Böyük bacı, balaca qardaş

Astrid Lindqren, allah sənə rəhmət eləsin!

-Indi- dedi böyük bacı balaca qardaşına, -İndi mən sənə bir nağıl danışacağam. Bəlkə sən bir müddət dəcəllikdən əl çəkəsən.

Balaca qardaş baş barmağını divardakı saata soxub görmək istəyirdi ki, o dayanacq, ya yox. Barmağını saata soxmaqla o dayandı. Sonra o, mısmırığını sallayıb bacısına mırıldadı- Başla di.

-Bilirsən ? – deyərək böyük bacı nağılına başladı -“Biri var idi, bir yox idi, bir padşah var idi. O, taxtda əyləşmişdir və başına da kron qoymuşdur.

– Pulu saxlamq üçün nə gülməli yerdir. Mənim kronum olanda onu taxıla atıram.

-Ah sən nə kütbeyinsən. Bu başqa bir krondur, o başa qoyulan tacdır.

-Belə deee, -deyərək balaca qardaş su qrafinini götürüb, döşəməyə bir az su tökdü.

-Padşahın bir oğlu var idi, şahzadə. Günlərin birində padşah oğluna deyir ki, o ağır xəstlənib və özünü pis hiss edir.

– Padşah haradan bilirdi ki, şahzadə özünü pis hiss edir, – soruşaraq balaca qardaş stolun üstünə dırmaşmağa başladı.

– Mən bildiyimə görə padşahın halı pis idi- böyük bacı hövsələsiz cavab verdi.

– Bunu səhərdən de dəə,-balaca qardaş sualına davam etdi-O qurd yağı içirdi?

-Kim, padşah?

-Əlbəttə padşah- dedi balaca qardaş. – Əgər xəstə o idisə, özünü o pis hiss edirdirsə, onda qurd yağını şahzadəyə vermək axmaqlıq olardı.

– Sən nə gic-gic danışrısan!- böyük bacı balaca qardaşın üstünə qışqırqdı – Nağılda qurd yağından heç söhbət belə getmir.

-Belə de, -balaca qardaş otağın ortasından asılmış çilçırağı yırğalamağa başladı.

Dəcəl uşaq

-Bu ədalətsizlikdir, mən həmişə xəstələnəndə qurd yağı içməliyəm.

-Padşah bərk xəstələndiyindən oğluna deyir ki, o uzaq bir ölkəyə alma dalınca getməlidir-böyük bacı nağıla davam etmək istədi.

 -Ancaq bu padşah tərəfindən ağıllı hərəkət deyildi, özünü pis hiss edə-edə alma üçün uzaq bir ölkəyə getmək nəyə lazım-soruşdu balaca qardaş.

-Sən məni dəli edəcəksən-böyük bacı gileyləndi – Səyahəti şahzadə etməli idi, alma dalınca o getməlı idi.

-Onda bunu belə de dəəə- deyərək balaca qardaş çilçırağı daha bərk yellətməkdə davam etdi.-Amma nəyə görə o mütləq uzaq bir ölkəyə getməli idi. Bəyəm yaxınlıqda alma bağı yox idi ki, o gedib oradan alma oğurlasın?

-Bu adi alma deyildi, sən qanmırsan? Bu sehirli alma idi. Xəstələr onu iyləyən kimi sağalırdılar.

-Mən yüz faiz əminəm ki, onun xəstəliyi qurd yağı ilə də qurtara bilərdi. Almaya görə biletə çoxlu pul verib uzaq ölkəyə getməyə ehtiyac da olmazdı- deyərək blaca qardaş barmağı ilə corabındakı deşiyi dartışdıraraq daha böyütməyə başladı.

-Şahzadə heç qatara minmirdi- dedi böyük bacı.

-Yooox? -deyə balaca qardaş təcübləndi.-Gəmi ilə getmək elə də ucuz başa gəlmir.

-O nə gəmi ilə, nə də qatarla getdi. O uçdu!

Nəhayət nağıl az da olsa balaca qardaş üçün maraqlı görünməyə başladı.

-Boyinqlə?- soruşaraq balaca qardaş bir anlığa corabını yırtmaqdan əl çəkdi.

– O, Boyinqlə uçmadı- deyərək böyük bacı könülsüz halda cavab verdi.- O xalçanın üstündə uçdu.

-Dayan, dayan!-balaca qardaş xəbərdarlıq etdi.-Sən elə bilirsən mən sənin dediklərinin hamısına inanıram, hıy.

-Ancaq bu dəqiq belə olub-böyük bacı etiraz etdi. -O, sadəcə olaraq xalçaının üstündə oturub “Uç, uzaq ölkəyə uç” deyir. Xalça o saat göyün yeddinci qatına qalxaraq dərələrin, təpələrin, dənizin üzəri ilə uçmağa başalyır.

-Sən də buna inandın!- özündə təmkin hiss edən balaca qardaş dilləndi. – İndi mən sənə xalça -təyyarəni göstərərəm! O masadan aşağıya tulanaraq sobanın qarşısnda sərilmiş balaca palazın üstündə oturdu. – Uç, dənizin o tayına, uzaq ölkələrə uç!- xalçaya müraciət edti. Ancaq o tərpənmədi. – Görürsən!-dedi balaca qardaş. -Mən elə belə də bilirdim! Sadəcə palazda heç Sedertelyeyə qədər də uçmaq olmaz. Hələ bir dənizin o tərəfindəki ölkələrə!

– Sən belə kütbeyin olduğun üçün, mən sənə heç bir nağıl danışmayacağam.- incik halda böyük bacı dilləndi. -Sən başa düşmürsən ki, o sadə xalça deyildi, o , hind rəmmalı tərəfindən hazırlanmış əsl sehirli xalça idi .

– Fərqi nədir ki, o toxuyucu kim idi: hind dəllalı və ya gombul isveç?- maraqlandı balaca qardaş.

– Bu saat gic suallarını qurtar!-balaca bacı incidi.- Mən dedim rəmmal, dəllal yox. Rəmmal tilsimkardır. Şahzadə isə xalçanın üstündə uçdu, qurtardı getdi. O uçdu, uçdu, hey uçdu…

– Sən nə zəhlətökənsən! Elə uzun-uzadı danışırsan ki, şahzadə alma ilə qayıdana qədər padşah yüz dəfə ölə bilər,- dedi balaca qardaş.- Ümumiyyətlə mənə elə gəlir ki, şahzadə yolda almanı özü yedi.

– Amma elə deyil!- böyük bacı etiraz etdi. O ağıllı və yaxşı şahzadə idi, sənin kimi sarsaq deyildi. O, almanı əldə etməkdən öncə böyük divə qalib gəlməli idi.

– Neçə tura?-maraqlandı balaca qardaş.

– Sən nə haqqda danışırsan! Onları üçün heç bir tur-zad yox idi!

– Necə yəni yox idi? Belə çıxır ki, şahzadə divi bir yumruğu ilə nakauta salır?

– Sən mənə qulaq asacaqsan, ya yox?-hirsləndi böyük bacı və nağılına davam etdi – Div şahzadəni görən kimi dedi: Ha-ha! İndi burada xristian qanı töküləcək!

– Bu xrsitian qanı nə olan şeydir?- təəcübləndi balaca qardaş. – Burundan gələn qandır, yəni? Mən şahzadənin yerinə olsaydım divə elə vuradım ki, burnu sınsın! Mən ona xristian qanını göstərərdim! Elə hay-küy salardım ki!

– Həəəə, sənə nağıl danışmaq asan iş deyil-dedi böyük bacı.

– Məncə nağıl çox maraqlıdır!- deyə balaca qardaş etiraz etdi.

– Qulaq as, nəhayət şahzadə divi öldürəndən sonra, o almanı götürüb sinəsinə basır.

– Div almanı sinəsinə basır?- təəcüblə soruşdu balaca qardaş – O ki, onu artıq öldürüb!

– Vay- qışqırdı böyük bacı. -Vay-vay-vay!!! Şahzadə almanı sinəsinə basıb demək istəyirdim.

– Şahzadə almanı divin sinəsinə basdı? Bu nə üçün? Almanı götürüb onun üstünə yarpaqları atsaydı bəs edərdi!

-Sən məni dəli edəcəksən!-qışqırdı böyük bacı. Şadazdə divi sıxıdı….Yox, mən nə danışıram?…Almanı sıxdı…eeeh, sən məni gic-gic sərsəmələrin ilə lap çaş-baş saldın.

– Narahat olma, indi mən sənə danışaram, hər şey necə olub- deyə balaca qardaş böyük bacını sakitləşdirməyə calışdı.-Birinci şahzadə almanı divin girdə alnına sıxır, sonra div uçan xalçanı şahzadənin alnına sıxır və deyir “Uç, uç dənizin o tayına, uç uzaq ölkələrə!”. Onda şahzadə almanın üstündə oturub Sedertelyeyə uçur, onun arxasınca, div boynunda xalça çaparaq qaçır. Div o qədər kök-ətli rəmmal olur ki, adam onu iyləyən kimi o saat sağalır! Sənin uzun-uzadı, darıxdırıcı nağılından təngə gəlmiş padşah isə divi görən kimi onu şahzadənin sinəsinə sıxır, xalça almanı yeyir və onlar, allaha şükür şad-xürrəm həyat sürürlər!

– Sənə mən heç vaxt bir də nağıl danışmayacağam- böyük bacı vəd etdi.

-Doğrudan?- sevincək halda balaca qardaş soruşdu.

Advertisements
Galereya | Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma