Gül bala

Astrid Lindqren

Evanın anası yoxdur. Amma iki xalası var. Amerikadan geri qayıtmış Ester xala və Beritin anası Qreta. Berit isə Evanın xalası qızıdır. Əlbəttə Evanın anası var. Amma bütün günü xəstəxanada olan, yanına getmək mümkün olmayan belə anadan nə gözləyəsən? Onun əvəzinə xalanın yanında yaşamaq gərəkdir. Çünki Evanın atası dənizçidir, gəminin sükanı arxasında durur. Buna görə də, o, uzaq yerlərə gedəndə gül balanı özü ilə götürə bilmir.

Gül bala

Gül bala – çox vaxt anası Evanı belə adlandırardı, -mənim gül balam, anası deyərdi və boynundan öpərdi. Ester xala isə Evaya nə gül bala deyir, nə də onun boynundan öpür. Qreta xala da bunu etmir. O yalnız öz qızı Beriti öpür. Və Beritdən soruşur ki, ona soyuqdurmu? Yaxud o, şirə içmək istəyirmi. O heç vaxt soruşmazdı ki, Eva soyuqdan donurmu. Evaya dediyi elə bu olardı ki:

– Qaç gör postdaşıyıcısı gəlirmi! Get ütünü gətir! Dirsəyini masaya elə söykəmə! Burnunu təmizlə!

Elə bil Amerikadan indicə qayıdan, zolaqlı köynək geyinən Ester xala da Evaya deyirdi:

– Eva, qaç mənim çantamı gətir! Bax gör mənim toxuduğum şeylər haradadır! Sən bu gün qabları silməlisən!

Guya ki, Berit heç bir iş görməli deyil. Yox, Berit bir az incədir. O, payızda məktəbə getməlidir və ona görə də, yayda gərək dincəlsin. Eva isə incə deyil, o bir ildən sonra məktəbə degəcək və ona dincəlmək-zad lazım deyil. Eh, qabları silmək necə də qəmlidir! Niyə həmişə belə çoxlu boşqablar yığılır? Eva həvəzsiz mətbəxə gedir. Berit bayırda, çərdəkdə oturub razı şəkildə gülümsəyir. Bəzən elə olur ki, böyük boşqablar Evanın balaca əlindən sürüşüb düşür və sınır. Onda Qreta xala gəlir və Evanı silkələyir. Berit isə daha çox razı şəkildə gülümsəyir. Ester xala isə Beritin yanaqlarını sığallayaraq soruşur ki, Beritə soyuq deyilmi, bəlkə ona isti gödəkçə lazımdır.

– Eva – Ester xala çağırır – get Beritin gödəkçəsini gətir!

– Özü gətirə bilmir? – Eva mətbəxin pəncərisəndən qəzəblə çərdəkdə oturan Beritə baxır.

– Necə də nəzakətsiz uşaqdır – Ester xala deyir.

– Sən onsuz da mətbəxdəsən, gödəkcə də orada oturacaĝın üstündədir. Eva dəsmalı qıraĝa qoydu və gödəkçə ilə bağa çıxdı. Berit razı şəkildə gülümsəyirdi

– Ah, mən ki heç donmuram – dedi o.- Mənə gödəkçə gərək deyil! Eva gödəkçəni yellənçəyin üstünə atdı və getdi.

– Eşidirsən, mən səndən gödəkçə gətirməyi xahiş etməmişdim, – Berit onun ardınca qışqırdı.-Gödəkçəni geri apar! Eva ona tərəf döndü.

O, heçnə demədi. Sadəcə dilini çıxardaraq ona yanıq vernək istədi. Sonra da getdi.

– Mən hələ heç belə tərs uşaq görməmişəm – deyə Ester xala öz narazılığını Qreta xalaya bildirdi.

– O bu xassiyəti Lenadan götürüb – dedi Qreta xala. – O da balaca olanda belə tərs idi. Yadına düşürmü? – Həəə, o elə də qalıb, indi harada olduğuna baxmayaraq – deyərək Ester xala başı ilə təsdiqlədi. – Mən inanmıram ki, o nə vaxtsa bir də sağalsın. Bu uşaq da sənin boynunda qalacaq. Mən Amerikaya qayıdanda onu özümlə götürə bilmərəm.

Eva mətbəxdə qabları silə-silə bütün bunları eşidirdi. O necə də Ester və Qreta xalaya bir şapalaq ilişdirərdi. Bunlara bir bax, anası bir də sağalmayacaqmış. Anam əlbəttə sağalacaq. Mən buna lap əminəm ki, o sağalacaq, buraya gələcək və öz gül balasını öz evinə aparacaq.

– Evanın məncə Beritə yaxşı təsiri olmayacaq – bayırda çardaqda oturan Qreta xala deyir – Onlar bir-biri ilə heç yola getmirlər, oynayanda da dalaşırlar.

Burada Qreta xala haqlıdır. Onların arasında həmişə qalmaqal olur. Xalalar tort üçün çiyələk yığmağa getmişdilər və iki balacalar çardağın altında oynayırdılar. Eva Fia-Lizanı qucağına almışdı. Onun gəlinciyi belə adlanır. İlk çaĝlarda o, çəhrayı parçadan hazırlanmış gövdəsi və sarışın qıvrım saçları olan göyçək bir gəlincik idi. İndi isə bu gəlincik çirkdən qap-qara olub, o gözəl saçlarından isə bir iki tel qalıb. Buna baxmayaraq Eva onu sevir, çünki Fia-Liza onu keçmiş qayğısız günlərə bağlayan bircə yadigardır, o çaĝlardan ki, anası ona “gül balam” deyərdi və boynundan öpərdi. Berit əlini uzadaraq Fia-Lizanın telindən birini tutur və dartır. “Çirkli gəlincik, çirkli gəlincik” – deyərək, hündürdən oxumağa başlayır. Bu anda Eva ona gücü çatdığı qədər bir şapalaq ilişdirir. Berit ağlamağa başlayır, bunu eşidən xalalar tökülüşüb gəlirlər. Qreta xala Evanın qolundan bərk tutaraq onu bostan alətləri olan daxmaya salır.

– İndi düzələnə qədər qalırsan burada, balaca monster – deyərək qapını arxadan kilitləyir.

Berit səsini kəsir. O yenə də razı şəkildə hırıldayır. Eva daxmada hönkür-hönkür ağlayır. Qreta xala Fia-Lizanı onun əlindən alıb yerə atmışdır. O, indi həyətdə uzanıb gözlərini göyə zilləyib.

– Çirkli gəlincik, çirkli gəlincik – Berit yenə də deyərək ayağındakı ayaqqabı ilə Fia Lizanının qarnını təpikləyir.

Səhərisi gün hava isti idi. Elə isti idi ki, Eva və Beritdə çimərliyə qaçmağa güc qalmamışdı. Bütün yol boyu onlar xalanın yanında gölə tərəf addımlayırdılar. Off, necə də isidir!

– Bu gün deyəsən möhkəm yağış yağacaq – dedi Ester xala. Şimşək çaxmasa yaxşı olardı – Eva fikirləşdi və çimərlik dəmsalını başına bağladı.

-Dəsmalı adam kimi apara bilmirsən?- Qreta xala əsəbi halda soruşdu, – Onun ucu mal nəcisinə dəyir axı.

-Berit heç vaxt belə şeylər etməz – dedi Ester xala – O, çimərlik dəsmalını normal adamlar kimi qoluna alıb aparır.

Berit razı halda gülümsədi və dəsmalı düzəldərək daha da intizamlı olduğunu göstərmək istədi. Onlar çimdikləri zaman meşənin üzərindən keşərək qara buludlar gəlməkdə idi. Amma günəş hələ də saçırdı, bürküdən nəfəs almaq olmurdu. Geriyə yol daha yorucu idi. Çəmənlikdən keçən cığır yoxuşa gedirdi.

– Nəyə görə adamlar çimməyə gedirlər? – deyindi Ester xala. – Adama sonra daha da isti olur və yorulur.

– Evə çatan kimi kölgədə uzanıb dincələcəyəm- Eva Beritə deyir.

-Məndə elə edəcəyəm – Berit həvəssiz cavab verdi.

Qara buludlar getdikcə böyüyürdü və sanki göyüzünün yarısını tutmuşdu.

– Bu gün şam yeməyinə nə var, Qreta? – bağın qapısından içəri keçərkən Ester xala soruşdu.

– Küftə və göyərti xaşlaması – Qreta xala bildirdi. O, dəsmalları həyətdə alma ağacları arasında tarım çəkilmiş ipdən asaraq ləkdən göyərti kəsməyə getdi. Berit və Eva yasəmən kolunun arxasındakı otluqda uzandılar. Ora sərin və gözəldi. Eva elə yorulmuşdu ki, elə bil heç zaman durmayacaqdı. Fia-Liza da onun yanında uzanmışdı. Qreta xala göyərti xaşlaması bişirmək istəyir. Amma tərslikdən evdə kartof unu qurtarıb. Heç bir çimdik də un qalmayıb. Kartof unu olmadan isə heç bir insan göyərti xaşlaması bişirə bilməz. Qreta xala əlacsız ətrafa boylandı. O, bir göydəki qara buludlara baxdı, bir də yasəmən ağacının arxasında uzanmış qızlara. Bir anlığa tərəddüt etdi:

– Eva, qaç dükandan kartof unu al gətir.

Eva gözlərini yumdu. O çox yaxşı eşidir, amma düşünürdü ki, əgər adam gözlərini yumsa və tərpənməz uzansa, bəlkə də Qreta xala onu unutdu. Və yaxud da hər hansı başqa bir möcüzə baş verdi. Bəlkə də Qreta xala evdən bir kilo kartof unu tapdı.

– Eva eşitmirsən? – Qreta xala yenə çağırır. -Sən gərək dükana gedib un alasan. Eva yorğun halda ayağa durur.

– Burnunu elə sallama!- ciddi halda Qreta xala deyir. – Bu gün sənin növbəndir. Berit çərşənbə axşamı getmişdi.

Hə düz deyir, Berir çərşənbə axşamı getmişdi alış-verişə. Qreta xala onu da unudur ki, Berit onun ikitəkərinin arxasındakı oturacaqda otura-otura getmişdi. Əlbəttə Eva da hər gün həvəslə ikitəkərin arxasında oturub dükana gedərdi. Bundan yaxşı nə ola bilərdi. Amma dükana qədər xeyli yol var idi və o çox yorulmudşu, digər tərəfdən bu bürküdə ora getməyə həvəsi də yox idi.

– Qreta, -dillənir Ester xala – deyəsən şimşək çaxacaq axı….

Eva qorxmağa başlayır. Şimşək çaxanda o, küçədə tək qalmaq istəmir.

– Əgər bir az çevik olsan tufan başlayana qədər evə çatarsan – deyir Qreta xala və onun arxasından itələyir ki, o, hərəkətə gəlsin. Amma Eva tərslik edir. Hər ehtimala qarşı Eva Fia-Lizanı özülə götürmək istəyirdi. Fia-Liza ilə o özünü tək duymurdu. Amma Qreta xala buna icazə vermir. Belə bir çirkli gəlinciklə dükana getmək olmaz.

– Belə bir eybəcər gəlinciklə – Berit yasəmən ağacının dalından düzəliş etdi. Eva qəzəbindən qızardı və gözləri doldu. O, Fia-Lizanı otun üstündən götürüb və eyvana qoydu ki, yağış yağsa islanmasın.

– Kefini pozma Fia-Liza, -pıçıldayır o – Anan indicə qayıdacaq.

Bunu deyib Eva yola düşür. Tozlu yolla getdikcə o, ayaqlarınn ağırlığını duyur. Böyüyəndə heç vaxt kartof unu almağa getməyəcəyəm – fikirləşir Eva. Səma necə də tutqundur. Onun canına qorxu düşür və özünü daha da balaca duymaĝa başlayır. Bu anda tufan başlanır. Eva böyük xalanın yanına çatmış gurultu eşidilir. Bu hələ yolun yarısı idi. Oh, necə də qorxulu gurultudur! Eva qorxudan qışqırır. Gurultunun ardınca göydən yağış tökməyə başlayır. Qısa zamanda tozlu yol palçığa dönür. Bu çamırda Eva irəliyə doğru hərəkət edir. Pambıq parçadan tikilmiş donu onun bədəninə yapışır. Yaş saçlarından su damcılayır. Onun gözlərindən də su damcılayır, yox damcılamır, bu qorxudan, inamsızlıqdan və təklikdən axan göz yaşlarıdır. Göy daha da bərkdən guruldayır, onun ətrafında şimşəklər çaxır. Hər dəfə şimşək çaxanda o qorxudan bükülür. O qaçmağa başlayır. Yox, anası demişdir ki, göy guruldayanda qaçmaq olmaz. Ah, anam burada olsaydı. Bircə anam burada olsaydı. Onda o, Evanı qucağına alardı və onunla birlikdə bir ağacın altında gizlənərdilər. Ana gül balasını qızdırardı və ona deyərdi:

-Bu heç də qorxulu deyil.

Eva daha da bərk ağlayır. O dükana çatanda artıq hər şey arxada qalmışdı. Günəşin yenə də saçmasına baxmayaraq hava hələ sərin idi. Eva yaş paltarında titrəyirdi.

– Bir kilo kartof unu deyirsən? – Svanberq xanım piştaxtanın arxasından soruşur və yaş uşağı süzür.

– Kartof unu, buyur! Amma bu havada balaca uşağı çölə salmaq…..nə bilim!

Geriyə bütün yolu Eva qaça-qaça gedir. O, soyuqdan o dərəcədə titrəyir ki, dişləri bir-birinə dəyərək səs çıxarır. Düz evin qabağında, yolun kənarında tam islanmış və əvvəlkindən çirkli olmuş Fia-Lizanı tapır.

Yazıq Fia-Liza! – deyinərək Eva özünü Fia-Lizanın üstünə atır. Siz öz uşağınızla nə etmisiniz! Sizin əziz balanız bu havada çöldə qalıb. Eva Fia-Lizanı özünə sıxır, sığallayır və palçıqlı boynundan öpür.

-Ağlama mənim gül balam! Anan yanındadır. Bu heç də qorxulu deyil! Anan yanındadır.

Qreta xala otracaqları  və masanı eyvanda qurulamışdı. O və Ester xala orada oturaraq öz günorta qəhvələrini içirdilər. Berir isə şirə içirdi. O, palçığa atdığı çirkli gəlincik haqqında düşünərək razı halda gülümsəyirdi. Bu anda bağın hasarı boyunca mavi paltarda bir balaca vücud qapıya yaxınlaşmaqda idi. Bu Eva idi – gül bala! Bir əlində torbada aldığı kartof ununu, o biri əlində Fia-Lizanı tutmuşdu. Onun ağzı büzülmüş, gözləri çevrə şəklində və sərt idi. İndi gül bala nə edəcəkdi? O elə qorxulu bir şey edəcəkdi ki, xalaların ikisi də yerlərindən atılacaqdılar. Onlar bunu heç vaxt unutmayacaqdılar. Uzun müddət xatırlayacaqlar, hətta Eva ona gül bala deyib boynundan öpən anasının yanına qayıdandan sonra da. Hə belə bir gözəl gül bala! Belə bir qorxulu uşaq! Eva bağın yolu ilə gəlib, nahar masasının qarşısında dayanaraq qəzəbli gözlərini xalaları və Beritə zillədi. Kartof ununu fincanlar yerləşmiş altlığın üstünə atıb, sakit və aydın səslə dedi:

– Sizi görüm Əzrail aparsın, üçünüzü də!

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Gül bala üçün 2 cavab

  1. Mehriban dedi ki:

    Gul bala kitabini haradan ala bilerem

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma