Pelle evdən köçür

                                                                                                                             Astrid Lindqren

 

Pelle qəzəblidir, bəli, o dərəcədə qəzəblidir ki, hətta evdən köçmək haqqında qərar verib. Adam sadəcə olaraq belə bir ailədə qala bilməz. Elə bir ailədə ki, orada adamla pis rəftar edirlər.

Hadisə bu gün səhər baş vermişdi. Pellenin atası işə getmək istəyəndə qələmini axtarıb tapmamışdı.

– Pelle sən yenə mənim qələmimi götürmüsən?- Pellenin qolundan əsəbi halda tutaraq atası soruşdu. Pelle atasının qələmini tez-tez götürər, istifadə edəndən sonra yerinə qoyardı. Amma bu gün yox. Bu gün qələm atanın dolabda asılmış qəhvəyi pencəyinin iç cibində idi. Pelle günahsız idi. Atası isə onun qolunu bərk sıxmışdı. Bəs anası? O əlbəttə atanın tərəfini tuturdu. Bunun bir sonu olmalıdır! Pelle evdən köçmək istəyir.

Amma haraya? O gölə gedə bilərdi. Bunu edə bilərdi. Böyük gəmilər üzən, yüksək dalğalar çağlayan dənizə. Orada özünü öldürmək olar. Onda bu evdəkilər əzab çəkməyin nə olduğunu bilərlər. O, vəhşi pələnglər qaçışan Afrikaya da gedə bilərdi. Atam işdən evə gələndə, həmişə olduğu kimi soruşanda ki, “ Hanı mənim balaca Pellem? -anam başlayacaq ağlamağa və deyəcək: -Pelleni pələnglər parçalayıblar.

Pelle evdən köçür

Bəli, bəli, uşaqla pis rəftar edəndə belə olur. Ancaq Afrika çox uzaqdadir. Pelle evin yaxınlığında qalmağı çox istəyirdi ki, ata və anasının onun üçün nece ağlamalarını görsün. Ona görə də, Pelle “Ürəkli evə” köçməyə qərar verdi. Ürəkli ev həyətdə yerləşən, qapısının üzərində ürək şəkli olan ağac daxmaya deyirdilər. O, oraya köçmək istəyir. Pellə elə o saat da əşyalarını yığmağa başladı, topunu, armonikasını və “Petra qarağat meşəsində” kitabını götürdü. Və bir də şam götürdü, axı qabaqdan yeni il gəlir. Pelle yeni ili ürəkli evdə qarşılamaq istəyir. O şamı yandırıb, onun işığında armonikası ilə gözəl bir musiqi ifa etməyi düşünürdü. Bu çox qəmli bir musiq olacaqdı və yuxarıda, evdə oturan ata və anasına qədər gedib çatacaqdı. Pelle açıq mavi rəngli paltosunu geyinib, əlcəklərini taxdı və dəri papağını başına qoydu. İçərisində top olan böyük kağız torbanı və armonikanı bir əlinə, “Petra qarağat meşəsində” kitabı və şamı o biri əlinə götürdü. Sonra o. bir dəfə də mətbəxdə dövrə vuraraq artıq getdiyini anasına göstərmək istədi .

-Əzizim Pelle, sən indi bayıra çıxmaq istəyirsən?-anası soruşdu. Pelle dinmədi. “Bayıra çıxmaq, bir buna bax! O bunu hələ bir bilsəydi!

Anası gördü ki, Pellenin alnında dərin qat var, gözləri dolub.

– Pelle əzizim, nə olub sənə, hara gedirsən?

– Mən köçürəm!

-Hara?-soruşdu anası.

– Ürəkli evə-cavab verdi Pelle.

-Pelle, sən bunu ciddi deyirsən? Nə vaxta qədər orada qalmaq istəyirsən?

-Həmişəlik!-dedi və qapının dəstyindən yapışdı,- Onda papa qələmi itəndə günahı başqasında axtarar!

-Mənim əziz və gözəl balam! -deyərək anası qollarını onun boynuna doladı, – Bəlkə bizim yanımızda qalasan? Biz hərdən sənə qarşı ədalətsiz oluruq, amma səni çox, çox sevirik.

Pelle bir anlığa dayandı. Amma bir anlığa. Sonra anasının qollarını yana itələdi və ona sonuncu dəfə tənəli nəzər salaraq, pillənkənlərlə aşağıya yelləndi. Anası mətbəxin pəncərəsindn aşağıya baxaraq, mavi rəngli bir vücudun ürəkli qapının arxasında yoxa çıxmasını gördü. Bu hadisədən yarım saat keçir. Ana ürəkli evdən gələn zəif armonika səsini eşidir. Bu Pelledir, o “Əlvida mənim gözəl vətənim” musiqisini çalır. Ürəkli ev həqiqiətən çox rahat br yerdir, düşünürdü Pelle. Hər halda başlanqıc üçün. Topunu, armonikasını və “Petra qarağat meşəsində” kitabını elə yerbə-yer etdi ki, otaq daha rahat görünsün. Balaca şamını pəncərənin qabağına qoydu. Oh, yeni il axşamı papam və anam aşağıya baxanda necə də qəmgin görünəcək. Mətbəxin pəncərəsindən. Mətbəxdə həmişə küknar ağacı durur. Küknar ağacı və hədiyyələr. Pelle udqundu. Yox, Pelle onu qələm oğurluğunda ittiham edənlərdən hədiyyələr almayacaq. O bir dəfə də “Əlvida mənim gözəl vətənim” mahnısını çaldı. Amma vaxt ürəkli evdə çox ləng gedirdi, çox ləng. İndi görəsən anam nə edir? Atam da artıq evə gəlməli idi. Pellenin könlündən keçirdi ki, evə qayıdıb içəriyə göz gəzdirsin, görüsün ki, valideynləri onun üçün ağlayırlarmı. Amma bunun üçün bir bəhanə tapmaq çox çətin idi. Birdən Pellenin ağlına nə isə gəldi, o tez qapını açıb bayıra çıxır. Sürətlə həyəti keçərək evə daxil olur. Anası hələ də mətbəxdədir.

 – Ana, -dedi Pelle. -Əgər post daşıyıcısı mənə yeni il açıqcası gətirsə, ona deyərsən ki, mən artıq köçmüşəm!

Anası buna söz verir. Pelle dayanmadan qapıya tərəf getdi. Amma ayaqları nədənsə ağırlaşmış hiss olunur.

-Pelle-mehribancasına dedi anası, – Pelle bəs biz sənin hədiyyələrini neynəməliyik? Onları aşağıya ürəkli evə göndərməliyik, yoxsa özün gəlib buradan götürəcəksən?

-Mənə heç bir hədiyyə lazım deyil- titrək səslə dilləndi Pelle.

-Oh Pelle, -dedi anası–amma bu çox gəmli yeni il axşamı olacaq. Küknar ağacının üstündə şamları yandıran Pelle evdə yox, qapını Şaxtabaya açan Pelle yox…Hər şey Pellesiz.

– Onda gedin özünüzə başqa oğul tapıb gətirin- titrək səslə Pelle cavab verdi.

-Yox, heç vaxt!- dilləndi anası-Pelledən başqa biz heç kimi istəmirik! Biz onu dünyada hər şeydən çox istəyirik! – Eləmi,- Pelle daha çox titrəyən səslə soruşdu. -Atan və mən, biz burada oturacağıq və bütün yeni il axşamı ağlayacağıq. Biz heç bir şam yandırmayacağıq. Oh, biz necə də ağlayacağıq.

Pelle başını mətbəxin qapısına söykədi və göz yaşlarını saxlaya bilməyib, hönkürtü ilə ağlamağa başladı. O elə ağlayırdı ki, adamın ürəyi üzülürdü. Çünki onun ata və anasına yazığı gəlirdi. Anası əllərini onun boynuna dolayndan sonra o, sifətini anasının boğazına dirəyib daha bərkdən ağlamağa başladı. Pellenin göz yaşları anasını islatdı.

-Mən səni bağışlayıram- hıçkırtı ilə Pelle dedi.

– Sağ ol mənim əziz balam-dedi ana.

Bir neçə saat sonra ata işdən evə qayıtdı və dəhlizin başında dayanaraq həmişəki kimi soruşdu:

-Hanı mənim balaca Pellem?

– Buradayam!- harayladı Pelle və onun qucağına atıldı.

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma