Merit

                                                                                                                             Astrid Lindqren

Biri var idi, biri yox idi bir prinsessa var idi. O vəfat etmişdi. Dünyasını dəyişəndə onun 8 yaşı var idi. May ayının qızmar günündə o dəfn edilməli idi. Balaca dostları dəfn mərasimində onun üçün son dəfə olaraq mahnı oxumaq istəyirdilər.  “Qəlbin harada vətən tapır, orada uyuyur” mahnısını oxumaq istəyirdilər. Bu mahnını onlar Meritlə birlikdə məktəbdə məşq etmişdilər.  

Prinsessanın adı Merit idi. Sağ olarkən, o yolun kənarındakı balaca bir damda yaşayırdı. Balaca boz bir damda. Eh, onda o prinsessa deyildi ki! Əlbəttə yox, əgər dəqiq götürülsə o prinsessa deyildi. Bəlkə də o adi, balaca bir qız idi. Bəzən fərq eləmək elə də asan deyil.

Merit elə də qeyri-adi deyildi. Onun səkkiz illik həyatı da adi idi. Qeyri-adi olan onun ölümü idi. Bu haqqda danışmaqdan əvvəl mən öncə Yonnas Peterin ona olan yaxşı münasibətindən söhbət açmaq istərdim. Çünki hər şey buradan başlamışdı.   

Bu doğrudur. Yonas Peter ilk məktəb günlərində Meritə qarşı çox nəzakətli idi. Amma düşünməyin ki, o qıza nəsə edib. O heçnə etməyib. İlk dərsdən başlayaraq Merit oğlanlara daha meyilli idi. Oğlanlar məktəbin həyətində bir dəstədə yığılar, bir-biri ilə güləşərdilər və zəng çalınana qədər bir-birləri ilə dalaşardılar. Qızlar isə həyətin o biri tərəfində yığılar və bir-birlərini süzərdilər.

Hər şeyin sonu olan kimi, birinci məktəb gününün də sonu gəldi. Onu deyim ki, bu gün elə də pis keçməmişdi. Merit bir kilometr yolu qət edərək, evlərinə boz daxmaya getməli idi. Öncə o dükana dəyməli 25 qəpiyə xəmir üçün maya almalı idi, çünki anası bunu ondan xahiş etmişdi. “Berqstrom” qarışıq mallar dükanının girişində pilləkəndə kim dursa  yaxşıdır? Yonas Peter! Berqstrom onun atasına məxsus idi. Bu anı Meritin heç vaxt unutmayacağı, ağla gəlməz bir hadisə baş verir. Merit Yonas Peterin yanından keçib dükana girmək istəyəndə, o əlini qabağa uzatdı və Meritə üstündə şəkil olan, kiçik rəngli bir qutu verdi. Qutunun içində konfetlər və  bir də üzük vardı. Nəyə görə Yonas Peter bunu edirdi, heç özü də bilmirdi. Bu onun beynindən gələn bir hərəkət idi. O, heçnə demədən qutunu Meritə verdi və getdi. Merit də bir söz demədi. O donub qalmışdı. Yonas Peter gözdən itsə də, Merit qapının ağzında durxunub, əlindəki yaşıl qutuya baxırdı. 

HədiyyəBəlkə də, Ketner daxmasında doğulmaq və altı-bacı qardaşa malik olmaq lazımdır ki, belə bir balaca hədiyyə üçün sevincin həddi-hüdudu olmasın. Heç vaxt konfet görməyən uşaq üçün bir qutu konfet böyük hədiyyə idi.

Merit qısa zamanda konfetləri bir-birinin ardınca ağzına qoyaraq yedi. Üzük və qutunu isə o gizlətdi. Bu onun üçün bir sirli cəvahirata çevrildi.
Yox Yonas Peter  Meritə qutu verməklə nəyin fərqində olduğunu bilmirdi. Çünki, bu gündən başlayaraq Merit hər addımda böyük itaət hissi ilə Yonas Peterin ardınca gəzirdi. Yonasın bu xoşuna gəlmirdi. Merit əslində heç vaxt Yonasla danışmırdı, sadəcə olaraq onun yaxınlığında olmaq istəyir və Yonas ona baxanda gülümsəyərdi. Başqa oğlanlar bu hadisəni görüb Yonas Peteri ələ salırdılar “Ha-ha, Merit Yonas Peterə vurulub!” çağırırdılar. Yonas Peter əsəbiləşirdi. O, oğlanlara yox, Meritə qəzəblənirdi.

-Niyə belə irişirsən?- əsəbi halda o Meritdən soruşdu. 

Bu anda Meritin üzündən təbəssüm yoxa çıxdı və o, qaşlarını çatmış halda qaldı. Bu çox davam etmədi. Növbəti dəfə Yonas Peter onun üzünə baxanda Merit yenə də həmişəki kimi məmun görünürdü.

Bir dəfə Yeni il qabağı müəllim sinifə kitabdan nağıl oxuyurdu. Kitabda çoxlu şəkillər var idi.

– Buna baxın- dedi Yonas Peter hündürdən, – nağıldakı prinsessa Meritə bənzəyir.

Bütün sinif gülüşdülər və nağıldakı prinsessanın Meritə bənzəməsini dedilər. Müəllim də bunu təsdiq etdi. Merit utandığından qıp-qırmızı olmuşdu.  

Tənəffüsdə Yonas  Peter təsadüfən Meritə yaxınlaşdı və aşağılayıcı tərzdə “Prinsessa Merit” dedi. Bu Meritə daha da pis təsir etdi. O, yenə də qızardı. Yonas Peter bunu deyib yoxa çıxdı. Onun daha vacib məşğuliyyəti vardı, misal üçün məktəbin bayraq dirəyinin daşla vurulması və dişi düşmüş Henri adında oğlanla barmaq güləşdirməsi. Merit isə uzun müddət nağıl kitabındakı prinsessaya oxşaması haqqında düşünürdü.

Günlər keçdi və tədricən yaz gəldi. Yazda uşaqları həyacanlandıran nə isə bir şey var. “Məncə uşaqlar vəhşiləşirlər”, deyirlər yazda böyüklər, əgər uşaqlar məktəbdən evə dəqiq vaxtında gəlmirlərsə. Onlar haqlıdırlar. Uşaqlar tamamilə çılğınlaşıblar. Onlar zaman məhdudiyyəti bilməyən gözəl bir həyat yaşayırlar.

Mart ayında qarın əriməsi ilə bu başlayır. Bu zaman uşaqlar məktəbdən evə gedəndə bir çox şeyləri həll etməlidirlər. Yol boyu qabaqlarına çıxan gölməçələrdən keçmək lazımdır ki, su ətrafa sıçrasın. Bəzən bu gölməçələrin üzərindəki nazik buz qatını sındırmaq lazımdır ki, səs çıxartsın.  Bunların hamısına vaxt  lazımdır, bunu böyüklər niyə anlamırlar axı, boş yerə həyacanlanırlar ki, yemək soyudu.

Aprel ayında bu hal daha pisləşir. Gölməçələr su ilə dolur. Çəmənliklərdə çoxlu şəlalələr olur. Adam bir yoxlamalıdır ki, o bu suların üzərindən o tərəf bu tərəfə hoppana bilər, ya yox. Bəzən gülməli bir şey olur, kimsə suyun içinə düşür və tam islanır. Bu gözəl fəsildə demək olar ki, uşaqların hamısı ən azı bir dəfə suya düşür. Gölməçələrdəki su rezin çəkmələrin içinə dolur. Amma kim gölməçələrin içinə düşürsə və tamamilə islanırsa, onda bu daha çox ləzzət edir. Bu anda uşaq gülüşü bütün çəmənliyi başına götürür. 

Sonra gəlir may. Bütün həyətlərdə quzular, küçüklər doğulur. Günəş bütün indusların və rəngləri ağappaq olanların üzərinə istilik saçır.

Bui il yaz həmişəkindən tez gəlmişdi. Ax Merit bu sonuncu yazda necə də əylənmişdi. O xoşbəxt it kimi Yonas Peterin arxasınca qaçırdı. Jonas Peter də bütün dostları kimi, yazın gəlişindən çılğınlaşmışdır və dostlarını da başına yığıb dərələri-təpələri aşar, dağlara çıxardı. Dağa çıxmaq da yazda uşaqların başını qatan məşğuliyyət idi. Bir gün bütün sinif dağa may yürüşü edirdi. Dırmaşmağa elə də çox dağ yox idi. Yaxınlıqda Alp dağları da yox idi ki, uşaqlar onun təpəsinə qalxsınlar. Qalxmağa yalnız məktəbin arxasında uzanan çam ağacı meşəsindən ucu görünən bir təpə vardı. Ancaq orada da yarğanlar və sıldırımlar vardı. Yonas Peter oranı Himalay adlandırdı və dedi:

– Ehtiyatlı olun, cənablar, ehtiyatlı!

Ancaq o demədi ki, xanımlar da ehtiyatlı olsunlar. O bunu deməli idi.

Yuxarıda dağın başında böyük bir daş dururdu.

– Baxın uşaqlar, -dedi dişsiz Henri,- baxın, bu daş laxlayır!

Aşağıda sıldırmın altında Yonas Peter durmuşdu. O, Himalay dağına çıxmağı unutmuşdu. Aşağıda bir kərtənkələ özünü günə verirdi. Yonas Peter ona yaxından baxmaq istəyirdi.

Yeddi oğlan böyük dağın başına yığılmışdı. Onlar daşı dağ aşağı diyirləmək istəyirdilər. Onlar bunu etdilər. Daş böyük sürətlə aşağıya diyirlənməyə başladı. Düz Yonas Peterin üstünə.

-Yonas Peter ehtiyatlı ol!-qışqırdı Henri.

Amma Yonas Peter heçnə eşitmirdi.

Merit onun bir addımlığında idi. O diyirlənən daşın, başını aşağı əymiş Yonas Peterə necə yaxınlaşdığını gördü. Yonas Peter, hansı ki, ona içi komfet dolu qutu vermişdi.

Ancaq daş Yonas Peterə çatmadı. Kiçik bir qız bədəni daşın qarşısını saxladı.  Təəcüblüsü o idi ki, o boyda daş belı balaca vücud tərəfindən saxlanıldı. Bəlkə ona görə ki, yol üstündə yerə batmış balaca bir daş da vardı, hansı ki, Meritə dayaq olmuşdu. Merit iki daş arasında qalmışdı.

Meritə ilk çatan Yonas Peter oldu. Bu dəfə o Yonasa gülümsəyə bilmədi, amma onun üzündə təbəssüm vardı. Bir andan sonra Merit gözlərini yumdu.

Kim deyə bilər ki, Merit Yonas Peterin həyatını xilas etmişdi. Kim bilir, bəlkə daş sərbıst diyirlənsəydi tanmam başaqa istiqamətə gedəcəkdi. Bu haqqda heç kim düşünmürdü, hamıdan öncə Yonas Peter.

-Bu necə baş verdi?- sonralar böyüklər soruşdular. Amma uşaqlar bilmirdilər. Onlar bilmirdilər daş necə yerindən tərpəndi və Meriti vurdu.

– O gülümsədi və daşın üstünə qaçdı- dedi qızlardan biri.

– Hə bu qız elə həmişə gülümsəyrdi, -qəmgin halda dedi Yonnas Peter.

-Baxın görün onun cibindən nə çıxıb- Meriti xilas etməyə gəlmiş tib bacısı göstərdi.-Dəmir qut. O tam əzilib. Vay, vay, yazıq qızcığıaz!

Boz daxmada Meritin yoxluğu o qədər də hiss olunmurdu. Əvvəllər üç uşaq yatan çarpayıda indi iki uşaq uzanmışdı. Yeganə fərq bunda idi. Yox, onun yoxluğu o qədər də hiss olunmurdu. 

 Bu gün isə bazar günüdür. Bu bazar günü Meriti dəfn edəcəklər. Yonas Peter əlində İsveç bayrağı məktəblilərin qabağında gedirdi. Hava çox isti idi, qəbirstanlıqdakı şam ağaclarının qanadları aşağı sallanaraq bu istiliyin qarşısnı nisbətən almışdılar. Uşaqların əllərində olan novruzçiçəyi və inciçiçəyi istidən başlarını aşağı sallamışdılar.  Keşiş ağ dəsmalla alnındkı təri silərək Merit üçün ağlayanlara təsəlli vermək üçün bir neçə söz dedi. Əlbəttə hamı ağlayırdı, onun atası, anası, qara libasda olan bacıları və müəllimləri də. Onun sinif yoldaşları bir topada durmuşdular. Onlar “Qəlbin harada vətən tapır, orada uyuyur” mahnısını oxudular. Onlar Meritin ölmünə çox təssüflənirdilər.

Hər şey qurtarandan sonra uşaqlar məktəb abtobusunun arxasında yığılmış taxtalar arasında Yonas Peterin tapdığı quş yuvasına baxmağa getdilər. Oh, bu necədə gözəl quş yuvası idi. Onun içində 5 balaca açıq mavi rənli yumurta var idi. Uşalqar yumurtalara baxmaq üçün başlarını yuvaya tərəf əymişdilər. Bir azdan onlar Merit haqqında elə də çox düşünmədilər.

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma