Gəlinciklə oynamaq istəməyən prinsessa

                                                                                                 Astrid Lindqrendən

Biri var idi, bir yox idi, Liza Lotta adında bir prinsessa var idi. Onun saçları sarışın, gözləri bütün prinsessalarda olduğu kimi mavi rəngdə idi. Onun həm də, bir otaq dolusu oyuncaqları vardi. Orada nə desən tapmaq olardı: kiçik ölçülü mebellər, oyuncaq mətbəx sobası, kiçik ölçüdə qazanlar, qəhvədanlar. Oyuncaqlar arasında müxtəlif heyvanlar, yumşaq oyuncaq pişiklər, uzun tüklü itlər, kublar, rənglə dolu qutular, rəngləmək üçün rəsmli albomlar, satmaq üçün üzüm qurusu, badam, qənd və qutulara doldurulmuş konfetlərlə bəzədilmiş oyuncaq dükan da var idi. Amma prinsessa oyuncaqlarla oynamaq istəmirdi. İstəmirdi ki, istəmirdi. Onun anası kraliça, qızı Liza Lottanın hər dəfə öz oyuncaqlarla dolu otağında qəmgin oturub, xəyallara daldığını görəndə halı pərişan olurdu.

– Liza Lotta, niyə oyuncaqlarla oynamırsan? – Bu mənim üçün darıxdırıcıdır, xoşum gəlmir?-cavab verdi Liza Lotta.

– Bəlkə sənə təzə gəlincik alım?-soruşdu kraliça.

-Yox, yox- cavab verdi Liza Lotta, – mənim oyuncaqlardan heç də xoşum gəlmir.

Onda kraliça qızının xəstələndiyini düşünüb prinsessanın həkiminin dalınca adam göndərdi, o da o saat gəlib yeni dərman verdi. – İndi o sağalıb özünə gələcək və gəlinciklərlə oynayacaq- bildirdi həkim.

Ancaq bu belə olmadı. Liza Lotta əlbəttə anasını sakitləşdirməyə calışdı. Asılqanlardan çoxlu müxtəlif oyuncaqlar asılmışdır, yalnız seçmək lazım idi. O mavi paltardakı gəlinciyi götürdü və onun əyninə qırmızı rəngdə olanını geyindirdi. Gəlinciyi geyindirməyi başa vurmamış, ona baxaraq:

-Sən necə eybəcər idin, elə də qaldın.-dedi. Gəlinciyi küncə atıb, ağlamağa başladı.

Prinsessa atası kral və anası kraliça ilə gözəl bir qəsrdə yaşayırdı. Onların yüzlərcə saray xanımları və bir o qədər də kovalerləri var idı. Liza Lottanın nə qardaşı, nə də bacısı vardı və o başqa uşaqları tanımırdı. Kraliça hesab edirdi ki, balaca prinsessaya tanımadıqları, prins və prinsessa kimi doğulmayan uşaqlarla oynamaq olmaz. Həyatında heç vaxt başqa uşaq görməyən Liza Lotta elə bilirdi ki, dünyada yalnız böyüklər mövcuddur, o isə dünyada yeganə balaca uşaqdır. Saray xanımlarından kimsə Liza Lotta ilə oynamaq istədikdə isə, o özünə qapılar, stulda oturaraq susardı.

Hər tərəfdən hündür daş divarla əhatə olunmuş qəsr böyük bağın ortasında yerləşirdi. Üzərində sarmaşıqlar və tikanlı qızılgüllər bitmiş bu divar qalanı ətraf mühitdən təcrid edirdi, bilmək olmurud ki, divarın o tərəfində nələr baş verir. Bu divarda böyük torlardan ibarət darvaza var idi. O, hər dəfə kraliçanın altı at qoşulmuş, qızılla bəzədilmiş arabasında qaladan kənara çıxıdıqda açılardı və bağlanardı. Darvazanın qabağında həmişə əsgərlər qaravoluda durardılar. Liza Lotta o darvazaya tərəf getmək istəmirdi, çünki o bir qədər utancaq idi. Bağın dərinliyində kiçik bir torlu qapı vardı. Onun yanında heç bir əsgər durmurdu, qapı bağlı idi, açar isə yanında asılmışdır. Prinsessa tez-tez o qapının yanına gedər, orada gəzər və ona baxardı. Bir dəfə qeyri-adi bir şey baş verir. Qapıya yaxınlaşan Liza lotta torlu qapının o tərəfində özü böyda bir adamcıq görür. Bu sadəcə olaraq balaca bir qız idi, elə prinsessanın özü kimi balaca idi, təkcə onun paltarı Liza Lottanınkı kimi ipəkdən yox, damalı çitdən tikilmişdi. Qızın adı Maya idi.

-Sən niyə belə balacasan?-soruşdu Liza Lotta.

– Səndən ki balaca deyiləm- Maya cavab verdi.

– Belə de,- təəcübləndi Liza Lotta,- mənə elə gəlirdi ki, bu dünyada mən yeganə balaca uşağam.

– Biz səninlə bir boydayıq,-dedi Maya.- Sən hələ mənim qardaşımı görməmisən, bax o cıqqılıdr.

Maya əli ilə qardaşının boyunu göstərməyə çalışdı. Liza Lottta bundan çox məmnun oldu. Bir buna bax, dünyada mənim kimi balaca adamlar da varmış. Bəlkə hələ məndən də balaca adamlar da var.

 – Qapını aç, onda biz oynaya bilərik-dedi Maya.

– Yox bir- Liza Lotta etiraz etdi, – oyundan pis bu dünyada heçnə yoxdur, mən bunu bilirəm. Sən həvəslə oynayırsan?

– Əlbəttə! Cürbəcür oyunları,- Maya cavab verdi. – Bax mənim bu gəlinciyimlə.

O qapının arasından oyuncağını uzatdı, bu daha çox əski parçasına bükülmüş odun parçası idi. Nə vaxsa onun sifəti olmuşdu, amma indi burnu sınıb düşmüşdü, gözlərini Mayanın özü qələmlə çəkmişdi. Liza Lotta ömründə belə gəlincik görməmişdi.

– Onun adı Piyadır- Maya izah etdi. – O elə şirindir ki!

“Bəlkə Piya ilə oynamaq daha yaxşıdır, nəinki digər gəlinciklərlə”- fikirləşdi Liza Lotta.  Ancaq necə də olsa özün kimi balacalarla olmaq daha yaxşıdır. Liza Lotta barmaqlarının ucuna qalxaraq açarı mıxdan çıxartdı və Maya üçün qapını açdı. Bağın bu tərəfi sıx yasəmən ağacları ilə örtülmüşdür. Qız ağacların arasında gizlənərək gözdən itdi.

– Nə gözəl!- dedi Maya – Gəl oynayaq, guya biz burada yaşayırıq, mən anayam, sən qulluqçu, Piya isə balaca uşaqdır.

– Mən razı! – Amma sənin adın Liza Lotta ola bilməz, çünki sən qulluqçusan, – deyə Maya təklif etdi.

-Mən səni sadəcə olaraq Lotta çağıracağam.

-Mən razı!- Liza Lotta təkrar etdi.

Onlar oynamğa başladılar. Əvvəldə oyun alınmırdı, çünki Liza Lotta bilmiridi ki, qulluqçu nə etməlidir, balaca uşağa necə qulluq etməlidr, amma tezliklə bunu öyrəndi. “Deyəsən oynamaq elə də pis deyilmiş”, – fikirləşdi prinsessa. Bir azdan “xanım” alış-veriş üçün şəhərə çıxmalı oldu.

– İndi Lotta, sən gərək döşəməni süpürəsən, – göstəriş verdi o.- Saat 12-də Piyaya südlü aş bişirmək də yadından çıxmasın. Əgər o altını batırsa, onun paltarını dəyiş.

– Yaxşı, mən bunu edərəm, – razılaşdı Liza Lotta.

 – Yox, sən elə danışmırsan, -dedi Maya.

– Sən gərək deyəsən ki, “Baş üstə xanım!.

-Baş üstə xanım, -Lotta təkrar edti.

Xanım şəhərə yola düşdü. Lotta isə döşəməni ağac budaqları ilə süpürdü, Piya südlü aşını yedi. Liza Lotta ona çox qulluq etdi. Tezliklə xanım evə qayıtdı, o “qənd”, “cəfəri” və bir də “quzu əti” alıb gətirmişdi. Liza Lotta gördü ki, “qənd” adi qumdur, ” cəfəri ” yasəmən ağacının yarpaqlarıdır, “quzu əti” isə ağac parçasıdır. Ancaq onların həqiqi olmasını fikirləşmək çox xoş idi. Prinsessa o qədər şən idi ki, hətta onun yanaqları pörtmüşdü, gözləri parıldayırdı. Sonra xanım Lotta ilə birlikdə moruğu götürüb, prinsessanın gözəl yaylığında sıxıdlar, moruq şirəsi onun çəhrayı donunun üstünə axıb tökülürdü. Prinsessa hələ heç belə sevinməmişdi.

 Ancaq qəsrdə nə baş verdiyini o ağlına da gətirmirdi. Saray xanımları və kovalerlər hər yerdə prinsessanı axtarırdılar, krlaiça isə qəmdən ağlayırdı. Nəhayət ki, onun özü də Liza Lottanın axtarmağa çıxdı və bağın dərinliyində Liza Lottanı tapdı.

-Mənim əziz balam, belə olmaz, – hələ özünə gəlməmiş kraliça ucadan dedi,- belə eləmək olmaz! Bu anda Liza Lotta ağladı.

– Ah, ana, sən bizə mane olma, get, axı biz oynayırıq,- deyə o xahiş etdi.

Kraliça “pendir”, ” cəfəri “,”qızardılmış qüzü əti” və Piyanı gördü…Və o saat başa düşdü ki, Liza Lotta oynmağı öyrənib və nəyə görə onun yanaqları pörtüb…Kraliça çox ağıllı qadın idi və o saat Mayaya hər gün Lottann yanına gəlməyi və onunla oynamağı təklif etdi. Qızın necə sevinməyini özünüz təsəvvür edə bilərsiniz. Onlar əl-ələ tutaraq yerlərində dövrə vurmağa başladılar.

– Ana, sən niyə mənə heç vaxt Piya kimi gəlincik hədiyyə etməmisən?- maraqla Liza Lotta soruşdu. Kraliça yalnız onu deyə bildi ki, oyuncaq aldığı bahalı dükanlarda belə bir gəlinciyə rast gəlməyib. İndi isə, Liza Lottaya belə bir gəlinciyə sahib olmağı çox arzulayırdı. Ona görə də, kraliça Mayadan soruşdu ki, o Piyanı Liza Lottanın gəlinciklərinin biri ilə dəyişmək istəməzdimi. Əvvəlcə Maya bu haqqda heç danışmaq da istəmədi. Ancaq kraliça onu dilə tutandan sonra Maya onunla qəsrə gedib Liza Lottanın oyuncaqlarına baxmağa razılıq verdi. Maya prinsessanın otağına daxil olduqda, oradakı çoxlu oyuncaqları görüb çaş-baş qaldı. Bu qədər oyuncaq o hələ ömründə görməmişdi. Maya elə bildi ki, o oyuncaq dükanına düşüb.

– Burada nə qədər oyuncaq var!- sakit halda dilləndi Maya.

– Mənim əzizim, sən buradan istənilən gəlinciyi götürə bilərsən, amma əvəzində Piyanı bizə ver, – kraliça xahiş etdi. Maya bir Piyaya baxdı, bir otaqdakı gəlinciklərə. Mayanın heç belə gəlincikləri olmamışdı.

– Bəli-, dedi o, – Piyanın bir bəxtinə bax. Bura necə də gözəldir, mənim evimdə heç vaxt buradakı kimi olmayacaq. Orada gərək o köhnə ayaqqabı qutusunda yatsın. Götür onu.

– Çox sağ ol əzizim Maya- pıçıltı ilə Liza Lotta dedi.

-Qəm eləmə, sən hər gün gəlib onu görə bilrsən.

– Mütləq, – Maya açıq mavi rəngli donda olan, şabalıdı qıvrım saçlı böyük gəlinciyə baxaraq pıçıldadı.

– Olar mən bunu götürüm?- soruşdu o. Ona icazə verdilər. Maya gəlinciyin qarnına əlini vurduqda o “ana” səsini çıxartdı.

– Mən bu gəlinciyi gərək anama göstərəm.- deyib Maya pilləkənlərlə aşağıy qaçaraq bağın içindəki qapıya tərəf yelləndi. Maya gəlinciyi sinəsinə sıxmışdı və o eleə sevincək idi ki, hətta vidalaşmağıdı da unutmuşdu.

– Sabah da gəl – onun dalınca Liza Lotta çağırdı.

– Mütləq gələcəyəm, – deyə Maya hay verdi və gözdən itdi.

– Mənim ən gözəl, əziz balam, – dedi Liza Lotta Piyaya,- indi sənə yatmaq lazımdır.

Liza Lottanın bir neçə oyuncaq kolyaskası vardı, ancaq biri hamısından gözəl idi. Onun içərisində artıq bir gəlincik uzanmışdı, Liza Lotta onu heç yazığı gəlmədən götürüb döşəməyə atdı. İndi Piya artıq çəhrayı güllərlə toxunmuş ipək mələfədə uzanmışdı, üstünə də açıq yaşıl rəngdə ipək örtük çəkilmişdi. Beləcə o sınmış burnu və qələmlə çəkilmiş gözləri ilə uzanaraq tavana baxırdı, elə bilki bütün bunların həqiqət olmasına inanmağı gəlmirdi.

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma