Sehrli quyu

                                                                 Astrid Lindqrenin “Mio, mənim miom” kitabından

Dənizdən və dağlardan o tərəflərdə yerləşən ölkələri mən hələ görməmişəm. Bir dəfə atamla bağda gəzən vaxtı ondan soruşdum, olarmı mən körpünü atla keçim. Atam -kral addımlarını yavaşıtdı və mənim sifətimi əllərini içinə aldı. Ata-kral ciddi və sevgi ilə mənim gözlərimin içinə baxdı.

– Mio, mənim miom!-dedi o.-Mənim krallığımda haraya istəyirsən oraya da çapa bilərsən. İsətəsən şimala, cənuba, şərqə və qərbə də gedə bilərsən, Miramisin gücü çatana qədər. Yaşıl çəmənliklər adasında oynamaq olar və ya dənizdən və dağlardan o tərfələrdə yerləşən ölkələrə yola düşmək olar. Bircə şeyi yaddında saxla. Unutma ki, dünyada “Qərb diyarlar” ölkəsi var.

-Bəs orada kim yaşayır?-soruşdum mən.

-Cəngavər Kato?-cavab verdi atam və onun sifətinin rəngi dəyişdi. -Qəddar cəngavər Kato. O, bu adı dilinə gətirən kimi bağda tufan qopdu. Ağ quşlar qaçıb yuvalarında gizləndilər, Qorun quşu isə həyacanla qışqırdı və iri qara qanadlarını çaldı. Bu zaman bir anda çoxlu sayda qızılgül soldu.

-Mio, mənim Miom!-dedi atam.- Sən bu dünyada mənim üçün hər şeydən əzizsən, və mən hər dəfə cəngavər Kato haqqında düşünəndə ürəyim sıxılır.

Bu anda gümüşü qovaqlar silkələndilər. Çoxlu yarpaqlar yerə töküldü. Bəzən onlar elə düşürdülər ki, elə bil ki, kimsə ağlayırdı. Mən hiss etdim ki, o cəngavər Katodan çox qorxuram, çooox..

– Xahiş edirməm, əgər bu səni sıxırsa onun haqqında düşünmə, atam xahiş etdi.

Kral əyildi və məni qucağına götürdü.

– Sən düz deyirsən. Mən onun haqqında düşünməyəcəyəm. Sən hələki bağda fleyta çalıb və qızılgül bağında çadır qura bilərsən. Və biz Yum-Yumu axtramağa getdik. Atamın işləri az deyildi, belə böyük ölkəni idarə etmək elə də asan deyildi. Amma o, həmişə mənim üçün vaxt tapır. Mən heç vaxt ondan eşitməmişəm ki, “Get üstümdən, mənim vaxtım yoxdur”. Mənimlə vaxt keçirmək ona da xoş gəlir. Hər gün səhər biz bağda gəzirik. O, mənə quş yuvalarını göstərir, bizm çadıra girir, mənə Miramisin üstündə gəzməyi öyrədir və mənimlə və Yum-Yumla dünyada mövcud olan hər şey haqqında danışardı. Necə ki, ata Benka mənimlə danışırdı. Benka da həmişə razı qalırdı. Onun sifətində elə bil yazılmışdı:”O mənim atam olsa da, mənə xoşdur ki, o mənimlə danışır”. Atam Yum-Yumla söhbət edəndə mənim də xoşuma gəlirdi. Mənim Yum-Yumla atın belində uzaq səfərlərimiz lap yerinə düşərdi, yoxsa atamı işindən edərdik, onun belə böyük ölkəni idarə etməyə vaxtı qalmazdı. Əgər biz bütün günü aradan çıxmasaydıq onda yəqin ki, hökümət işlərini icra etmək əvəzinə atam bizmlə məşğul olardı. Onun bəxti gətirmişdi ki, Yum-Yum və Miramis kimi dostlarım var. O Miramis mən sənin bülində necə də gözəl səyahətlər etmişəm! O mənim Miramisim, sən mənimlə ilk dəfə Səhər Şüası körpüsünün üstü ilə keçmisən və mən bunu heç vaxt unutmayacağam. Bu sübh tezdən idi. İşçilər körpünü gecə növbəsindən sonra təzəcə aşağı salmışdılar. Yaşıl ipək otlar şehdə yuyunurdular və Miramiz öz qızıl nallarını islatdı, amma bu onun vecinə deyildi. Biz Yum-Yumla səhər tezdən durduğumuzdan yuxulamağa başladıq. Amma əsən sırin meh bizim sifətlərimizi sərinləşdirirdi və biz çəmənlikdə gəzərkən mürgüləmədən tamam ayılmışdıq. Günəşin çıxması ilə biz Səhər Şüası körpüsünə çatdıq. Elə bil ki, o günəş şüalarından toxunmuşdu. Körpü suyun üzəində çox-çox yüksəkliklərdə yerləşirdi. Aşağı baxanda adamın başı gicələnirdi. Biz dünaynın ən hündür və ən uzun körpüsü üzəri ilə çapırdıq. Günəşin şüaları altında Miramis daha da alovlanırdı. At getdikcə sürətlə, daha sürətlə çapırdı, biz isə körüpünün üzəri ilə daha da yüksəkliyə qalxırdıq. Miramisin nalları gurultu kimi səslənirdi. Necə də gözəl idi! Tezliklə mən dənizin o tayındakı ölkəni görəcəyəm, tezliklə.

-Yum-Yum, -qışıqrdım mən, sən heç sevinmirsən? Bax necə də gözəldi!

Amma mən birdən gördüm ki, bədbəxt hadisə ola bilər! Çox pis hadisə. Miramis böyük sürətlə boşluğa tərəf irəliləyirdi. Qabaqda artıq körpü yox idi, orada körpü qurtarırdı. Görünür qarovulçular onu axıra qədər buraxmamışdılar və körpü yarğanın o biri tərəfində yerı çatmırdı, göydə qalmışdı. Qarşımızda bir yarğan uğuldayırdı. Mənə hələ heç vaxt belə qorxmamışdım. Mən Yum-Yumu çağırmaq istədim, amma edə bilmədim. Mən atın yüyənini dartdım, Miramisi dayandırmaq istədim, amma o mənə əhəmiyyət vermədi. Vəhşi şəkildə kişnəyərək o ölümə tərəf nallarını taqıltdadaraq irəliyirdi. Mən nədən belə qorxmuşam. Bizim yarğanı keçməyimizə lap az qalır. Biz indicə onu atlayıb keçəcəyik. Bax indicə Miramisin nallarının səsi kəsiləcək və mən onun kişnəməsini eşidəcəyəm, o qızıl saçları yellənərək aşağıya düşəcək. Mən gözlərimi yumdum və atam-kralı yadıma saldım. Miramisin nalları ildırım kimi guruldadı. Gurultu qəfildən kəsildi. Mən nalların taqqıltısnı eşitdim, amma indi onlar başqa cür səslənirdilər. Mənə elə gəlirdi ki, Miramis nə isə yumşaq bir şeyin üstü ilə gedir. Mən gözlərmi açdım və baxdım. Gördüm ki, Miramis havada yuxarıya qalxır. O mənim qızıl saçlı və qızıl nallı Miramisim! O havada yerdəki kimi asanlıqla çapırdı. O buludların üstü ilə gedirdi, istəyəndə ulduzlara da atıla bilirdi. Dünayada heç kimin belə gözəl atı yoxdur! Və heç kim təsəvvür edə bilməz ki, Miramisin üstündə oturub havada uçmaq və oradan günəşə qərq olunmuş, dəniz və dağlardan o tərfələrdə yerləşən ölkələri sey etmək nə deməkdir.

-Yum-Yum,-qışqırdım mən.-Yum-Yum, Miramis buldların üstü ilə uça bilir!

– Bəs sən bilmirdin?-soruşdu Yum-Yum, elə bilki Miramis həmişə buludların üstü ilə uçub. – Yox, haradan biləydim?-mən cavab verdim. -Sən hələ çox az bilirsən Mio?-dedi YumYum. Biz uzun müddət səmada qaldıq. Miramis bir buluddan o birisinə atlanırdı. Bu o qədər yaxşı idi ki, adam daha da həvəslənirdi! Nəhayət yerə enmək vaxtı gəldi. Miramsi bizi tədricən yerə çatdırdı və dayandı. Və biz Dənizin-o-tayındakı ölkəyə gəldik.

– Budur yaşıl otluq sənin qızl saçlı Miramisin üçün- dedi Yum-Yum.-Qoy o burada otlasın, biz isə Yiriyə qonaq gedək.

– Kimdir Yiri?-soruşdum mən. -Tezliklə görərsən,-cavab verdi Yum-Yum.-Yiri öz qardaş və bacıları ilə yaxınlıqda yaşayır. O mənim əlimdən tutaraq yaxınlıqda yerləşən bir daxmaya apardı. Damı samandan olan bu balaca ağ ev elə bil nağıllardakı kimi idi. Bilmirəm niyə daxma nağıllardakı kimi görünürdü, bu ya evlərin ətrafında bitmiş, ona qədim görkəmi verən qədim ağaclara görə idi, ya da başqa səbəbi vardı, bilmirəm. Evin qabağında həyətdə,bir köhnə dairəvi quyu vardı. Bəlkə o idi evə nağılbari şəkil verən? Bizim zəmanəmizdə belə quyular artıq yoxdur. Hər-halda mən belə quyular görməmişəm. Quyunun ətrafında beş uşaq oturmuşdu. Böyük oğlan bizə səmimi şəkildə gülümsədi.

– Mən gördüm, siz necə gəldiniz. Sizin gözəl atınız var.

– Onunadı Miramisdi, cavab verdim, -Bu Yum-Yumdur, mənim adım isə Miodur.

-Mən sizi tanıyıram, -dedi oğlan.-Mənim adım Pridir, bunlar isə mənim qardaş və bacılarımdır. Onların bizim gəlişimizdən xoşhal olmaları aydın görünürdü. Ulanqsqatanda belə qarşılamanı heç gözləmək də lazım deyil. Oradaklı oğlanlar onlara yaxınlaşmaq istəyən hər bir naməlumun üstünə canavar kimi hücum çəkərdilər. Onlar həmişə ələ salmaq üçün kimisə tapırdılar, onu oyuna buraxmayıb, hətta qovurdular. Hamıdan çox mən qovulurdum. Yalnız təkcə Benka mnimlə oynayırdı…Ullandsqatanda uşaların başçısı onların ən böyüyü Yanne idi. Mən Yanneyə pis heçnə etməmişəm, amma o məni görən kimi qışqırırdı: – Cəhənnəm ol buaradan, yoxsa elə ilişdirərəm ki, uçarsan! Bundan sonra mən uşaqlarla oynamağı belə arzulaya da bilməzdim.  Bütün küçədəki uşaqlar Yannın tərəfində idilər və hər şeydə ona oxşamağa çalışırdılar, çünki Yan onların başçıları idi. Mən indi belə, Yiri və onun bacı-qardaşalrı Yum-Yum və Nonno kimi gülərüz uşaqlar görəndə sadəcə olaraq təəcüblənirəm. Biz Yum-Yumla Yrinin yanında oturmuşdu. Mən quyuya baxdım. O dərin idi, dibi görünmürdü.

– Siz buradan suyu necə çıxarırsınız?-soruşdum mən.

– Biz oradan su çıxarmırıq,-cavab verdi Yri.-Bu sadə quyu deyil. Bu sehirli quyudur. O axşamlar nağıl pıçıldayır,-cavab verdi Yri.

– Necə yəni? -mən təəcübləndim. – Axşama kimi səbr elə, görərsən. Bütün günü biz Yiri və onun qardaş-bacıları ilə qədim ağacların budaları altında oynadıq. Acanda isə Yrinin bacısı, Minonna mətbəxə çörək dalınca qaçdı. Bizi dostumuz Nonnanın nənəsinin çörəyi də bizdəki kimi dadlı idi. Ağacların altında otun üstündə birdən mənim gözümə gümüş qaşıq dəydi. Mən onu Yiriyə göstərdim, o isə o dəqiqə qəmə batdı.

-Bu qaşıq bizim bacımızındır,-dedi o.

-Mio bizim bacımızın qaşığını tapdı!- o bacı və qardaşlarını çağırdı.

-Bəs sizin bacınız haradadır?-soruşdum mən.

– Cəngavər Kato, zülmkar cəngavər Kato onu oğurlayıb. O, bu adı deyən kimi, hava soyudu, bağdakı böyük günəbaxanlar soldu, kəpənəklərin qanadları isə sındı. Onlar bir daha uça bilməyəcəklər. Mənə elə gəldi ki, mən də cəngavər Katodan qorxuram, özü də çox. Mən Yiriyə gümüş qaşığı uzatdım, amma o dedi:

-Bizim bacımızın qaşığını özünə götür. Ona o qaşıq bir daha lazım olmayacaq, sən ki, onu tapmısan qoy o sənin olsun. Eşidəndə ki, qaşıq onlartın bacılarına bir daha gərək olmayacaq, uşaqalr hönkürtü ilə ağladılar. Amma bir az sonra biz oynamağa başladıq və gəmli şeylər haqqında düşünməməyə çalışdıq. Qaşığı mən cibimə qoydum və onu haqqında unutdum. Gün axşama yaxınlaşırdı, qaranlıqlamağa başaldı. Onda Yiri uşaqlara göz vurub dedi:

– Vaxtdır!

Hamı quyunun qırağına yığışdı, mən də Yum-Yumla yanaşı oturdum.

-Sakit!-pıçıldadı Yiri. Biz sakitcə oturub gözləyirdik. Qədim ağacların kölgəsi qısa zamanda tündləşdi. Yirinin evi sehirli bir qaranlığa qərq olmuşdu. Elə bil ki, evləri, ağacları, quyunu və oturduğumuz yer gizli, boz bir şeyə bürünmüşdü.

-Sakit oturaq- dedi Yiri, baxmayarq ki, bizim hamımız ağzımızı da açmamışdıq. Biz bir az da sakit oturduq, ağacların arasında daha qaranlıq oldu, ətrafı vahimə bürümüşdü. Sakitçilik hökm sürürdü. Mən heçnə eşitmirdim. Birdən müxtəlif səslər eşidlməyə başladı. Doğrudan da quyuda kiminsə pıçıltı ilə danışdığı eşidlirdi. Çox təəcüblü , heç nəyə oxşamayan səs nağıl danışırdı. Bu heç kimə mlum olmayan, dünyanın ən gözəl nağılı idi. Mən nağıla qulaq asmaqdan savayı heç nəyi belə xoşlamıram. Mən quyunun yanına uzandım ki, oradan gələn səsləri buraxmayım. Səs hərdən mahnı da oxuyurdu, bu gözəl və əcayib bir mahnı idi.

-Bu nə quyudur belə?- Yiridən mən soruşdum.

– İçi ağzına qədər nağıl və mahnı ilə dolu olan bir quyu, mənim bildiyim budur. -dedi Yiri.-Vaxtilə dünyada məşhur olan nağıllar və mahnılarla dolu quyu. İndi onlar unudulub, yalnız sehirli quyu onları öz yaddaşında saxlayır. Uzun müddət biz beləcə oturduq. Ağacların arasında qaranlıq getdikcə daha sıxlaşırdı, səslər isə daha sakitləşirdi, batana qədər. Uzaqdakı yaşıllıqda Miramisin kişnəməsi eşidilirdi. Bu mənə evə qayıtmağı xatırlatdı.

-Salamt qal Yiri, salamat qal Mononna, salamat qalın uşaqlar! -dedim mən.

-Hələlik Mio, hələlik Yum-Yum!-cavab verdi Yiri.-Bizə yenə qonaq gəl.

-Əlbəttə gələcəyik!-vəd etdim mən.

Biz Miramisin yanına qəldik və onun belinə qalxaraq evə yollandıq. Qaranlıq aydınlaşdı, səmada görünən ay yaşıl meşələri işıqlandırdı və ağaclar atamın bağında olduğu kimi gümüş rəngə çalşmağa başladı. Biz Səhər Şüası körpüsünə çatdıq, mən onu çətinliklə tanıdım. Körpü tamailə dəyişilmişdi, elə bilki o gümüşü şüalardan toxunmuşdu.

– Gecələr körpünün adı da başqadır-dedi Yum-Yum.

– Gecələr o necə adlanır?-soruşdum mən. – Ay Şüaları körpüsü. -Yum-Yum cavab verdi. Biz  qarovulçuların yenicə açmaqda olduqları, Ay Şüaları körpüsünün üstü ilə keçdik. Biz Yaşıl Çəmənlikıər adasında çobanların qaladıqları ocaları gördük. Buradan onlar balaca məşəl kimi görünürdülər. Bütün ətraf mühit sükuta qərq olunmuşdu, yalnız Miramis öz nalları ilə körpünün üstündə səs salırdı. Ay işığında Miramis şəffaf at kimi görünürdü, onun saçları isə qızılı yox, gümüşü rəngə çalırdı. Mən sehirli quyunu və eşitdiyim nağılları xatırladım. Mənim əsasən bir şey xoşuma gəldi, o belə başlayırdı: “Bir var idi, bir yox idi bir kral vardı. Günlərin birində, gecə vaxtı o atını yəhərləyərək səyahətə çıxır.” Nə qözəl! Mən də nağıl qəhrəmanı ola bilərəm! Axı mən də kral oğluyam! Yaşıl Çəmənliklər adası getdikcə yaxınlaşırdı, Miramisin ayaqları daha bərkdən səslənməyə başladı. Mən bütün vaxtı bu nağıl haqqında düşünürəm, o mənim çox xoşuma gəlmişdi. “Bir vardı, bir yoxdu, bir kral oğlu vardı. Günlərin birində, gecə vaxtı o atını yəhərləyərək səyahətə çıxır. Budur o yatan meşədə at çapır…”

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma