Ququ quşlu saat

                                                                                                        Astrid Lindqren

-Yox mən daha buna dözə bilmirəm,- gözlənilmədən Qunnar və Qunullanın anası Yeni il qabağı dedi.
-Hə, məndə, ataları təsdiq etdi.
Qunnar və Qunilla uşaq otağında yataqda uzanmalarına baxmayaraq, hər şeyi eşidirdilər. Onlar gözəl başa düşürdülər ki, ata və anaları dəqiq nəyə dözə bilmirlər. Axı Qunnar və Qunilla dörd həftədən də artıq idi ki, xəstə idilər.
Demək olmazdı ki, onlar ağır xəstələnmişdilər. Yenə də onlar yataqda uzanmalı idilər və nə isə bir şey lazım olanda analarını çağırırdılar. Dörd həftə-bu çoxlu gün və çoxlu-çoxlu saatlardan, çoxlu-çoxlu dəqiqələrdən ibarət idi. Hər dəqiqə Qunnar və Qunilla analarını çağırıb, gah içki vermək, gah döşəyə tökdükləri qənd tozunu təmizləyib döşək ağını düzəltməyi xahiş eirdilər. Qunnar və Qunillaya elə gəlirdi ki, günlər çox ləng keçir, bir şey lazım olmasa da iki ağıza analarını  çağıraraq:
– Ana saat neçədir? -soruşurdular.
Onlar yalnız bilmək istəyirdilər ki, saatın gözəl və canlandırıcı zərbəsi nə
vaxt çalacaq, onlara kökəni nə vaxt verəcəklər və ya ataları bankdan nə vaxt
qayıdacaq.
Amma indi ataları da bildirdi ki, hətta o da artıq buna dözə bilmir!
– Mən düşünürəm ki, – qərara gəldi o, – uşaqlara saat alamq lazımdır. Lap elə sabah. Onda uşaqlar ən azından saatı  tez-tez soruşmayacaqlar.

Növbəti gün Qunnar və Qunilla üçün nigarançılıqla dolu oldu. Onlara yataqda uzanmaq adi halda olduğundan çətin idi.
– Maraqlıdır, görəsən onlar bizə necə saat alacaqlar?- düşündü Qunnar.
– Bəlkə zəngli saat,-soruşdu Qunilla,- və yaxud da duran saat?
Səhərisi gün ataları bağlamanı gətirəndə, onun içindən nə zəngli saat, nə də duran saat çıxdı. Oradakı ququq quşlu saat idi. Atam saatı uşaq otağında divardan asmağa macal tapmamış, saatın əqrəbləri altını göstərdi. Bu zaman saatdakı kiçicik pəncərə açıldı və oradan balaca ağac ququq quşlu çıxdı. O altı dəfə qışıqrıb saat altı olduğunu bilkdrəndən sonra  çıxdığı pəncərədə yox oldu.
Ata uşaqlara saatın işləmə mexanizmini və ağac ququq quşlu pəncədən çıxması və səs çıxara biməsini izah etdi. O həmdə belə saatalrın İsevçrədə hazırlandığını dedi.
-Çox maraqlı həddiyədir-fikirləşdi Qunnar və Qunilla.
Uzanıb saatın yeddini, səkkizi,doqquzu,hətta onu vurmasını gözləmək çox maraqlı idi. Sözün düzü bacı qardaş saat on olsa da hələ yuxuya getməmişdilər, baxmayaraq ki, anaları xeyli vaxt öncə otağa daxil olub, onlara şirin yuxu arzulayıb, işıq söndürmüşdü. Belə baxanda uşaq otağında heç vaxt qap qarnlıq olmurdu, çünki düz onların pəncərəsinin qabağında küçə işıq dirəyi dururdu. “Bəxtimiz gətirib” fikirləşdi Qunnar və Qunilla. Saatın əqrəbi onu göstərəndə ququq quşu pəncərədən bayıra çıxıb 10 dəfə dəqiq və səliqəli şəkildə həmişə olduğu kimi qışqırdı.
-Sən necə fikirləşirsən, o haradan bilir ki, neçə dəfə qışqırmaq
lazımdır?-soruşdu Qunilla.
-Eh, sən də! Əlbəttə bu papanın dediyi kimi mexanzimlə idarə olunur-dedi Qunnar.
Bu anda qeyri adi bir şey baş verir. Saatın pəncərəsi yenidən açılır, və oradan balaca ağac quşcuaz çıxır.
-Elə hamı eyni şeyi deyir,mexanizm! -narazı şəkildə ququq quşu  mızıldandı. -Dünyada riyazi  qabiliəyyət deyilən bir şey var. Mən də belə
qabiliyyətə mənsubam. Bu o demədkir ki, mən saymağı bacarıram. Bəli, bəli bacarıram!
Qunnar və Qundilla təəcüblərindən donuq halda çarpayıda oturaraq ququq quşuna baxırdılar. Onlar gördüklərinə inana bilmirdilər.
-O-o danışa bilir!-pıçıldadı Qunnar
-Əlbəttə mən danışa bilirəm!-dilləndi ququq quşu. -Sən elə bilirdin ki, mən təkcə qışqırmağı bacarıram.
– Yoox,-çəkinərək Qunar cavab verdi, -amma..
– Mən çox işgüzar və sadəyəm – davam etdi balaca ağac ququq quşu.
O aşağıya uçdu və çarpayının üstünə qondu.
– Mən bütün dünyanı gəzmişəm və o qədər şey görmüşəm ki, danışanda özümün də başım hərlənir.
Qunnar və Qunilla gözlərini daha da bərəltdilər.
– Bəs sən saata bərkidilməmisən?-nəzakətli şəkildə soruşdu Qunilla
– Əlbəttə yox,- dedi ququq quşu. Yalnız insanlar belə düşünürlər.

Bu anda anaları uşaq otağından gələn səsə otağa gəldi. Ququq quşu o saat
evciyində yox oldu, ardınca da pəncərəsini bağladı. Ana getdikdən sonra yendiən çölə çıxdı.
– Sən niyə anama göstərmirsən ki, canlısan?-soruşdu Qunilla.
-Bu sirdir,- cavab verdi kukuşka.- Bu sirri yalnız uşaqlara danışmaq olar.
Böyüklərə bu haqqda heçnə demək olmaz. Onlar fikirləşirlər ki, belə saatlarda olan ququq quşların hamısı ağacdandır. Ha, ha, ha, onların özləri ağacdandır. Mən isə ququq quşuyam.
“Şən ququq quşu” – bu ləqəb ona çox yaraşır,- fikirləşdilər Qunnar və
Qunilla. Onlar aldıqları bu gözəl saat hədiyyəsinə çox sevinirdilər.

Otaqda dal-dala uçaraq şən ququq quşu onalarla söhbət edirdi.
– And için ki, mənim canlı olduğumu heç kimə danışmaycaqsınız-tələb etdi o.-Əgər siz bunu etsəniz mən sizə bir də heçnə danışmayacağam, yalnız qışqıracğam. Hə,-yaxşı olar ki, siz indicə yerinizə girib yatasınız. Yoxsa yatıb qalaram. Gecə yarısı saat üçdə pəncərədən çölə çıxmaq üçün yuxudan durmaq elə də asan deyil. Əslində zınqovlu saat mənə lazımdır.

Şən ququq quşu öz yuvasına uçub, pəncərəsini bağladı. Səhərisi gün Qunnar və Qunilla həmişə kimi, yataqda səhər yeməyi yeyirdilər.
Onlar yemək yeyib, çay içdikləri zaman anaları onların yanında əyləşmişdi. Şən ququq quşu pəncərədən çıxaraq 8 dəfə oxudu. O, ələttə ki, heç bir söz demədi, sadəcə olaraq uşaqlara göz vurdu. Qunnar və Qunilla heyranla boylandılar. Yox sadəcə bu onların gözünə görünmədi. Ququq quşu həqiqətən canlıdır. Sadəcə olaraq bu bir möcüzədir.  Qunnar və Qunillanın anası günün necə tez keçməsində təəcüblənirdilər. Uşaq otağında heç kim qışqırmır və heç kim nə su , nə də nağıl tələb etmirdi. Hərdən oradan gizli gülüş səsləri gəlirdi. Ana vaxt aşarı uşaq otağına keçər orada nə baş verdiyini ayırd etməyə çalışırdı. O anda uşaqlar çarpayıda sakitcə
uzanırdılar. Yalnzı onların yanaqaları çöhrəyi rəngə çalırdı, görünür gizlicə nəyəsə gülürdülər. Amma ana heçnə anlamadan, birdən-birə mətbəxə qayıtdı. O haradan biləydi ki, ququq quşu  Qunnar və Qunillaya uçuş qabiliyyətini nümayiş etdirirdi. Hündürdən cəh-cəh vuraraq o aşağıdan uçur, çarpayının üstündə dövrə vurub yuxarıya qalxırdı. Qunnar və Qunilla
heyranlıqlarından gülüşürdülər.

Sonra şən kukuşka pəncərənin qabağında oturub uşaqlara pəncərədən gördüyü şeylər haqqında danışırdı. Küçədə qəşəng qar yağırdı, uşaqlar dolu çantalarla cəld hərəkət edirdilər,- axı qarşıdan yeni il gəlirdi. Qunnar və Qunilla kökslərini ötürdülər.

– Biz isə bu dəfə yeni il hədiyyələri ala bilməyəcəyik,-qəmli halda Qunnar dilləndi.
– Hə, çünki bizə yeni il axşamına qədər yataqdan durmaq olmaz, -dedi Qunilla.
– Mən bunu qaydasına qoyaram-dedi şən ququq quşu.-Siz mənə bircə pəncərəni açın və tez hədiyyələrin dalınca gedim.
-Bizim pulumuz yoxdu axı,-dedi Qunnar.
– Var amma çox az-dedi Qunilla.
-Mən bunu da qaydasına qoyaraq,-yenidən ququq quşu vəd etdi. -Mən qızıl yumurta yumurtalaya bilərəm. Keçən gecə mən artıq 3 dənə yumurtalamışam. Onlar saatın üstnüdədirlər -Hop!-deyib o
yuxraıya uçdu, saatın üstünə qonub və sonra yenidən dimdiyində parıldyan kiçicik qızıl yumurtalarla aşağıya uçdu.O, yumurtaları Qunillanın ovucununa qoydu və qız fikirləşdi ki, ona həyatında bundan gözəl nə isə görmək nəsib olmayıb.
-Xahiş edirəm bunu özünə götür,-dedi ququq quşu.-Mən sonra yenə
yumurtlayaram.İndi isə aç pəncərəni, mən yeni il hədiyyələri dalınca koboldun yanına gedim .
-Stokholmda koboldlar yaşamırlar, -təəcübləndi Qunilla.
-Grünür Stokholmda nə olub-olmadığı haqqında sizin xəbəriniz yoxdur,- dedi şən ququq quşu.-Bədbəxtçilik orasındadır ki, sizin gözləriniz görmür, qulaqlarınız isə eşitmir. Yoxsa siz özünüz görərdiniz ki, elflər Humlerordendə necə rəqs edirlər, görərdiniz ki, kobodlar yeni il qabağı öz köhnə şəhərdəki emalatxanalarında necə işləyirlər.
-Oo!- deyə Qunnar və Qunilla dilləndilər. Və tələsik pəncərəni açdılar ki, şən ququq quşu koboldların emalatxanalarına uçub onlar üçün yeni il hədiyyələri alsın. Bütün günü o qızıl yumurtalar və torbalarla o-tərəf bu tərəfə uçdu. Həqiqətən də bu asan deyildi, çünki ququq quşu həm də saata riayət etməli idi ki, oxumaq vaxtını ötürməsin.

“Belə gözəl hədiyyələr gətirir o!-düşündülər Qunnar və Qunilla. Ana üçün
broşla, bilərzik, dəftərçə və qələmitiləyən bıçaqcıq ata üçün, Odenahaten küçsəindəki əmiuşaqları üçün isə nə qədər gözəl oyuncaqlar gətirmişdi şən ququq quşu. Torbaları açmaq necə də maraqlıdır! Ax şən ququq quşu ilə necə də gözəldir.  Qunnar və Qunillanı naraht edən yeganə şey o idi ki, onlar valideynlərinə yeni il axşamı bu hədiyyələri haradan almaqlarını necə izah edəcəkdilər. Amma qardaş və bacı sözləşdilər ki, bunun böyük bir sirr olmasını desinlər. Qoy onlar da nə istəyirlər fikirləşsinlər!

Axşam saat səkkizə qalmış ana bütün günü özlərini yaxşı aparmış uşaqlara şirin yuxu arzulamağa gəldi. Bu anda şən ququq quşu çox gözəl aqibətdə idi və öz yuvasına uçmaqdan qabaq o uşaqlara pıçıldadı:
-İndi biz sizin ananızla bir az zarafat edək.
Ana yorğanı uşaqlarıb üstünə çəkərərk “İndi yatın, saat artıq səkkizdi!
-dediyi anda saatın pəncərəsi açıldı və oradan balaca bir ağac quş çıxdı. O həmişəki kimi oxudu. O dayanmadan oxuyurdu. Səkkiz, doqquz, düz iyirmi dəfə xoudu. Ana özünü itirmiş şəkildə oturmuşdu.
– Bu nə deməkdir?-soruşdu o. Deyəsən saatın mexanzimi xarab olub.
-Hə, dedi Qunnar və Qunilla.-Yəqin ki.
Onlar yorğanın altına girərək gülüşdülər.

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma