
 Fiolito komodda axtardı, palazın altına baxdı, divanda balışların altına baxdı, abajurda axtardı və kaminin içinə də baxdı. Amma gül dibçəyinə baxmadı, çünki adamın heç ağlına da gəlməzdi ki, incilər dibçəyin içindədirlər. Sonra o bütün evdə inciləri axtramağa başaldı, Mimmi və Peter isə onun dalınca qaçırdılar, Fiolitonun hərəkətinə baxıb gülürdülər.  
 -Mən sənin kimi kütbeyin olsaydım Fiolito,-dedi Mimmi-götürüb bığlarımı gəmirərdim.
Bu anda Fiolito bərk qəzəbləndi, elə qəzəbləndi ki, Mimmiyə nə isə atmaq istədi və ətrafa boylandı.Onlar artıq qonaq otağına dönmüşdülər. Fiolito kaminə birdə baxmağı qərara aldı, istəyirdi baxsın ki, boyunbağı kamindəki mismardan asılmayıbmı. Orada heçnə tapmayan Fiolito Mimmiyə bərk qəzəbləndi. Bu arada əlinə keçən yeganə əşya içində aliçe gülü olan dibçək oldu. Quldur onu başının üstünə qaldırdı. Peter və Mimmi qorxudan qışqırdılar, aydın məsələ idi ki, boyunbağını düşündülər.  Fiolito dibçəyi düz Mimminin üstünüə atdı, amma o yana çəkilmyə macal tapdı. Dibçək qurultu ilə döşəməyə dəyib dağıldı. Onun içində Mimminin incilərdən ibarət boyunbağı var idi.

 -Ha,ha,ha!-Fiolito inciləri gördükdə qaqıldadı.-Mən ona sahib oldum! Nəhayət ki!-Və öz quldur və eybəcər barmaqları ilə boyunbağını götürdü.-Ha,ha,ha!-Fiolito yataq otağının pəncərəsindən çıxaraq gülməyinə davam etdi.
 Qırx quldur yenidən bir-birinin belinə dırmaşdılar ki, Fiolito aşağıya düşə bilsin. Mimmi pəncərəyə tərəf qaçdı. O əlini uzadaraq Fiolitonun bığlarından bərk-bərk dartdı. Fiolito ağrıdan təpikləməyə başladı. Bütün quldurlar yıxılaraq pəncərəinin altına töküldülər.
Amma boyunbağı Fiolitoya nəsib oldu.  O boyunbağını da götürərək quldurlarla birlikdə meşədə gözdən itdi.

-O boyunbağına görə çoxmu qüssələndin? -soruşdu Peter.

Onda Mimmi qarnını tutaraq bərkdən gülməyə başaldı.
– Fiolito aparan boyun bağının qiyməti 10 qəpikdən artıq deyil. -dedi o. -Bu sadəcə olaraq şüşədən əldəqayırma bir şey idi. Həqiqi boyunbağını gör mən haraya qoymuşam! O yataq otağındakı pəncərinin qabağında duran gül dibçəyinə yaxınlaşdı. Bu dibçəkdə ətirşah bitmişdi. Mimmi gülü qaldırdı və onun altından qırmızı, yaşıl, mavi və ağ incilərdən ibarət boyunbağını çıxartdı. Bu Fiolito aparan boyunbağıya necə də oxşayırdı.  
 Bu anda Peterin yadına düşdü ki, anası ona nə vaxtsa söyləmişdi ki, o balaca olanda Mimmiyə iki boyunbağı almışdı. Anası   o vaxtlar 7 yaşında idi və nənəsinin ən kiçik qızı idi.
 -Gözəl incilər!-dedi Mimmi və boyunbağını iki dəfə boynuna doladı. Sonra Peterə baxdı:-Hə kütbeyin. Aydındır ki, meşədə quldurlar var. Bunu həmişəlik yadında saxla!
Kimsə evə daxil oldu. Bu nənə idi. O işığı yandırdı. Oyuncaq evin qarşında  Peter oturub mavi paltardakı gəlincik Mimmiyə baxırdı. Uşaqlıqda anası bu gəlinciklə çox oynayarmış.
Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Meşədə quldur yoxdur üçün cavab

  1. orxan dedi ki:

    salam rezo man qacqinam ailavi almnyaya galmak istayiram burada insanlar cox sixilir xais olunur cavab yazin man ozumda almanyada olmusam masin gatirirdim o vaxtlar subay idim ona gora qalmadim

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma