Peter və Petra

Peter və Petra

  Astrid Lindqren

Stoqkolmda yerləşən Qustav Vasa adına xalq məktəbində bu yaxınlarda qeyri adi bir hadisə baş verdi. Bazar ertəsi idi, birinci siniflərin birində uşaqalar oxumaqla məşğul idilər. Bu arada kimsə qapını zəif və qısa səslə döydü.

-Keçin!-dedi müəllimə.
Amma heç kim daxil olmadı, taqqıltı yenidən gəldi.
-Get gör kimdir-müəllimə qapının yaxınlığında oturan oğlana dedi, onun adı Qunnar id.

Qunnar qapını açdı. Onun arxasında iki bapbalaca, cırtdanboylu uşaq durmuşdu. Oğlan və qız. Onların boyu kukla qədər olardı. Otağa daxil olaraq onlar bir başa müəllimənin yanına getdilər. Balaca oğlan əyildi, qız isə dizləri üstə aşağıya oturdu. Sonra uşaqlar dedilər:

– Biz bilmər istərdik ki, biz bu məktəbə gələ bilərikmi?
Müəllimə önçə təəcübündən cavab verə bilmədi, amma sonra özünə gələrək soruşdu:
– Siz kimsiniz belə?
– Bizim adımız Peter və Petradır-dedi oğlan.
-Biz balaca xalqlara məxsusuq,-əlavə etdi qızcığaz, -Biz cırtdanboyluyuq.  
– Anamla atam isə deyirlər ki, cırtdanboylulara da məktəbə gedib nəisə öyrənmək lazımdır,-dedi oğlan.
-Siz harada yaşayırsınız? -maraqlandı müəllimə.-Əminsiniz ki, sizi bu məktəbə yazıblar?
-Biz Vasaparkda yaşayırıq,- Peter izah etdi.
-Ora isə həqiqətən Qustav Vasa məktəbinə aiddir,-dedi Petra.
-Hə, -müəllimə bununla razılaşmalı oldu.
 Sinifdə bütün uşaqlar boğazlarını uzadaraq Peter və Petranı süzməyə çalışırdılar. Onlar bu bazar ertəsi təəcübünün xoşagələn olması qərarına gəldilər və çox istədrilər ki, Peter və Petra da onlarla bir sinifdə oxusunlar.  
– Hə nə deyirəm ki, əziz uşaqlar, keçin əyləşin,-dedi müəllimə.
Amma onlar harada oturmalıdırlar? Axı sinifdə onlara uyğun gələn kiçik masalar yox idi.
– Onlar mənim yanımda otura bilərlər!- həyacanlı halda Qunnar təklif etdi.
Peter və Petra bir başa Qunnarın yanına gəldilər. Qunnar onları bir-bir qaldırıb masanın üstünə qoydu, düz qabağına. Sonra o Peter və Petraya kitabda oxuduqları yeri göstərdi. Müəllimə Qunnara oxumağa davam etməyə göstəriş verdi.
-Əziz nənəm,-oxudu o.
Peter və Petra başlarını yırğalayaraq qulaq asırdılar, baxmayaraq ki, kitabda olan qara dolaşıq xətlərin necə də “Əziz nənə”yə çevrilməsini hələ anlamırdılar. Həmin gün məktəbdə dərs qurtaranda Peter və Petra artıq nəyisə öyrənmişdilər. “Əziz nənə” kəlməsindən əlavə onlar  bilirdilər ki, 2 + 3 = 5 edir, və “Qurbağalara baxmaq necədə şəndir” mahnısnı oxuya bilirdilər.
 
Evə gedəndə Qunnar yolun bir hissəsini Peter və Petra ilə getdi, çünki onların yolu bir istiqamətdə idi. Peter və Petra əl-ələ tutmuşdular və yolu keçəndə ehtiyatla sağa və sola boylanırdılar.
– Oden küçəsində yolu keçmək daha çətndir,- əndişəylə Peter dedi. -Orada yolda nəqliyyat daha çoxdur.
-Mən sizə kömək edərəm, -Qunnar söz verdi. O, Peter və Petranın əlindən tutaraq Oden küçəsini keçirdi, onlara avtomobil yaxınlaşanda Qunnar əlini qaldıraraq “Dayan!” göstərişini verdi, lap polis kimi.
– Sağ ol və salamat qal!-dedilər Peter və Petra, Qunnara əl edərək Vassaparka tərəf götürüldülər.
Peter və Petra hər gün məktəbə gəlirdilər. Sinifdəki uşaqlar onlara baxmaqdan doymurdular. Müəllimə onlara qarşı çox mülayim idi. O dülgərə bu balaca məktəblilər üçün masa və stullar düzəltdirmişdi. Bu masaları kafedrada qoymuşdular. Müəllimə həmçinin dəhlizdə döşəməyə yaxın yerdə iki  cıqqılı asılqan da düzəltdirmişdi. Yoxsa Peter öz gözəl gödəkcsini, Petra isə öz gözəl plaşını necə asardı. Peter və Petraya lövhədə rəqəmləri yazmaq lazım gəldikdə müəllimə onları qaldırar və hündür stulun üstünə qoyardı. Dərs vaxtı isə onlar Qunnarın masasının üstündə otururdular. Oxumaq lazım gəldikdə isə onlar düz kitabın səhifəsinə qalxar, vərəqin üstündə durardılar. Bu bütün məktəblilərin xoşuna gəlirdi. Müəllimə isə deyirdi ki, Peter və Petra çox çalışqan şagirdirlər və yəqin ki, yaxşı qiymətlər alacaqlar.
 
Rübün sonuna yaxın bərk şaxta düşdü, hava soyudu və Vasaparkda həmişə olduğu kimi buz meydançası açıldı. Dərslərini edəndən sonra Qunnar həmişə oraya gələr və meydançada sürüşərdi. O indiynə qədər bilmirdi ki, Peter və Petra harada yaşayırlar. Qunnar onların mənzillərinə baş çəkməyi çoxdan arzulayırdı. Bir gün axşam xizəkləri çıxarıb evə getmək istəyəndə  Qunnar Peter və Petranı axtarmaq qərarına gəldi. O bütün parkı gəzdi, nəhayət uzaq bir küncdə küknar ağacının altından sezən zəif işığı gördü. Qunnar oraya getdi. Ağacın altında, yeraltı oda vardı. Odanın balaca pəncərəsi gözə dəyirdi. İşıq da oradan gəlirdi. Qunnar dizü üstə çöküb pəncərədən boylandı. Yeraltı odada dəyirmi masa arxasında Peter və Petra oturmuşdular. Onlar həndəsədən ev tapşırıqlarını həll edirdilər.  Ataları yellənçəkli stulda oturub qəzet oxuyurdu, anaları isə sobanın kənarında durub qəhvə bişirirdi. Onların evində elektrik cərəyanı yox idi, yalnız neft lampasından gələn zəif işıq Peter və Petranın əyilmiş başları üstündən işırtı salırdı. Bir  andan sonra yeraltı odanın balaca qapısı açıldı.  Qapının ağzında Peter göründü. 
  -Salam!,-dedi Qunnar.-Bu mənəm.
– Salam!-cavab verdi Peter.-Yaxşı ki, sən gəldin. Sən deyə bilərsənmi, 17-dən 9 çıxanda neçə qalır?
-Sıkkiz,-cavab verdi Qunnar.
– Kimdi orda? ,-soruşdu Peterin atası.
– Bu mənim sinif yoldaşlarımdan biridir!-qışıqıraraq cavab verdi Peter.
Bunu eşidən kimi Petra da həyətə qaçdı.
– Sən parkda xizək sürürdün?-soruşdu o.
– Əgər sən meydançanın bağlanmasını gözləyə bilsən biz sənə necə sürüşməyimiz göstərərik,-Peter təklif etdi. -Orada adam çox olanda sürüşməkdən qorxuruq.
– Təəssüf ki, biz səni evə dəvət edə bilmirik,-dedi Petra.-Sən çox böyüksən. İstəsən pəncərədən baxa bilərsən.
Qunnar belə də edti. O yenədə  dizi üstə çöküb pəncərədən onların kiçik gözəl otaqlarına baxırdı. Peter və Petra pəncərənin qabağında durub ona müxtəlif mimikalar göstərirdilər.  Onlar kağıza nəsə yazıb pəncərəyə söykədilər. Orada çap hərfləri ilə yazılmışdı: Qunnar sən əla oğlansan !
Sonra onlar gülüşdülər, Peter və Petra içərdiə, Qunnar isə çöldə.
Bir az keçəndən sonra Peter divarda asılmış saatı göstərdi. Qunnar anladı ki, Peter buz meydançasının bağlandığını demək istəyir. Peter və Petra xizəkli ayaqqabılarını çıxarmağa, papaqlarını, əlçəklərini və gödəkçələrini geyməyə tələsdilər. Sonra onlar ata və anları ilə vidalaşıb bayıra Qunnarın yanına çıxdılar.
 
Sürüşmə meydançası qaranlıq və boş idi. Peter və Petra tez xizəkli ayaqqabılarını geyindilər. Və birlikdə buzun üstünə çıxdlar. Onlar sürüşür və rəqs edirdilər. Buz meydançasında bacı-qardaş inanılmaz sehirli şəkildə dala qabğa hərəkət edə bilirdilər.
Sürüşdükdə onların ətrafında zəif qığılcım görünürdü. Qunnara elə gəlirdi ki, hardansa uzaqdan musiqi səsi gəlir, yoxsa bu sadəcə görüntü idi?  Qunnar nəfəsini dərdi. Dünyada bundan gözəl şey görməmişdi o, bunu daima xatırlayacaq, bütün həyatı boyu. Peter və Petra əl-ələ tutub Qunnara tərəf sürüşdülər. Onların gözləri sevincdən parıldayırdı. Peter dedi:
– Biz bəyəm pis sürüşürük?
 Petra dedi:
– Biz hər axşam burada, böyük uşaqalr yatanda bir saat məşq edirik. Dünyada bundan şən heçnə yoxdur.
Qunnar xizəkli ayaqqabılarını çiyinə atıb evə gedəndə, yolboyu öz-özünə züm-zümə edirdi. O çox sevincək idi. Peter və Petra onun çox xoşuna gəlmişdilər.
 
Tezliklə yeni il yaxınlaşdı və  bir gözəl gündə məktəbdə dərslər tətil qabağı sona yetdi. Peter və Petranın qiymətləri doğrudan da yaxşı idi. Müəllimə onların qiymətlərini kiçicik bir vərəqdə cıqqılı hərflərlə yazmışdı. Petra oxumaqdan 4+ almışdı. O bununla fəxr edirdi. Peter isə yalnız 4 almışdı.  
Qunnar yeni ili Smolandda, baba və nənəsi ilə qarşımalı idi. Qunnar Peter və Petranı həmişə olduğu kimi Oden küçəsindən keçirəndə dedi:
– Salamat qal Peter, salamat qal Petra. Gələn rübdə görüşənədək.
– Salamat qal Qunnar, -dedilər Peter və Petra.-Sən əla oğlansan!
Bunu deyib onlar Vassaparkda gözdən itdilər.
– Tezliklə görüşərik!- deyərək əl etdilər.
 
 Ancaq Peter və Petra bir daha məktəbə qayıtmadılar. Tətil bitəndən sonra dərslər başlayanda onlar dərsə gəlmədilər. Sinifdə bütün uşaqlar həsrətlə qapıya baxıb, zəif taqqıltı səsini gözləyirdilər. Hamıdan çox Qunnar gözləyirdi. Ancaq onlar gəlmədilər. Kiçicik masa və stullar müəllimənin masasının yanında qalmışdı. Amma nə Peter, nə də Petra orada yox idi. Dəhlizdəki balaca asılqanlar həmişəki kimi boş idi.  
 
Bir dəfə postdaşıyıcısı Qunnara kiçicik bir məktub gətirdi. Bu Peter və Petradan idi. Orada yazılmışdı:
 “Əziz Qunnar, biz Tierp şəhərinə köçmüşük, anam dedi ki, orada ev şəraiti daha yaxşıdır. Amma burada buz meydançası yoxdur, biz göldə sürüşürük. Vasapark buradan yaxşı idi. Hələlik Qunnar, sən əla oğlansan, Peter və Petardan.”
 
Qış axşamlarında Qunnar həmişəki kimi Vasaparkda sürüşür. Bəzən o dayanıb meydançaya baxır. Ona elə gəlir ki, o meydançada uzaqdan gələn zəif musiqi sədaları altında rəqs edən bapbalaca oğlan və qız görür.
Bu yazı Uşaqlıq dünyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın